İtaliya haqqında maraqlı faktlar (I hissə)

posted in: Xəbər | 0
birbank biznes

İtaliyanı çox vaxt “Bel Paese” adlandırırlar, tərcümədə “gözəl ölkə” deməkdir.

Rəsmi dil italyan dilidir. O, toskana ləhcəsinə əsaslanır, lakin hər bir bölgə, minlərlə il əvvəl olduğu kimi, hələ də öz ləhcəsində danışır.

Hər il İtaliyanı 40 milyondan çox turist ziyarət edir! Bu göstəriciyə görə ölkə dünyada 4-cü yerdədir.

İtaliyanın bütün ərazisində 3000-dən çox muzey fəaliyyət göstərir.

İtaliya əhalisinin 20 faizindən çoxunun 65-dən yuxarı yaşı var.

İtalyanların orta ömür müddəti 79,5 il təşkil edir.

“Fortepiano” musiq alətini 1709-cu ildə İtaliyada məşhur usta olan Bartolomeo Kristofori yaradıb.

İtaliya ərazisində iki cırtdan dövlət yerləşir: San-Marino və Vatikan.

Dünyaca məşhur “Pinokkio” nağılını italyan yazıçı Karlo Kollodi ərsəyə gətirib.

Po – İtaliyanın ən uzun çayıdır. Onun uzunluğu 652 km, hövzəsinin sahəsi isə 71 000 kv km təşkil edir.

İtalyanların orta yaşı 41 il təşkil edir.

Marko Polo, Con Kapot və Ameriqo Vespuççi kimi məşhur dəniz səyyahları italyandırlar.

İtalyanlar dünyanın ən böyük şərab həvəskarlarından biri hesab olunurlar! İl ərzində orta statistik İtaliya sakini 26 litrdən çox şərab içir.



Dondurmanı Avropaya ilk dəfə gətirən italyan dəniz səyyahı Marko Polo olub! Tarixçilər hesab edirlər ki, Çindən qayıtdıqdan sonra Marko özü ilə həmin ölkədən bir neçə növ dadlı “dondurma suyu” reseptini gətiribmiş. Səyahətçinin dediyinə görə, bu cür “buz” parçalarını Uzaq Şərqdə hələ eramızdan əvvəl yeməyə başlayıblar. Belə bir fikir də mövcuddur ki, dondurmaya süd qatmağı M. Polonun özü təklif edibmiş.

İtalyan dilində bütün sözlər yalnız saitlə bitir.

İtaliya Avropa ölkələri arasında ən çox otel sayına malik olması ilə fəxr edə bilər. Eyni zamanda, mütənasiblik itirilmir: büdcə otelləri və ekstra-klass mehmanxanaların sayı bir-birini tamamlayır.

Hər gün Romada ən böyük “Trevi” fontanına turistlər 3000 avro sikkə pullar atırlar.

Zanbaq İtaliyanın milli çiçəyi hesab olunur.

YUNESKO-nun məlumatına görə, İtaliya dünya incəsənət irsinin demək olar ki, 60%-nə malikdir.

14-cü əsrin bubon vəbası İtaliya əhalisinin 30%-dən çoxunu məhv edib.

Pitza ilə yanaşı, makaron da ən məşhur qida məhsullarından biridir. Maraqlıdır ki, hər bir italyan ildə 25 kq-dan çox makaron yeyir.

İtaliya ərazisində şərab hazırlamağı hələ eramızdan əvvəl 1000-ci illərdə öyrəniblər.

Dünyanın ilk və ən məşhur film festivalı Venesiya film festivalıdır. Onun müntəzəm keçirilməsinə hələ 1932-ci ildə başlanılıb.

Ölkədə dünyanın ən çoxsaylı modelyerləri yaşayır. Onlardan ən məşhurları bunlardır: Gucci, Prada, Versace, Dolce & Gabbana, Giorgio Armani, Salvatore Ferragamo, Roberto Cavalli, Fendi, Valentino, Trussardi, Benetton…  Bu da İtaliyanın bütün dünyada moda meyllərini müəyyənləşdirdiyini izah edir.

San-Marino cırtdan dövləti dünyada ən qədim respublikadır. Bu kiçik ölkə həmçinin dünyada ilk konstitusiyalardan birini qəbul etməsi ilə də öyünə bilər. Maraqlı fakt həm də odur ki, San-Marinonun əhalisi cəmi 32 min nəfərdir, ölkənin ümumi sahəsi isə 61 kv km təşkil edir.

İtalyan qadınlar dünyanın ən aşağı məhsuldarlıq səviyyəsinə (uşaqların doğuşuna görə) malikdirlər.

Avropada fəaliyyətdə olan cəmi üç vulkan vardır: Etna, Stromboli və Vezuvi. Onların hamısı İtaliyanın cənubunda yerləşir. Bilmək maraqlıdır ki, Etna – dünyanın ən aktiv vulkanıdır. O demək olar ki, son 3500 il ərzində fasiləsiz olaraq püskürüb, 1999-cı ildən bəri isə hər gün lava buraxır.


II hissəyə nəzər yetirin


Kiçik biznesin çiçəklənməsi üçün yeni texnologiyalardan necə istifadə etməli?


Print Friendly, PDF & Email