Mühasib fırıldaqları (13-cü sxem)

birbank biznes

Mühasib13-cü sxem.

Xeyriyyəçilik aksiyaları zamanı edilən dələduzluqlar…

İndi söz açacağımız dələduzluqlar bir qayda olaraq xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan şirkətlərdə rast gəlinir. Təmənnasız yardımlar, məlum olduğu kimi pul şəklində və ya natural formada həyata keçirilir. Vicdansız mühasib xeyriyyəçilik fəaliyyətindən də öz şəxsi mənafeyi üçün istifadə edə bilər.

Misal üçün, şirkət meyvə şirələrinin ticarəti ilə məşğul olur. Elə vaxt olur ki, müəssisənin anbarında realizə olunmayan və istifadə vaxtı ötməkdə olan məhsullar qalır. Aydın olur ki, bu məhsulların həmin partiyasını vaxtında satmaq mümkün olmayacaq, tədarükçü isə həmin malları geri qaytarmaqdan imtina edir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Belə vəziyyətdə ən yaxşı çıxış yolu həmin məhsulları təmənnasız olaraq hansısa idarəyə, məsələn, uşaq xəstəxanasına, uşaq evinə və s. verməkdir. Uşaqlar həmin şirələri məhsulun saxlanılma müddəti bitənə kimi içib qurtara bilərlər. Bu həm də bir növ özünəməxsus reklam aksiyası olacaq – bu addımın şahidləri çox güman ki, mağazaların piştaxtalarında olan sizin mallara diqqət yetirəcəklər.

Beləliklə, müəssisə rəhbəri vaxtı ötməkdə olan şirələri hansısa uşaq evinə təmənnasız bağışlamaq istəyini öz mühasibinə bildirir və ondan bu məhsul partiyasının qiymətini dəqiqləşdirməyi xahiş edir. Mühasibin ağlına yaranan vəziyyətdən yararlanmaq fikri gəlir. O, uşaq evinin direktoru ilə şəxsi görüş barədə razılığa gəlir. Söhbət zamanı ona deyir ki, çalışdığı müəssisə dadlı və faydalı şirələri təmənnasız olaraq evsiz-eşiksiz uşaqlara paylamaq istəyir. Lakin, əvəzində “minnətdarlıq” əlaməti kimi buna görə kiməsə müəyyən miqdarda pul ödəmək lazım gələcək.

Həmçinin bax: Ən səs-küylü maliyyə qalmaqalları – Parmalat-ın iflası

Təbii ki, uşaq evinin rəhbəri belə bir sövdələşməyə qarşı çıxmır – axı, təqdim edilən məhsulların məbləği, minnətdarlıq üçün ödənilən puldan qat-qat çoxdur. Mühasiblə birlikdə onlar həmin məbləğin həcmini müəyyənləşdirirlər – bu həm konkret məbləğ və ya verilən şirələrin müəyyən hissəsi ola bilər. Məsələn, 3000 qutu şirənin 300 qutusu. Belə halda uşaq müəssisəsi 2700 qutu şirə alacaq.

Müəssisə uşaq evinə təmənnasız olaraq pul vəsaiti ilə kömək edirsə, belədə həmin məbləğdən müəyyən pay əldə etmək daha da asanlaşır. Şəxsi söhbət zamanı mühasib uşaq evinin direktoruna hesablarına köçürüləcək məbləğin miqdarını söyləyir və buna görə hardasa 10%-15% “mükafat” istəyir. Təbii ki, bu zaman mühasib həmin məbləğin şəxsən özünə çatacağını bildirmir, əksinə deyir ki, bu işin təşkili üçün kimlərəsə “hörmət etmək” lazımdır.

Bu tip dələduzluqlar əlbəttə ki, şirkətdən ötrü maddi zərər yaratmır. Belə ki, həmin məhsullar onsuz da təmənnasız olaraq verildiyindən, mühasib öz müəssisəsindən deyil, tutaq ki, həmin uşaq evinin hesabından oğurluq edir. Lakin, müsəssisə rəhbərindən xəbərsiz olaraq bu cür saxtakarlıqlara yol verən mühasib, heç şübhəsiz ki, öz şirkətinin nüfuzuna xələl gətirir.

12-ci sxemi bu linkə daxil olaraq oxuya bilərsiniz

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email