Kimlər riskli vergi ödəyiciləri hesab edilir?

posted in: Xəbər | 0

Mühasibat uçotu, Mühasibin peşə etikası, baş mühasib, vakansiya, vergi kursları, təlim, Vergi Uçotu, Vergi qanunvericiliyi,Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar İqtisadiyyat Nazirliyi tərəfindən qəbul edilir. Mövzunu iqtisadçı ekspert Mahmud Abasquliyev şərh edir.

“Nazirlər Kabinetinin təsdiq etdiyi “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”dan ən azı birinə cavab verən, eləcə də əmtəəsiz və ya riskli əməliyyatlar aparan şəxs riskli vergi ödəyicisi hesab olunur. Həmin meyarlara görə vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə onlar riskli vergi ödəyicisi sayılır. Misal üçün, hansısa şirkətin idxal etdiyi mal Yük Gömrük Bəyannaməsinə əsasən elektrik avadanlıqları olduğu halda, satdığı mal e-qaimədə fərqli göstərilərsə, bu zaman həmin şirkət riskli vergi ödəyicisi hesab olunacaq. Bununla yanaşı, aparılmış vergi nəzarəti tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə o, riskli vergi ödəyicisi sayılır.

Həmçinin idxalçının, istehsalçının və ya idxalçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və ya qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə risk amili yaranır. Məsələn, icarəyə götürdüyü anbarın sahəsi 170 kvadratmetr olan, ay ərzində idxal etdiyi mallara 350 kvadratmetrlik anbar tələb olunan şirkət riskli vergi ödəyicisi hesab olunur. Lakin malların bilavasitə sifarişçilərə təhvil verildiyi və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi halda, şirkət riskli vergi ödəyicisi hesab edilmir.

Vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə uyğun olmayan malların vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə də risk faktoru yaranır. Misal üçün, tutaq ki, hansısa şirkət 6 ay ərzində maya dəyəri 17.000 manatlıq mal satıb və bu malların yalınız 7.000 manatlıq hissəsinin sənədi vardır, yerdə qalanı anbara sənədsiz mədaxil edilərək satışa verilib. Bu halda həmin şirkət riskli vergi ödəyicisi hesab edilir. Burada vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna təşkil edir. Həmçinin vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə idxal etdiyi və ya əldə etdiyi malların həcmi müvafiq dövr üzrə dövriyyədən azı üç dəfə artıq olduqda o, riskli vergi ödəyiciləri siyahısına düşür.

Yuxarıda qeyd edilən 5 bənd ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs, eləcə də riskli vergi ödəyicisi olan fiziki şəxs hər hansı hüquqi şəxsin rəhbəri və ya təsisçisi olduqda onun rəhbərlik etdiyi hüquqi şəxs də riskli vergi ödəyicisi hesab edilir. Beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər də riskli vergi ödəyicisi hesab edilir”.

Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilir ki, Vergi ödəyicisi digər bir vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısında olub-olmadığı haqda məlumatı əldə etmək üçün Dövlət Vergi Xidmətinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza ( o cümlədən “ASAN imza”) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub, “Riskli vergi ödəyicilərinin axtarışı” xidmətindən istifadə edə bilər.

Qeyd edək ki, vergi ödəyicisinin riskli vergi ödəyicisi olması onun fəaliyyəti üzrə növbədənkənar səyyar vergi yoxlamasının və operativ vergi nəzarətinin keçirilməsi üçün əsas yaradır. Bununla yanaşı, Məcəllənin 83.7-ci maddəsinin müddəalarına əsasən, vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. 87.3-1-ci maddədə isə göstərilib ki, riskli vergi ödəyiciləri tərəfindən artıq ödəmənin qaytarılması ilə bağlı müraciət edildikdə, bu maddə ilə müəyyən olunmuş müddətlər onların fəaliyyəti üzrə kameral və ya səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra tətbiq edilir. Bundan əlavə, Vergi Məcəlləsinin 89.3-cü maddəsinə əsasən, vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda, vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə ondan vergi öhdəliyini dərhal yerinə yetirməyi tələb edə bilər.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *