Sadələşdirilmiş vergi ödəyicisindən alınmış malların silinməsi ƏDV üzrə vergitutma obyektidirmi?

posted in: Vergi, Xəbər | 0

Sual:  ƏDV qeydiyyatında olan müəssisə 2017-ci ildə 5.000 manat dəyərində avadanlıq almış və malı təqdim edən ƏDV ödəyicisi olmadığından həmin mala görə ƏDV ödənilməmişdir. 2018-ci ildə həmin əsas vəsait müəssisə tərəfindən uçotdan silinərsə, həmin əsas vəsaitin qalıq dəyəri ƏDV-nin vergitutma obyekti hesab edilirmi?

Cavab: Bildiririk ki, vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. Bu baxımdan da ƏDV-ni tətbiq etməyən sadələşdirilmiş vergi ödəyicisindən alınmış malların silinməsi ƏDV üzrə vergitutma obyektini təşkil etmir.

Bax: Vergi Məcəlləsinin 159.5-ci maddəsi.

Mənbə: taxes.gov.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *