İşçi üçün ödənilən kirayə haqqından sosial sığorta haqqı hesablanırmı?

posted in: Xəbər | 0
birbank biznes

ezamiyyə xərcinin gəlirdən çıxılması, Ezamiyyə xərclərinin gəlirdən çıxılması, Ezamiyyə xərcləri , idxalla bağlı maliyyə sanksiyası, ixtisar edilən işçi üçün kompensasiya ödənişi, gəlir, xərc, Əsas vəsaitlər, Əsas vəsaitlərin satışı, Amortizasiya ayırmalarının gəlirdən çıxılması, Amortizasiya ayırmaları, məzuniyyətin hesablanması, Fərdi zirehli geyimlərin idxalı, vergidən azad, Vakansiya: Vergi uçotu üzrə Mühasib, Borc vəsaitlərinin alınması, Borc vəsaitləri, Sabit sadələşdirilmiş vergi,Müəssisə işçinin kirayə haqqını birbaşa kirayəverənin bank hesabına nağdsız qaydada ödəyir. Bu məbləğə sosial sığorta haqqı hesablanmalıdırmı?

Dövlət Vergi Xidmətindən bildirilib ki, “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı hesablanmayan gəlir növləri istisna olunmaqla, əmək ödənişinin və gəlirlərin bütün növləri üzrə sosial sığorta haqları hesablanılır.

İşəgötürən tərəfindən işçinin kirayə haqlarının üçüncü şəxsin hesabına köçürülməsinin nəticəsi kimi əldə olunmuş gəlir məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlirlərə aid edilmir və sosial sığorta haqqına cəlb edilmir.

Əlavə olaraq nəzərə alınmalıdır ki, işçinin belə xərclərinin əvəzi birbaşa işçiyə ödənildiyi halda həmin məbləğlər işçinin sosial sığorta haqlarına cəlb olunan gəlirlərinə aid edilir.

Əsas: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsi.

Mənbə: vergiler.az


Hüquqi şəxsin torpaq vergisi üzrə öhdəlikləri


Print Friendly, PDF & Email