Kapitalizm nə vaxt işə yarayır, nə vaxt yox? (VI hissə)

posted in: Xəbər | 0
birbank biznes

Kapitalizm nə vaxt işə yarayır, nə vaxt yox? (VI hissə)

V hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Kapitalizm nə vaxt işə yarayır

Nyu-York universitetinin professoru Robert Allenin Abu-Dabidə çıxışı   

Biznes həmişə istehsal xərclərini azaltmağa çalışırdı və bu, həmişə bir işçi ilə bağlı kapitalın artmasına gətirib çıxarırdı. Yüksək əməkhaqqı həmişə avtomatlaşdırma üçün stimul yaradır, yeni texnologiyalar əməkhaqqı artımına gətirib çıxarır və dairə yenidən başlayır. Nəticədə təhsilin inkişafı və hədəfli araşdırmalarla dəstəklənən özünü təkrarlayan bir sistem ortaya çıxırdı. Vaxt keçdikcə, qərb texnologiyası genişlənirdi və daha çox kapital cəlb edirdi. Bir çox yoxsul ölkələrdə isə bu baş vermirdi.

Biz ixtisaslı və peşəkar olmayan işi ayrı-ayrılıqda təhlil etsək, əmək bazarı ilə texnologiya arasında daha ətraflı əlaqəni nəzərdən keçirə bilərik. Müxtəlif sektorlar ixtisaslı və qeyri-peşəkar işçilərin nisbətinə görə çox fərqlənir. Məsələn, 1910-cu ildə ABŞ-da domna peçlərində və poladəritmə zavodlarında 400 min fəhlədən 200 mini işləyirdi. Yəni, fəhlə qüvvəsinin yarısı, yerdə qalanı isə əsasən ixtisaslı işçilər idi.

Həmin vaxtlarda işçilərin başlıca vəzifəsi materialların içəri daşınmasından ibarət idi. İxtisaslı işçilər isə mütəxəssislər idi, onlar konkret tapşırıqları yerinə yetirirdilər və ya işlərin təşkili ilə məşğul olurdular. Digər sahələrdə başqa cür nisbət hökm sürürdü: avtomobilqayırma sənayesində fəhlələr azlıq təşkil edirdi və ixtisaslı mütəxəssislərin sayı kifayət qədər çox idi. Mühəndislər, məsələn, avtomobillər üçün müxtəlif detalları hazırlayırdılar. Dülgərlər kuzovu hazırlayırdılar. Müxtəlif növ işlərin yerinə yetirilməsindən ötrü fərqli strategiyalardan istifadə olunurdu. Zaman keçdikcə həm ixtisaslı, həm də ixtisassız fəhlələr adi vəzifələri yerinə yetirən hər hansı bir orta ixtisasa malik işçilər ilə əvəz olunurdular.

Növbəti cədvəl ABŞ və Böyük Britaniya üçün kapitala dəyərinə olan nisbətində ixtisalı və ixtisassız işçilər üçün əməkhaqqı səviyyəsini göstərir. 1900-cü ilə qədər ixtisassızlarla ixtisaslılar arasında çox kiçik fərq olub. Vəziyyət ixtisaslı işçilər üçün fərqlidir: ABŞ-da onların əməkhaqqı kapitalın qiymətinə nisbətən çox yüksəkdir ki, bu da texnologiyaların təkamülü baxımından ölkələr arasında əhəmiyyətli fərqlərə gətirib çıxarır.

Biz niyə belə bir fərq görürük? Hər iki halda iqtisadiyyatın əhəmiyyətli dərəcədə artması olmuşdur. Böyük Britaniya dünya bazarına xidmət etmək üçün istehsalı artırıb, ABŞ isə qərb ərazilərinin mənimsənilməsinə çalışıb. Birləşmiş Ştatlarda ixtisassız əmək üçün tələbat artsa da, fermerlərin Avropadan axını əmək haqlarının artmasının qarşısını almışdı.

Bu əmək bazarının qloballaşması idi. İxtisaslı işçilər daha çox əməkhaqqı alırdılar. Çünki rəqabət yox idi, ixtisassız əmək isə mühacir-fermer axını səbəbindən maaşların yüksəlməsindən məhrum olmuşdu. Böyük Britaniyada sənaye iqilabının nəticəsi olaraq işçi qüvvəsinin artıqlığı müşahidə edilirdi, fermerlərin immiqrasiyası da yox idi, buna görə də maaşlarda heç bir fərq yox idi.


VII hissəyə nəzər yetirmək üçün keçidə daxil olun



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email