Mühasib fırıldaqları (12-ci sxem)

birbank biznes

mühasib12-ci sxem

Pulların kassaya daxil edilməsi zamanı törədilən saxtakarlıq

Müəssisənin kassasına daxil olan nağd pulların tam həcmdə qeydə alınmaması kassirlər və mühasiblər arasında ən geniş yayılan mənimsəmə üsullarından biri hesab olunur. Bu cür sui-istifadələr böyük kassa dövriyyəsi olan müəssisələrdə mümkündür – məsələn, kassaya eyni vaxtda bir neçə kontragentdən (bank, hesabat verən şəxslər və müştərilərdən) müntəzəm şəkildə pullar daxil olarkən.

Nağd pulları kassaya daxil edərkən, mühasib hansı hərəkətlərə yol verməlidir?

Hər şey çox sadədir – bundan ötrü o, daxilolma barədə kassa orderi tərtib etməlidir, həmin orderin kötüyü pulları gətirən şəxsə təqdim təqdim olunmalıdır ki, bu pulların lazımi ünvana çatdırıldığını təsdiq edir. Eyni zamanda daxiloma orderində və onun qoparılmış kötüyündə pulların miqdarı həm rəqəmlə, həm də sözlə qeyd olunur.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

İlk baxışda hər şey çox sadədir – bəs burada hansı saxtakarlıqlar edilə bilər ki? Lakin, hiyləgər mühasib və ya kassir asan gəlir üçün burada da imkanlar tapa bilir. Belə ki, orderin qoparılan kötüyündə o, daxil olan pulun lazımi miqdarını olduğu kimi qeyd edir, imzasını atır və sənədi pulu gətirən şəxsə verir. Həmin şəxs üçün əməliyyat sona çatır. Sonra isə kassir daxilolma orderini tərtib edir. Həmin orderdə isə məbləğ realda daxil olduğundan xeyli az göstərilir. Aradakı fərqi isə kassir birbaşa öz cibinə qoyur.

Bu saxtakarlığın ən son həddi isə kassir tərəfindən, ümumiyyətlə, daxilolma orderinin tərtib olunmamasıdır. Bu halda daxilolma orderinin kötüyü tərtib olunur və o, pulu gətirənə təqdim edilir, sonda isə kassir kassa orderini sadəcə zibil qutusuna tullayır və pulları tam şəkildə mənimsəyir.

Bu növ saxtakarlıqları aşkar etmək çox mürəkkəb bir işdir. Belə bir vəziyyəti təsvir edək, pulları kassaya daxil edən şəxs aldığı kötüyü tullayır və ya ümumiyyətlə, itirir. Belə halda bu işin üstü heç vaxt açıla bilməz. Təbii ki, əgər pul məbləği kassaya hüquqi şəxsdən və ya fərdi sahibkardan daxil olubsa, onda bu saxtakarlığın aşkara çıxması şansı daha böyükdür. Belə ki, vergi müfəttişi tərəfindən nağd pullarla bağlı daxilolma əməliyyatlarının dəqiq yoxlanılması zamanı həmin faktlar aşkara çıxarıla bilər.

Həmçinin bax: Ən səs-küylü maliyyə qalmaqalları (1-ci hissə)

Eləcə də tam təsvirin ortaya çıxması üçün istənilən əməliyyat üzrə qarşılıqlı yoxlama həyata keçirilə bilər – bundan ötrü müfəttiş daxiolma orderinin kötüyünü tələb edə və hər iki məbləği tutuşdura bilər. Belə halda oğurluğun üstü çox asanlıqla açılır.

Kassirin bu saxtakarlığı pulların daxil olduğu hüquqi şəxsin vergi yoxlaması zamanı da üzə çıxa bilər.

Hər bir müəssisə rəhbəri bilməlidir ki, müəssisələrin kassalarında bu növ saxtakarlıqlar çox geniş yayılıb. Bu üsulla oğurlanan pulların həcmi həqiqətən də  çoxlarını heyrətə gətirə bilər.

Məqalənin 10-cu hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email