Kapitalizm nə vaxt işə yarayır, nə vaxt yox? (VII hissə)

posted in: Xəbər | 0
birbank biznes

Kapitalizm nə vaxt işə yarayır, nə vaxt yox? (VII hissə)

VI hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Nyu-York universitetinin professoru Robert Allenin Abu-Dabidə çıxışı

İdarəedicilər nə edirdilər? Onlar ixtisassız ucuz işçi qüvvəsi ilə nə edirdilər? Cavab bir neçə şeydən ibarətdir. Birincisi, onlar elmi menecmenti icad ediblər. Vaxtın və hərəkətin öyrənilməsi sistemini icad edən menecment üzrə tanınmış məsləhətçi Frederik Teylor deyib: “Çuqunla rəftar bir insanın gördüyü tipik, bəlkə də ən kobud və ən sadə iş forması olduğu üçün seçilir. Bu iş, adamlar tərəfindən hər hansı bir alətdən istifadə olunmadan həyata keçirilir. Təxminən 92 funt ağırlığında bir çuqun parçasını qaldırıb, bir neçə fut və ya yard məsafəni qət etdikdən sonra yerə və ya dəstin üzərinə atırlar”. [İşçilər şeyləri fabrikdə bir yerdən başqa yerə daşıyırlar dedik, bax, mən bunu nəzərdə tuturdum].

1898-ci ildə “Bethlehem Steel Company” şirkətində işçilər “gün ərzində adambaşına orta hesabla ingilis tonu ilə 12 ton yarım çuqun yükləyirdilər. Biz bu məsələni öyrəndikdən sonra yaxşı işçinin gün ərzində 47 və 48 ingilis tonu emal etməli olduğunu biləndə, çox təəccüblənmişdik.

Şmidt adlı alman mühacirinə əgər gün ərzində 47 və yaxud 48 ingilis tonu yükləyə bilərdisə, ona adi vaxtlarda ödənilən 1,15 dollar əvəzinə 1,85 dollar pul ödəniləcəkdi (yəni, həmin şəxs dörd dəfə artıq iş həcminə görə maaşına kiçik bir bir əlavə alacaqdı): “Sən səhər tezdən axşama kimi bu adamın dediyini eləyəcəksən. O, sizə bu çuqun parçasını qaldır və apar, qaldırıb aparacaqsınız, deyəndə ki, oturub, istirahət elə, edə bilərsən, siz oturacaqsınız… Və bundan əlavə, cavabında heç nə deməyəcksiniz”.

Bu, hazırlanmış və tətbiq olunan əmək nəzarət sistemlərindən biri idi. O, ofis işçilərinin çox böyük artımını və bu cür iş yerlərini təhlil edən vaxt hərəkətlərin araşdırılmasını tələb edirdi.

Daha ənənəvi bir həll yolu da əməyə qənaət etmək üçün bir işçiyə düşən kapital miqdarının artırılması idi. Məsələn, yeni domna sobaları çuqun və ya koksu yuxarı qaldıran lift əldə etmişdilər, burada fəhlələr çuqun və koksu arabalara yükləyib sobanın yuxarı hissəsinə göndərirdilər. Təxminən 1900-cü llərdə işlənib hazırlanmış maşınlar hər şeyi artıq avtomatik yerinə yetirirdilər. Bu mexanizasiya metallurgiya zavodlarında işçilərin vaxtına qənaət edirdi.

İxtisaslı işçi qüvvəsini kapitalla əvəzləmək üçün daha əhəmiyyətli bir cəhd ABŞ-da edilmişdi, çünki bu cür işçilərin əmək haqları kapitalın dəyəri ilə əlaqəli olaraq sürətlə artırdı. Bu problem Henri Ford tərəfindən və onun konveyer xətti ilə həll olunmuşdu. Buna qədər müxtəlif işçilər maşının hissələrini bir yerə gətirir və orada hazır avtomobili yığırdılar. Fordun zavodunda isə üzərində maşınların hərəkət etdiyi konveyerdən istifadə olunurdu, adamlar isə elə əvvəllər etdikləri işi yerinə yetirirdilər, lakin, indi bunu fabrikin ərazisində hərəkət edərək, yerinə yetirirdilər.

Beləliklə, detalların işçilər tərəfindən daşınmasına və çox sayda işçi qüvvəsinə də ehtiyac qalmamışdı, lakin bu da ixtisaslı işçilərin problemini həll etmədi.


VIII hissəyə nəzər yetirmək üçün keçidə daxil olun



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email