birbank biznes

Kadr xidmətlərinin inkişaf tarixi, Kadr xidmətlərinin inkişafi, Kadr xidmətləri,E.ə. IV əsrdə yaşamış böyük mütəfəkkir dövlətin möhkəmliyinin ən mühüm şərtlərini ifadə edib: “Dövlət quruculuğuna iki şey aiddir: birincisi, vəzifələrin və gələcək vəzifəli şəxslərin müəyyən edilməsi, yəni, onların sayı və vəzifəyə təyin edilməsi üsulunun müəyyən edilməsi; ikincisi, hər bir vəzifənin hansı qanunlarla aparılacağını təyin etmək və bu vəzifələrin sayını və keyfiyyətini müəyyən etmək lazımdır”.

Eramızın əvvəlində Qədim Çində çox güclü seçim məktəbi formalaşmışdı. Konfutsi və onun ardıcılları məmurların və tanınmış təbəqələrin nümayəndələrinin seçim fəlsəfəsini yaratdılar. Bu cür tapşırıqların icrası üçün dövlət katibliklərini, ofislərini, əmrlərini formalaşdıran xüsusi məmurlar korpusu çoxdan formalaşmışdı. Məsələn, Qədim Çinin Sya çarlığında mülki məmurlar və ordu personalını idarə edən belə bir kadr qurumu guanjis idi. Bu idarə kadrların uçota alınması və komplektləşdirilməsinə rəhbərlik edirdi. Bu cür bölmələr gələcək məmurların və hökmdarın digər rəiyyətləri barədə arayışlar hazırlayırdılar. Bəzi hallarda isə həmin məlumatlardan onların özlərinə qarşı istifadə edirdilər.

Yazıya tam şəkildə nəzər yetirmək üçün keçidlərə daxil olun:

I hissə

II hissə


Print Friendly, PDF & Email