2022-ci ildə niyə maliyyə təhsili almaq lazımdır? (II hissə)

posted in: Xəbər | 0
birbank biznes

2022-ci ildə niyə maliyyə təhsili almaq lazımdır? (II hissə)

I hissəyə nəzər yetirin

Onlayn-maliyyə dərəcəsi təhsili asanlaşdırır

“Mən maliyyə sahəsini öyrənmək istəyirəm, lakin, mənim artıq karyeram və bütün iş günü üçün digər vəzifələrim vardır. Mən nə edə bilərəm?”

Bu halda, siz maliyyə sahəsində onlayn-bakalavriatura və magistratura axtarmalısınız. Karyeranızı və ya şəxsi həyatınızı təxirə salmadan siz bunu özünüzə uyğun sürətlə öyrənə bilərsiniz. Bu həm də səyahətə, xaricə köçməyə, başqa ölkədə tibbi sığortaya və s. pul xərcləməmək üçün əla bir üsuldur.

Nə qədər ki, etibarlı cihazınız (kompüter, noutbuk, planşet, hətta smartfon) və sabit internet bağlantınız var, maliyyə dərəcəsini onlayn şəkildə almaq, ən yaxşısıdır. Əsas üstünlüklər bunlardır:

  • Çevik qrafik: istədiyiniz zaman təhsil almaq, tapşırıqları yerinə yetirmək və imtahanları vermək imkanı;
  • Xərclərin azaldılması: bir çox onlayn-maliyyə dərəcələri çox ucuzdur, çünki onların təşkilindən ötrü az resurs tələb olunur;
  • Dünyanın istənilən nöqtəsindən təhsil almaq imkanı: siz həmin kurslara həm evdə, həm dostlarınızın yanında, hətta yolda olduğunuz vaxtlarda belə baxa bilərsiniz.

Seçim üçün maliyyə ixtisasları

Ümumi maliyyə üzrə dərəcə hərtərəfli təhsil üçün əladır. Amma daha çox ixtisaslaşmaq üçün digər maliyyə sahələrindən birini seçə bilərsiniz:

  • Korporativ maliyyə sahəsində magistr dərəcəsi;
  • Kəmiyyət üzrə maliyyə sahəsində magistr dərəcəsi;
  • Maliyyə planlaşdırması (şəxsi) sahəsində magistr dərəcəsi;
  • Maliyyə və sərmayələr sahəsində magistr dərəcəsi;
  • Bank işləri və maliyyə sahəsində magistr dərəcəsi.

Müəssisənin mühasibat uçotunun mənbəyi


Print Friendly, PDF & Email