Kriptovalyuta ticarəti vergiyə necə cəlb edilir?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

KriptovalyutaSual: Bilmək istərdim, kriptovalyuta ticarətindən gəlir əldə olunmasına görə vergi verilməsi barədə rəsmi qərar qəbul olunubmu? Olunubsa, harada o qərara baxa bilərəm?

Cavab: Bildiririk ki, Azərbaycan Respublikasında vergi sistemi, vergitutmanın ümumi əsasları, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydaları Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilir. Eyni zamanda Vergi Məcəlləsinin 2.4-cü maddəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla vergi qanunvericiliyindən başqa digər qanunvericilik aktlarına vergitutma və vergi nəzarəti məsələləri daxil edilə bilməz. Eyni zamanda bildiririk ki, fiziki şəxsin əldə etdiyi kriptovalyutanın pul ifadəsində dəyərinin artmasından əldə olunan gəlirlər onun qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərinə aid edilir. Kriptovalyutaların satışından gəlir əldə edən şəxs vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə olunan gəlirləri üzrə bəyannamə təqdim etməlidir. Bu zaman kriptovalyuta satışından əldə olunan gəlirdən kriptovalyutanın alınmasına ödənilmiş məbləğ çıxılır və qalan fərq 30000 manatadək olduqda 14 faiz dərəcə ilə, 30000 manatdan yuxarı olan məbləğdən isə 25 faiz dərəcə ilə gəlir vergisi hesablanıb ödənilir. Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər (nağd və nağdsız hesablaşmaların rəsmiləşdirilməsi, vergi öhdəliklərinin yerinə yetirilməsi və s.) və vergitutma sistemləri barədə ətraflı məlumat almaq üçün “Sahibkarın vergi bələdçisi” bölməsi ilə tanış olmağınızı tövsiyə edirik. Vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı ətraflı məlumatı Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə əldə edə bilərsiniz.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Bax: Vergi Məcəlləsinin 13.2.37-ci, 33-cü və 34-cü maddələri, VIII, X, XI və XVII fəsilləri.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email