Kapitalizm nə vaxt işə yarayır, nə vaxt yox? (II hissə)

posted in: Xəbər | 0
birbank biznes

Kapitalizm nə vaxt işə yarayır, nə vaxt yox? (II hissə)

I hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Nyu-York universitetinin professoru Robert Allenin Abu-Dabidə çıxışı 

O, bu kitabda kapitalizmin zəruri xüsusiyyətlərindən danışır və onu “yaradıcı dağılmanın əbədi fırtınası” adlandırır: yeni kəşf edilmiş istehsal sistemləri köhnələri dağıdır və bununla yanaşı yenilərini yaradır. Elə bax, bu, yaradıcı dağılmadır. Yəni, kapitalizm müsbət iqtisadi artıma gətirib çıxarır. Ancaq yadda saxlamaq lazımdır ki, bu, dağılma hesabına əldə edilir.

Mənə elə gəlir ki, burada həqiqət çoxdur, baxmayaraq ki, mənim fikrimcə, Şumpeter vəziyyəti şişirdir: əgər biz tarixə nəzər salsaq, onda görərik ki, bəzən dağıdıcı fırtına həddən ziyadə güclü olur, bəzən isə o, olduqca yüngül bir meh təsiri bağışlayır. Biz bunu son 400 il ərzində müşahidə edə bilərik.

Mən 1620-ci ildən 2020-ci ilə qədər olan dövrü müzakirə etmək və yaradıcı dağılmanın gücünün necə dəyişdiyini göstərmək istəyirəm. Bu müzakirələrdə mən aparıcı iqtisadiyyatlar barədə – sənaye inqilabı dövründə Böyük Britaniya və 19-cu əsrin sonunda ABŞ-dan söz açacağam. Bütün dövrü mən dörd tarixi mərhələyə ayırıram və hər onların hər birində bir işçiyə düşən buraxılış və orta əməkhaqqı yüksəlmişdi.

Birinci dövr sənaye inqilabından əvvəl baş vermişdir – bu, 1620-ci ildən 1770-ci ilə kimi davam edən Böyük Britaniyadır: əməkhaqqı buraxılış ilə birlikdə yüksəlmişdi, hamı da uduşda idi.

Növbəti mərhələ – sənayə inqilabı dövrüdür ki, bu zaman bir işçiyə düşən buraxılış artmış, amma, maaşlarda durğunluq yaşanmışdı və gəlirlərdə bərabərsizlik əhəmiyyətli şəkildə yüksəlmişdi. Həmin vaxt yaradıcı dağılmanın çiçəklənməsi müşahidə olunmuşdu.

Ardınca biz XIX əsrin ortalarından 1973-cü ilə kimi davam edən sənaye erası mərhələsinə keçmişik. Həmin dövrdə orta əməkhaqqı ilə birlikdə buraxılış da artmışdı, kapitalizm yaxşı işləyirdi.

Nəhayət sonuncu mərhələ 1973-cü ildə başlayıb və mən bunu xidmət sferasında inqilab adlandıra bilərəm. Bu dövrdə orta əməkhaqqı artımını görmürük, ancaq, bərabərsizliyin artdığını müşahidə edirik. Gəlin buna detallı nəzər yetirək.

Sənaye inqilabından əvvəl, 1620-ci ildən – 1770-ci ilədək davam edən dövrdə iqtisadiyyat aqrar əsaslara söykənirdi, yalnız bəzi emaledici istehsal mövcud idi. Texnologiyalar əl istehsalına əsaslanırdı, insanlar evdə və ya kiçik emalatxanalarda işləyirdilər. Mən bunu kustar üsullu istehsal tipi adlandırıram. Çox vaxt bütün ailə bununla məşğul olurdu. O vaxt yaradıcı dağılma müşahidə olunmurdu, iqtisadiyyat Britaniya ixracının yüksəlməsinə gətirib çıxaran qloballaşma hesabına artırdı.

Hər şey Böyük coğrafi kəşflərdən – 1492-ci ildə Kolumb tərəfindən Amerikanın kəşfi, Vasko Da Qamanın 1498-ci ildə Hindistan sahillərinə səyahəti ilə başlanmışdı. İspaniya və Portuqaliya ilk imperiyalar olmuşdu. Amma, onların iqtisadi faydaları məhdud idi. Niderland və Böyük Britaniya öz imperiyalarını bir qədər gec, 1600-ci ildən başlayaraq qurmuşdular və daha çox şey əldə etmişdilər. Onlar öz mallarına yüksək tələbatı təmin edə bilmişdilər.


III hissəyə nəzər yetirmək üçün keçidə daxil olun



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email