Kapitalizm nə vaxt işə yarayır, nə vaxt yox? (V hissə)

posted in: Xəbər | 0
birbank biznes

Kapitalizm nə vaxt işə yarayır, nə vaxt yox? (V hissə)

IV hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Kapitalizm,

Nyu-York universitetinin professoru Robert Allenin Abu-Dabidə çıxışı  

Bunun ardınca biz 1867-ci ildən 1973-cü ilə kimi davam edən sənaye erasına keçid edirik. O, Böyük Britaniya və ABŞ-da baş verib, lakin, mən həmin vaxt iqtisadi lider olan Amerika Birləşmiş Ştatlarından söz açacağam. Həm ABŞ-da, həm də Böyük Britaniyada sənaye istehsalı mümkün coğrafi genişlənmələr imkanları hesabına yüksəlirdi. Böyük Britaniya imperiya idi, onların istehsalı ixracın yüksəlməsi və hər yerdə ənənəvi istehsal üsullarının dağıdılması hesabına artırdı. Nəticədə, biz inkişaf etməmiş, əsasən kənd təsərrüfatı ilə məşğul olan və sənayenin praktiki olaraq yox olduğu ölkələri əldə etdik. ABŞ-da isə qitənin qərbinə doğru hərəkət etmək imkan var idi. Yeni ərazilərin məskunlaşdırılması buna gətirib çıxardı: Böyük Britaniyada olduğu kimi istehsal və əməkhaqları artırdı.

İqtisadçılar, ümumilikdə, işçilərin əmək haqqına və məhsuldarlığına göstərilən texniki dəyişikliklərin təsiri ilə bağlı nikbindirlər. Bu məsələdə nikbinlik ümumiləşdirmə və bütövlükdə dövr üçün baxışla əlaqəlidir. Lakin vəziyyət müxtəlif insanlar, dövrlər və yerlər üçün fərqlənirdi.

Yaradıcı dağılma o dövrdə elə də güclü və pozitiv deyildi. Mövcud texnologiyaların ekspansiyası baş verirdi, fabriklər getdikcə çoxalırdı. Bu, köhnə modelin dağılması deyildi və bu, həm də sənaye inqilabı deyildi. Nəticədə qərbdə rifahın kütləvi yüksəlişi baş verirdi. Əgər makroməlumatlara nəzər salsaq, məhsuldarlığın dinamikasının və əmək haqqının XIX əsrin ortalarına qədər əvvəlki uyğunsuzluğu aradan qalxmışdı: onlar az-çox sinxronlaşdırılmışdı və 1890-1973-cü illər arasında real maaşlar qədər hər bir işçiyə düşən məhsul da artmışdı.

Bunun ardınca innovasiya dalğalarının necə yayıldığına və yeni ixtira mənbələrinin ortaya çıxdığına baxmaq olar. Elmin inkişafı universitetləri də hərəkətə gətirmişdi. Tədqiqat universitetləri texniki bilik mənbəyinə çevrilmişdi. Universitetlər və sənaye arasında əlaqələr yaranmışdı.

Stenford universiteti və Silikon vadisi universitet və sənayenin qarşılıqlı fəaliyyətinin ilk nümunələri deyildi. XIX əsrin ortalarında Almaniya və Birləşmiş Ştatlarla bağlı bir çox nümunələr var. Biz həm də hədəf araşdırmalarının inkişafını müşahidə edirik. Kənd təsərrüfatı və səhiyyə sahələrində konkret problemlərin həlli üçün institutlar yaradılırdı. Məsələn, ABŞ-da XIX əsrin ortalarında Kənd Təsərrüfatı Nazirliyi yaradıldı, onun vəzifəsi sektorun inkişafı üçün yollar axtarıb tapmaq, becərmək üçün məhsul seçmək, qərb ərazilərinin mənimsənilməsi metodlarını işləyib hazırlamaqdan ibarət idi.

Hərbi tədqiqatlar – həm də hədəfli tədqiqatların vacib bir nümunəsi idi, çünki onun nəticələri həm hərbi, həm də sənaye problemlərini həll edirdi. Bir çox hərbi ixtiralar vətəndaş sənayesində öz tətbiqini tapmışdır, məsələn, smartfonlar. Hədəflənmiş tədqiqatlar sənaye sektorunun davamlı inkişafı üçün vacib olan yeni məhsulların ortaya çıxmasına gətirib çıxardı.


VI hissəyə nəzər yetirmək üçün keçidə daxil olun



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email