221 saylı “Kassa” hesabı üzrə uçot: xaricolmalar

posted in: Xəbər | 0

Kassa hesabı üzrə əməliyyatlar

Mühasibat uçotu subyektlərində pul vəsaitləri və onların ekvivalentləri üzrə uçot Hesablar Planının 22-ci maddəsinə  uyğun açılan hesablar üzrə aparılır. 7 saylı MUBS-un tələblərinə uyğun tərtib olunan “Pul vəsaitlərinin hərəkəti haqqında hesabat” (PVHHH) pul vəsaitlərində baş verən hərəkətlər, artma və azalmalar, onların səbəblərini aydınlaşdırmaq, lazımi informasiyanı istifadəçilərə çatdırmaq üçün istifadə olunur.

Müəssisələrdə, istər hüquqi şəxs olsun, istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdə nağd əməliyyatların aparılması üçün kassa olur. Nağd pul ən likvid aktiv hesab olunur, vergi ödəyicisi olan fiziki, hüquqi şəxslər nəğd əməliyyatlarını həyata keçirilməsi üçün öz xəzinədarlığını yaradırlar. Kassadan müəssisəyə nağd daxilolmalar, malların (iş, xidmətlərin), işçilərin əməkhaqlarının, dividend ödənişlərinin, buna bənzər digər ödənişlər həyata keçirilir. “221 saylı “Kassa” hesabı üzrə uçot: daxilolmalar” adlı məqalədə mühasibat uçotu subyektlərində kassa əməliyyatları, xəzinəyə nəğd vəsaitlər üzrə daxilolmalar üzrə müxabirləşmələr uçotu barədə yazmışıq. Bu yazıda isə kassadan məxaric edilən nağd vəsaitlər üzrə mühasibat yazılışlarına nümunələr verilib.

Kassa hesabından məxariclərlə bağlı müxabirləşmə nümunələri

Nümunə 1:  Kassa hesabından bank hesablaşma hesabına mədaxil edildikdə

“A” MMC bank hesablaşma hesabının möhkəmləndirilməsi məqsədilə kassa hesabından 55000 manatlıq vəsaiti müəssisənin bank hesabına köçürmüşdür.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Kassadan bank hesablaşma hesabına pul mədaxil olunduqda 223 – Bank hesablaşma hesabları 221 – Kassa 55000.00

Nümunə 2: Kreditor borcların kassadan nağd ödənişi

“A” MMC iyun ayında “B” MMC-dən 10500 manatlıq mal almışdır. Borcun 40%-i kassa hesabından ödənildi. Qalan hissəsi növbəti aylarda ödəniləcək.

Mühasibat xidmətləri
Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Malların alışı həyata keçirildikdə 205 – Mallar 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 10500.00
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 1890.00
3 Borcun 40%-i ödənildildə 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 221 – Kassa 4200.00
4 Satılmış malların əsas məbləği bank hesabına daxil olduqda 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 226 – ƏDV-nin Depozit hesabı 756.00

Nümunə 3: Avans ödənişlərin kassadan məxarici

“A” MMC istehsal prosesini fasiləsiz şəkildə davam etdirmək üçün pul vəsaitlərinin yetərsiz olduğu qənaətinə gəlmişdir. Məsələni həll etmək üçün daimi müştərisi olan “B” MMC-dən malları təqdim edənədək həmin malların ödənişinin bir qismini avans formasında almışdır. Avans məbləği 25000 manatdır. Avansı kassa hesabından ödəyən  “B” MMC-nin uçotuna baxaq.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Verilmiş avans məbləği bank hesablaşma hesabından xaric olduqda 243 – Verilmiş qısamüddətli avanslar 221 – Kassa 25000.00

Nümunə 4: Təhtəlhesab şəxslərə xəzinə vasitəsi ilə nağd pul ödənişləri

“A” MMC öz işçisinə kommunal ödənişləri həyata keçirmək üçün kassa hesabından 500 manat məbləğində ödəniş etmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Təhtəlhesab şəxsə ezamiyyə ödənişi edildikdə 244 – Təhtəlhesab məbləğlər 221 – Kassa 500.00

Nümunə 5:  Dividend ödənişlərin nəğd ödənişi üzrə müxabirləşmələr   

“A” MMC-nin təsisçisi hesabat ilinin sonunda Dividend götürülməsi ilə bağlı qərar qəbul etmişdir. Qərara əsasən təsisçiyə kassa hesabından 15000 manat Dividend ödənilib.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Dividend elan edildikdə 341 – Hesabat dövründə xalis mənfəət (zərər) 344 – Elan edilmiş dividendlər 15000.00
2 Elan edilmiş dividend üzrə təsisçilər qarşısında kreditor borcu yarandıqda 344 – Elan edilmiş dividendlər 534 – Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları 15000.00
3 Dividend ödənildikdə 534 – Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları 221 – Kassa 15000.00

Nümunə 6: İcarə haqqı kassa vasitəsi ilə nağd ödənildikdə

“A” MMC malları saxlamaq məqsədilə fiziki şəxsdən anbar icarəyə götürmüşdür. Aylıq icarə haqqı 500 manat olaraq razılaşdırılmışdır. Ödəmə mənbəyində vergi çıxıldıqdan sonra yerdə qalan məbləğ kassa hesabından ödənilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 İcarə məbləği hesablandıqda və xərcə aid edildikdə 721 – İnzibati xərclər 535 – İcarə üzrə qısamüddətli kreditor borcları 500.00
2 Ödəmə mənbəyində vergi hesablandıqda (14%) 535 – İcarə üzrə qısamüddətli kreditor borcları 521 – Vergi öhdəlikləri 70.00
3 İcarə məbləği ödənildikdə 535 – İcarə üzrə qısamüddətli kreditor borcları 221 – Kassa 430.00
4 Bankdan vergi öhdəliyi ödənildikdə 521 – Vergi öhdəlikləri 223 – Bank hesablaşma hesabları 70.00

Kassa əməliyyatları ilə bağlı daha ətraflı məlumat almaq üçün buraya keçid ala bilərsiniz.

Əlavə dəyər vergisinin büdcə gəlirlərinin formalaşmasında rolu