Kapitalizm nə vaxt işə yarayır, nə vaxt yox? (I hissə)

posted in: Xəbər | 0
birbank biznes

Kapitalizm nə vaxt işə yarayır, nə vaxt yox? (I hissə)

Nyu-York Universitetinin professoru Robert Allenin Abu-Dabidə çıxışı

Bu gün kifayət qədər geniş bir mövzu barəsində danışmaq istərdim, lakin, mənə elə gəlir ki,  bu gün üçün kifayət qədər vacib olan budur: kapitalizm nə vaxt işə yarayır, nə vaxt yox? İqtisadi sistemin necə yaxşı və ya pis işləyə biləcəyi üçün bir çox variantlar var. O, iqtisadi artıma gətirib çıxarır, yoxsa yox? Bərabərsizlik səviyyəsi artır və ya azalır? Resurslar və nemətlər nə dərəcədə bərabər bölüşdürülür? Ətraf mühitə hansı təsir göstərir? Bütün bunlar vacib suallardır. Bu gün mən iqtisadi artım və resursların bölüşdürülməsi mövzusuna diqqət yetirirəm.

Aparıcı kapitalist iqtisadiyyatlarında son 400 il ərzində kapitalizm artım gətirsə də, o, heç də həmişə inkluziv olmayıb, yəni, mənfəət bərabər bölüşdürülməyib. Mən bu məsələni əmək bazarına vurğu etməklə nəzərdən keçirmək istəyirəm. Çünki insanların əksəriyyəti üçün onların həyat səviyyəsi əmək qazancından asılıdır. Bəzən orta əməkhaqqı işçilərin məhsuldarlığı ilə bərabər artırdı. Bu yaxşı bir nəticədir, yəni bir işçiyə düşən məhsul artımı və müvafiq olaraq gəlirində artım deməkdir. Digər tərəfdən, orta əməkhaqqı iqtisadi artım zamanı qalxmaya da bilərdi.

Bəzən ayrı-ayrı insanlar arasında qeyri-bərabərliyin artması müşahidə olunurdu. Çünki bəziləri gəlir əldə edirdilər, bəziləri isə əmək haqqının azalması ilə rastlaşırdılar, özü də işçilər və kapitalistlər arasında deyil, işçilər arasında da belə dinamika müşahidə olunurdu. Tədqiqatlarımda bunun nə vaxt və nə üçün baş verdiyini anlamağa çalışıram.

İndi bir neçə ideyam var ki, mən bu tarixi müzakirədə istifadə etmək istəyirəm. Onların birincisi bundan ibarətdir ki, əmək bazarı ilə texnoloji dəyişikliklər arasında bir əlaqə vardır. Bəs, əgər biri digərinə təsir edirsə, nə baş verir? Məsələn, yüksək maaşlar yeni texnologiyaların ixtirası üçün stimul yaradır, bu isə bir işçi üçün kapitalın miqdarını artırır ki, bu da əmək haqlarını qorumağa imkan verir.

Maşınların və məsələn, kompüter sistemlərinin quraşdırılması – kapital tutumlu dəyişikliklərdir. Bu faydalıdır, çünki müxtəlif avadanlıqların quraşdırılması hesabına qənaət edilən əmək xərcləri, onun istifadə xərclərindən daha yüksəkdir. Maaşların artması ilə fayda da artır, bu da avtomatlaşdırmanı təşviq edir.

Digər tərəfdən, avtomatlaşdırma da əmək bazarına təsir göstərə bilər: yeni avtomatlaşdırılmış maşınlar peyda olduqca, biz köhnə istehsal texnologiyalarından istifadə edən işçilər arasında böyük iş itkisi ilə üzləşə bilərik. İnsanların iş yerlərini itirməsi ilə bağlı bir sıra problemlər mövcuddur. Onlar nə qədər tez və yeni bir iş yeri tapa bilərlər? Köhnəlmiş bacarıqları olan işçilər üçün əmək haqqlarında azalma, müvafiq ixtisaslara sahib olanlar üçün isə artım ola bilər. Bütün bunlar mühüm işlərdir.

Başqa bir ideyalar qrupu haqqında Yozef Şumpeter, ABŞ-ın Harvard Universitetinin professoru olan avstriyalı iqtisadçı danışıb. O, sağçı bir mütəfəkkir olsa da, Karl Marksın əsərlərini oxumuşdu və kapitalizmə aid olan məsələlər ilə əlaqəli onun təsiri altına düşmüşdü. Şumpeter “Kapitalizm, sosializm və demokratiya” kitabını yazıb.

II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email