2022-ci ildə niyə maliyyə təhsili almaq lazımdır? (I hissə)

posted in: Xəbər | 0
birbank biznes

2022-ci ildə niyə maliyyə təhsili almaq lazımdır? (I hissə)

Maliyyə ilə bağlı iş yerlərində ödənişlər yaxşıdır və buna böyük tələbat var

Müasir dünyada və iqtisadiyyatda hər kəs maliyyə strategiyalarından və prinsiplərindən asılıdır. Kiçik startaplardan iri korporasiyalara, balaca dükanlardan beynəlxalq supermarket şəbəkələrinə, hüquq firmalarından sığorta şirkətlərinə qədər, onların hamısı maliyyəyə ehtiyac duyur və bu sahədə ekspertlərə böyük pul ödəməyə hazırdırlar.

Məsələn, ABŞ-da əmək statistikası Bürosunun məlumatları növbəti 9-10 il ərzində maliyyə analitiklərinə tələbatın 5%, maliyyə menecerlərinə tələbatın isə 15% artacağını göstərir.

Uğurlu həyat üçün maliyyə təhsili mühüm əhəmiyyət kəsb edir

Gəlin həqiqətin gözünə dik baxaq: bilik – bu gücdür və kapitalist dünyasında sizim maliyyə bilikləriniz nə qədər çoxdursa, bir o qədər yaxşıdır. Ən azından, nəzəriyyədə belədir.

Çünki maliyyə, pul və investisiya anlayışı eyni şeydir. Ancaq bu biliklərin tətbiqi, risk, səhv etməyə hazır olmaq, pulları itirmək və hər şeyi yenidən başlamaq – iş şəxsi maliyyəyə gəldikdə, uğur və uğursuzluq arasındakı fərq, bax, budur.

Gələcək maliyyəçi-tələbə olaraq, imkan daxilində sizə kömək edə biləcək bütün mümkün kursları və prinsipləri öyrənin:

  • Pulun istənilən bir qərarı emosional etmək üçün bir üsul olduğunu anlayın;
  • Aktivlər (pulları cibinizə qoyur) və passivlər (pulları cibinizdən çıxarır) arasındakı fərqi anlayın;
  • Pula qənaət etməyi öyrənin və fövqəladə hallar, uşaqların təhsili, səyahət, pensiya və s. üçün ayrıca büdcələrə sahib olun;
  • Necə və nəyə investisiya edəcəyinizi öyrənin.

Bu maliyyə anlayışlarına yiyələnmək və onları həyatınıza tətbiq etməklə, pulunuzun hesabını aparmaq, lazımsız xərcləri azaltmaq və yavaş-yavaş maliyyə müstəqilliyinə doğru irəliləmək sizin üçün çox asan olacaq – bu, çox az adamın əldə edə biləcəyi bir arzudur.


Karl Marks: mühasib, məşhur iqtisadçı və sosioloq barədə naməlum faktlar


Maliyyə sizə qiymət ilə dəyər arasındakı fərqi öyrədir

“Qiymət – bu, sizin ödədiyinizdir; dəyər – bu, sizin əldə etdiyinizdir” – bizə mühüm dərs verən Uorren Baffetin müdrik sitatıdır: sadəcə ona görə ki, nəyin isə endirimli və ya sövdələşmənin bir hissəsi olması, heç də o demək deyil ki, o, tələb olunan qiymətə uyğundur.

Əslində, bu, bir çox pərakəndə mağazalar tərəfindən istifadə olunan strategiyalardan biridir. Çünki bu strategiya işləyir. Əgər adamlar nəsə alanda düşünürlərsə ki, bu zaman pula qənaət edirlər, belədə onlar böyük ehtimalla onu alacaqlar. Hətta əgər həmin şey qondarma “endirimli qiymətə” dəyməsə belə, yenə də onu alacaqlar.

Özümüzə bir qədər fəlsəfi düşünməyə imkan verək, bu dərs – maliyyə prinsiplərinin əksəriyyəti kimi – ümumilikdə, həyatımızda da tətbiq oluna bilər. Sadəcə siz nəyi isə asanlıqla edə bilirsinizsə və ya nəsə yüksək qiymət tələb etmirsə, bu o demək deyildir ki, həmin şey buna dəyər. Eyni zamanda kiçik risklər ciddi fəsadlara gətirib çıxara bilər.

Maliyyədən müdrikliyi əldə etməklə siz həmçinin bunları da öyrənə bilərsiniz:

  • Sizə dəyər, sevinc və rahatlıq gətirən şeylərə vaxtında necə sərmayə yatırmağı;
  • İntizamlı olmaq və uzunmüddətli uğur naminə qısamüddətli faydaları necə təxirə salmağı;
  • Fövqəladə hallar və faciələrin baş verməsini gözləmək əvəzinə onlara necə hazırlaşmağı;
  • Niyə bütün yumurtaları eyni zənbilə qoymalı olduğunuzu;
  • Niyə dəyər qazanmağın yeganə yolu başqalarına həqiqi dəyər təklif etmək olduğunu.

Maliyyə – bu, hər şeydir, amma, cansıxıcı bir şey deyil

Maliyyə sənayesi heç kimin hətta on il əvvəl belə proqnozlaşdıra bilməyəcəyi şəkildə daim inkişaf edir və dəyişir.

Hal-hazırda, məsələn, son trend maliyyə texnologiyaları və ya fintekdir. Bir neçə il bundan əvvəl kriptovalyutalar dəbdə idi. İlkin dövrdəki populyarlıqlarını itirsələr də, onlar hələ də bir çox adamlar tərəfindən istifadə edilir və dəstəklənirlər. Maliyyə sənayesi daim inkişaf edir və heç kimin hətta on il əvvəl təxmin edə bilmədiyi qədər dəyişir.

Növbəti maliyyə yeniliyinin universal baza gəliri, qlobal rəqəmsal valyuta və ya heç kim tərəfindən yaradılmayan başqa bir şey olacağından asılı olmayaraq, bir şey aydındır: maliyyə sahəsində oxuyarkən və işləyərkən sizin üçün darıxdırıcı olmayacaq. Bu, cəmiyyətimizin təkamülü yeni texnologiyaların inkişafı ilə sıx bağlı olan sahələrindən biridir. Bu da o deməkdir ki, təkmilləşdirmələr qaçılmaz olacaq.


II hissəyə nəzər yetirin


Print Friendly, PDF & Email