Məcmu gəlir haqqında hesabat (MGHH): mənfəət və zərərlərin maliyyə hesabatlarında təsviri

posted in: Xəbər | 0

MGHH nədir?

Fəaliyyət sahəsindən asılı olmayaraq sahibkarın əsas məqsədi gəlir əldə etməkdir. Mühasibat uçotu hesablarında aparılan qeydlər hələ müəssisənin maliyyə durumu, maliyyə nəticələri haqqında dolğun nəticə çıxarmağa imkan vermir. Məlumat istifadəçilərini dürüst informasiya ilə təmin etmək üçün müəssisənin illik maliyyə hesabatlarının tərkib hissəsi olan MGHH – Məcmu Gəlir Haqqında Hesabat (İncome Statement) yaxud mənfəət və ya zərər hesabatı tərtib edilir. MVHH(maliyyə vəziyyəti haqqında hesabat), habelə MGHH beynəlxalq praktikada, o cümlədən Azərbaycan mühasibatlığında başlıca hesabatlar sayılır.

Mənfəət-zərər hesabatının hazırlanmasında əsas məqsəd:

  • təsərrüfat subyektinin xalis əmlakını müəyyənləşdirmək;
  • gəlirliliyivahid hesabat formasında təsvir etməkdir.

Mənfəət və ya zərər və digər məcmu gəlirlər haqqında hesabatın illik hesabatların tərkib hissəsi olması, onun mütləq mənada ilin sonuna hazırlanması anlamına gəlmir. MGHH müəyyən vaxt kəsiyi ərzində müəssisənin gəlir və xərclərinin vəziyyətini əks etdirir, odur ki, onu müəyyən dövr üçün də tərtib etmək olar. Adətən, müəssisə rəhbərlərinə aylıq, rüblük, yarımillik və s. mənfəət-zərər hesabatı lazım olur. Yalnız rəhbərlərin deyil, digər məlumat istifadəçilərinin tələblərini təmin etmək üçün müəssisələr hesabatı, bir qayda olaraq illik tərtib edilir. Mənfəət və ya zərər haqqında hesabat balansla birlikdə:

  • vergi qurumlarına;
  • dövlət statistika orqanlarına təqdim edilir.

Hesabat həmçinin:

Mühasibat xidmətləri
  • investorlar;
  • kreditor banklar;
  • şirkətlə işləyən tərəfdaşlar üçün də maraqlıdır.

MVHH və MGHH-nin fərqi nədir?

MVHH (Balans hesabatı) müəssisənin hansı aktivlərə malik olduğunu, maliyyələşdirmə mənbələrinin nədən ibarət olduğu göstərir.

MGHH (Mənfəət və ya zərər haqqında hesabat) müəssisənin maliyyə nəticələrini əks etdirərək fəaliyyətin səmərəliliyin qiymətləndirmək üçün istifadə olunur.

MGHH (mənfəət və ya zərər haqqında hesabat) necə hazırlanır?

Mənfəət-zərər və digər məcmu gəlirlər haqqında hesabat qəbul edilmiş mühasibat uçotu qaydalarına uyğun müəssisənin mühasibatlığında tərtib edilir. Tərtibat prosesini sənədli piramida kimi təsəvvür etmək olar.

Aşağı səviyyədə ilkin mühasibat sənədləri var. Hər birində konkret əməliyyatlar əks olunan çoxsaylı sənədlər bir-biri ilə birbaşa əlaqəli olmaya bilər.

Növbəti səviyyə mühasibat uçotu hesabları sistemidir. Burada ilkin məlumatlar əks olunan proseslərin xarakterinə görə qruplaşdırılır, məsələn, nağd əməliyyatlar bir qrupda, bank hesabları digərində, debitor tamama başqa qrupda toplanır.

Eynitipli əməliyyatlar üzrə məbləğlər cəmlənir, yekun rəqəmlər konkret hesablar üzrə  bölüşdürülür. Hesablarda aparılmış qeydlər əsasında yekun sənəd – mənfəət və ya zərər hesabatı formalaşır. Cəmləmə və ümumiləşdirmə ilə yanaşı MGHH-də yekun rəqəmlər balanslaşıdırlır.  Bunu bəzi göstəricilərin fərqi kimi təsvir etmək ən asan yoldur.

Məsələn: yekun mənfəət və ya zərər gəlir və xərclərin ümumi məbləğlərinin çıxılmasının nəticəsidir. Ayrı-ayrı maddələr üçün analoji hesablamalar aparılır.

Yekun mənfəət (zərər) = Gəlir – Xərc

Təsərrüfat fəaliyyətinin nəticələrini hər iki hesabat vasitəsilə müəyyən edilir. Konkret tarixə maliyyə nəticəsi MVHH-da hesabatın uyğun maddələrində əks olunur, MGHH-da isə nəticələr (hesabatın yekunu) hesabat dövrü ərzində gəlir və xərclərinin saldosu (qalığı) kimi tapılır.

Maliyyə nəticəsi= Gəlirlər – Xərclər

Gəlir və xərclər mənfəət və ya zərərlər haqqında hesabatın əsas elementləridir.

MGHH-da nələr təsvir olunur?

MVHH-da balans göstəriciləri əsasında hesablanılan maliyyə nəticələri, mənfəət və ya zərərlər haqqında hesabatın yekunu ilə eynidir. Belə ki, hesabat dövrünü üçün ödənişlərə (daxilolmalara) aid edilən gəlirlər (xərclər) uyğun aktivlərin (passivlərin) dəyişməsi ilə bağlıdır. Məsələn, alınmış dəzgah üçün edilən ödəniş xərclərə birbaşa aid edilmir, balansda aid edildiyi hesablar qrupu nəticəyə münasibətdə neytraldır. Dəzgah üçün edilmiş ödəniş dövrlər üzrə amortizasiya şəklində xərclərdə əks olunaraq maliyyə nəticələrinə aid edilir. Bir az da konkretləşdirsək, hesablanan amortizasiya məbləği formasında dəzgahın balans dəyərinin azalan məbləği mənfəət və ya zərərlər hesabında müəyyən xərclərə aid edilir. Beləliklə, hər iki hesabatda (balansda, həmçinin mənfəət- zərərlər və digər məcmu gəlirlər haqqında hesabatda) yekunda həmişə eyni maliyyə nəticələri alınır.

Mənfəət və ya zərərlər haqqında hesabatda maliyyə nəticələri hesablanıldıqda onun xarakterini və formalaşma mənbələrini izah etmək olar. Nəticəyə təsir edən komponentləri müəyyən qruplar halında birləşdirmək mümkündür.

 MVHH və MGHH arasında “iş bölgüsü”

Mənfəət və zərərlər haqqında hesabatda  xərclərin sadalanması maliyyə nəticələrinin:

  • formalaşması mənbələrini;
  • kəmiyyət ölçüsünü;
  • və növlərini müəyyən etməyə xidmət edir.

MVHH və MGHH arasında mövcud «vəzifə bölgüsü» aşağıdakılar deməyə əsas verir:

  1. illik hesabat müəssisənin əmlak, maliyyə vəziyyəti və gəlirliliyi haqqında faktiki mənzərəni açıqlayır;
  2. balans əmlak və maliyyə vəziyyətini təsvir etmək üçün zəruri məlumatları təsvir edir;
  3. mənfəət və zərərlər haqqında hesabat, şərhlərlə birlikdə gəlirliliyi əks etdirir.

Mənfəət və ya gəlir və digər məcmu gəlir haqqında hesabatın (MGHH) nümunəvi formasını buradan yükləyə bilərsiniz.

Maliyyə hesabatları: müəssisənin maliyyə vəziyyəti haqqında hesabat (Balance Sheet)