İllik iş vaxtı norması və onun hesablanması

posted in: Xəbər | 0
birbank biznes

İllik iş vaxtı norması nədir, onu kim təyin edir?

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 13-cü fəsli mühasibat uçotu subyektlərində iş vaxtı norması, onun növləri və tənzimlənməsi qaydalarını şərh edir.

Yeri gəlmişkən: “İş vaxtı işçinin daxili əmək qaydalarına, əmək müqaviləsinin şərtlərinə uyğun olaraq əmək vəzifələrini yerinə yetirməli olduğu vaxt, habelə Azərbaycan Respublikası Əmək Məcəlləsinə, digər qanunlara və normativ hüquqi aktlara uyğun olaraq iş vaxtına aid edilən müddətlərdir.”

Məcəllədə illik iş vaxtı normasının müddəti haqqında vahid standart yoxdur. Bu norma müəssisədə beşgünlük yaxud altıgünlük iş həftəsinin müəyyən edilməsindən, gündəlik işin nə qədər davam etməsindən, habelə istirahət günlərinin nə vaxt müəyyən edilməsindən asılıdır. Odur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  hər dekabr ayının sonunadək növbəti il üçün istehsalat təqvimi, həmçinin illik iş vaxtı norması ilə bağlı dəqiqləşdirmələr təqdim edir. Onun əsasında müəssisələr, təşkilatlar, digər mühasibat uçotu subyektləri illik iş vaxtı normasını hesablayırlar.

İş vaxtı normasının hesablanması

İş qrafiki tərtib edilərkən, həftəlik iş saatlarının əmək qanunvericiliyində nəzərdə tutulmuş yuxarı həddi nəzərə alınmalıdır. Ən geniş yayılmış variant 40 saatlıq, beş günlük həftədir, lakin 36 və 24 saatlıq həftələr də var.

Diqqət yetirin, əgər cədvəl həftədə altı iş günü üçün hazırlanırsa, normalar dəyişməyəcək, 40, 36 və 24 saat olaraq qalacaq.

Aylıq iş vaxtı normasının hesablanması ardıcıllığını belə ifadə etmək olar: Həftəlik norma / Həftədə iş günlərinin sayı × Bir ayda iş günlərinin sayı.  Bayram günlərindən əvvəlki qısaldılmış günlər üçün iş saatları alınan məbləğdən çıxılır.

Yeri gəlmişkən: “ƏM, maddə 108.1. Bu Məcəllənin 91-93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.”

Aylıq iş vaxtının hesablanması ardıcıllığını nümunədə şərh edək.

Nümunə: “2024-cü ilin may ayında 31 təqvim günü var, onlardan 21-i iş günü, 10-u bayram və istirahət günləridir. Bayramlara görə iki qısaldılmış gün var.
Bir ay üçün iş vaxtının norması belə hesablanacaq:
40 saatlıq iş həftəsi: 166 saat (40 saat / 5 gün × 21 gün – 2 saat);
36 saatlıq həftə ilə – 149 saat (36 saat / 5 gün × 21 gün – 2 saat);
24 saatlıq həftə ilə – 98,8 saat (24 saat / 5 gün × 21 gün – 2 saat).

İllik iş vaxtı normasını tapmaq üçün orta gündəlik saat dərəcəsini ildəki iş günlərinin sayına vururuq. Hesablama zamanı bayram günlərindən əvvəlki qısaldılmış günlər mütləq nəzərə alınmalıdır.

2024-ci il üçün iş vaxtı norması

ƏƏSMN Kollegiyasının 15 dekabr 2023-cü il 3-17/3-5-42/2023 saylı qərarı ilə təsdiq edilmiş “2024-cü il üçün iş vaxtı normasının və istehsalat təqviminin təsdiq edilməsi haqqında” adlı normativ hüquqi sənəddə 2024-cü ildə 40 saatlıq beşgünlük və altıgünlük həftə üçün illik iş vaxtı norması 1901 saatdır.

Hesablama zamanı 2024-cü il üçün istehsalat təqviminin məlumatlarından istifadə edilib. Belə ki, həmin təqvimdə 8 saatlıq 228, 7 saatlıq 11 iş günü (bayram günlərindən əvvəlki qısaldılmış günlər) müəyyən edilib.

2024-cü ili üçün iş vaxtı normasının hesablanması aşağıdakı kimi olacaq: 40 saat / 5 gün × 239 gün – 11 saat = 1901 saat.

Qeyd edək ki, yuxarıda qeyd edilən “2024-cü il üçün iş vaxtı norması və istehsalat təqvimi” haqqında qərarda illik iş vaxtı normasının hesablanmasının nisbətən fərqli qaydası verilib:  228×8 + 11×7 = 1901 saat (40 saatlıq iş həftəsi).

36 və 24 saatlıq həftələr üçün vaxt normaları eyni şəkildə hesablanır.

Altıgünlük iş həftəsi tətbiq edilən iş yerlərində gündəlik iş vaxtının hesablanması zamanı nəzərə almaq lazımdır ki, həftəlik norma 40 saat olduqda 7, 36 saat olduqda 6, 24 saat olduqda 4 saatdan çox ola bilməz (AR ƏM, maddə 90, 108).

Hər dəfə hesablamalar aparmamaq üçün 2024-cü il üçün istehsal təqvimini endirin. Orada 40 saatlıq beşgünlük iş həftəsi üçün iş vaxtı normaları verilib.

Mülkiyyətçinin dəyişməsi zamanı xitamla bağlı ödənişlər

Print Friendly, PDF & Email