Keyfiyyətli mühasibin 10 əlaməti (I hissə)

posted in: Mühasib, Xəbər | 0
birbank biznes

Mühasibləri qorxutmağa ehtiyac yoxdur, qorxu hissi çoxdan onların daxilinə nüfuz edib. Bu ağır yükü hər il getdikcə daha çox üzücü hesabatlar dərc edən kadr bazarının mütəxəssisləri öz üzərlərinə götürüblər: xatırladırlar ki, mühasib sayına görə dünyada yüksək səviyyəli rəqabət olan üçüncü peşədir.

Və onu da əlavə etməyi unutmayıblar ki, milyonlarla mühasib təkcə bir-biri ilə deyil, həm də avtomatlaşdırma, autsorsinq, yeni xidmətlər və proqramlarla da rəqabət aparırlar.

Milyonlarla mütəxəssis – əlbəttə, təsirli səslənir. Lakin, gəlin dürüst olaq: bu milyonlardan nə qədəri, işəgötürənlər və müştərilərin onlardan ötrü növbəyə dayana biləcəkləri keyfiyyətli, mükəmməl mütəxəssisdirlər?

Belə mühasibi necə tanımalı? Çox asan. Onun 10 fərqləndirici xüsusiyyəti var. İndi bu haqda söz açacağıq.

Keyfiyyətli mühasibin 10 əlaməti, Keyfiyyətli mühasib, mühasib

1-ci əlamət. O, həm detalları, həm də ümumi mənzərəni eyni cür görür.

Detalların nə qədər vacib olduğunu bilmək istəyirsinizsə, bunu mühasibdən soruşun. Məbləğdə bir səhv rəqəm və ya kiçik bir vergülün olmaması, Everest ölçüsündə nəticələrə səbəb ola bilər. Belə ki, mükəmməl mütəxəssis hər bir detalı görməyi bacarır: rəqəmlər, işarə, hərflər. O, diqqəti cəmləşdirmək texnikasını əla mənimsəyib, öz hüdudlarını bilir və “gözlərinin nə vaxt ağrıdığını da” əla hiss edir. Belə bir mühasibin yanından heç bir səhv sivişib keçə bilməz.

Diqqətin cəmləşdirilməsi texnikası nəyə lazımdır? Ona görə ki, bütöv bir sənəddə detalları görmək – göründüyü qədər də asan məsələ deyil. Əslində biz sözləri və digər məlumatları ayrı-ayrılıqda oxumuruq, onları bütövlükdə qavrayırıq. Sözlərdəki bütün hərflərin (birinci və sonuncudan başqa) qarışdırıldığı testi xatırlayın, lakin siz bütün hallarda məzmunu asanlıqla oxuyursunuz?

Bax, diqqətin cəmləşdirilməsi texnikası beyni “aldatmağa” və hər bir detalı görməyə yardım edir. Özü də bu, deyildiyi qədər də sadə bir şey deyil.

Detallarla iş yekunlaşmır. Əla mühasib təkcə onları görmür. O, çox asanlıqla ümumi təsvirə də keçid edə bilir, müxtəlif sənədlərlə qarşılıqlı əlaqəni və uçotun ümumi strukturunu görə bilir.

Uçotun struktur anlayışını başa düşmək üçün ən vacib bacarıqlardan biri də dövriyyə-balans cədvəlini (DBC) oxumaq bacarığıdır. Ən yüksək səviyyəli mütəxəssisə hətta yeni müştəri olsa belə, DBC üzrə müəssisənin həyatının ümumi mənzərəsini tərtib etmək üçün 30-60 dəqiqə vaxt kifayət edir.

2-ci əlamət. Dövlət dəyişikliklərini izləmək üçün tənbəllik etməyin

Hətta İngiltərə kraliçası bizim dövlətin qanunları dəyişdirdiyi tezlikdə paltarlarını dəyişdirmir. Bütün bu sonsuz düzəlişləri və yenilikləri izləmək çətin işdir və elə də cəlbedici bir şey deyil. Lakin hesabatların təqdim edilmə sürəti və vergi sisteminin bütün imkanlarından ən ağlabatan şəkildə istifadə edilməsi, məhz, ondan asılıdır. Belə ki, əla mütəxəssis həmişə əlini nəbzdə saxlayır.

3-cü əlamət. Texniki yenilikləri izləyir, işi sadələşdirmək üçün yeni xidmətlər və proqramları bilir

Bilirsinimi ki, 1C proqramı nəyi ilə gözəldir? Onunla gözəldir ki, bu proqramı “müəyyən qədər elə tamamlamaq mümkündür” ki, o, sizin bütün ehtiyaclarınızı ödəyə bilər və hətta təkrarlanan cansıxıcı işlərin bir hissəsini öz üzərinə götürə bilər. Bundan ötrü nə lazımdır? Əlavə imkanları axtarıb tapmaq lazımdır.

Avtomatlaşdırmanın iki üsulu var: fərdi şəkildə işləyib hazırlamaq və ya hazır servis xidmətlərindən istifadə etmək. Birinci üsul ona görə yaxşıdır ki, siz konkret ehtiyaclar üçün zəmanətli uyğun həll əldə edirsiniz. Amma təbii ki, bu xeyli vaxt alır və baha başa gəlir. İkinci üsul ona görə yaxşıdır ki, “hər şey artıq bizdən əvvəl icad edilib”, əksər mühasiblərin eyni problemləri var və ağıllı insanlar artıq onların həllini Keyfiyyətli mühasibin 10 əlaməti, Keyfiyyətli mühasib, mühasibhazırlamışlar. Bunlar həm 1C-nin rəsmi xidmətləri, həm də müstəqil tərtibatçıların həlləri ola bilər.

4-cü əlamət. Bilir ki, mexaniki vərdişə vaxt və güc sərf etməyinə dəyməz

Zaman – yeri doldurula bilməyən yeganə resursdur. Bizim edə biləcəyimiz yeganə şey onu savadlı şəkildə bölüşdürməkdir. Tutaq ki, həftədə 40 saat işləyən iki mühasib var. Lakin onlardan biri təkrarlanan, cansıxıcı işlərə 30 saat vaxt ayırır, digəri – strateji problemlərin həlli, bacarıqların təkmilləşdirilməsi və məqsədlərə çatmaq üçün 30 saat vaxt ayırır. Necə düşünürsünüz, onlardan hansı daha tez uğura çata bilər?

Mexaniki vərdiş – mühasibatlıq işlərinin qaçılmaz düşmənidir. Lakin onu başqa birinə həvalə etmək olar. Bu, digər əməkdaşlardan biri və yaxud robot da ola bilər. Bəli, bir daha avtomatlaşdırma barədə. Sizi minimum xərclə maksimum vaxta qədər azad edən ağıllı avtomatlaşdırmadan söhbət gedir.

5-ci əlamət. Biznesi dost kimi qəbul edir, ona vergilərə qənaət etməkdə kömək edir

Biznesin ən yaxşı dostu onun köməyinə gələn mühasibdir. Təəssüf ki, mühasiblər daha çox döyüşkən mövqe tuturlar (direktor – idiotdur, müştərilər adamı cana yığıblar) və təşəbbüskarlıq göstərmədən işləyirlər. Hərçənd həmişə iş başındadırlar və öz vəzifələrini yerinə yetirirlər.

Şirkət rəhbərini yalnız bir şey – nəticə maraqlandırır. Biznes cərimələnməyib ki? Şirkət vergilərdə qənaət edə bilibmi?

Yaxşı mütəxəssis biznesin bütün ağrılarını və ehtiyaclarını bilir və onları aradan qaldırmaqda kömək edir. O, mühasibin konkret təqviminə deyil, qlobal məsələlərə (məsrəfləri azaltmaq, vergləri optimallaşdırmaq, gəlirləri artırmaq) fokuslanır. Rəhbər şəxslər, məhz, belə mütəxəssislərin “ovlanması” ilə məşğul olurlar.

Təcrübədən məsləhət

Vergi optimallaşdırılması – heç də göründüyü qədər asan və bariz bir proses deyil, lakin, hətta orada elektron köməkçi tapa bilərsiniz. Məsələn, “Vergi planlaması”. O, hesabat təqdim etməzdən əvvəl vergilərin məbləğini idarə etməyə kömək edəcək, bütün şifrələmələri təqdim edəcək və onların azaldılması üçün tövsiyələr verəcəkdir.

Həmçinin, “Vergi planlaması” vergi endirimi məbləğləri ilə registrlər hazırlayacaq, havadan asılı qalmış ödənişlərin ümumi mənzərəsini təhrif etməmək üçün sizə yalnız dövrləri seçmək lazım gələcək.

II hissəyə nəzər yetirmək üçün daxil olun

Mühasib kimdir?

Print Friendly, PDF & Email