Mühasib işi nə üçün mürəkkəbdir? (2-ci hissə)

birbank biznes

MühasibMühasibin işinin üstünlüklərindən biri stabillik və universallıqdır, çünki ixtisaslı mütəxəssislərə həmişə əmək bazarında tələbat  duyulur. Mühasib işini həmişə, istənilən yaşda tapmaq mümkündür. Mühasib peşəsinin əmək bazarında ikinci üstünlüyü böyük imkanlara malik olmasıdır. Əgər, insan səylə işləyirsə və özünü əsl peşəkar kimi göstərə bilirsə, belə işçini istənilən şirkət işə qəbul edəcək.

Muhasiblər üçün öz biliklərini mühasibat uçotu kursları və 1C proqramı üzrə kurslar vasitəsilə daimi inkişafı və təkmilləşdirilməsi xüsusi önəm daşıyır. Öz fəaliyyəti sayəsində mühasib məntiqi düşüncəsini inkişaf etdirir, axı, müasir müəssisənin bütün iqtisadi əməliyyatlarının tam uçotunun aparılmasından ötrü bir çox biliklər tələb olunur. Daimi fəaliyyət  təcrübə hesabatlarının tərtib olunmasında vaxtdan istifadəni xeyli qısaldır. Amma bu cür nəticəyə nail olmaqdan ötrü öncə səylə işləmək lazım gəlir. Mühasib – bu, o peşədir ki, yeni biliklər əldə etməyə imkanlar yaradır. Bundan əlavə, daha ciddi cəhdlə çalışan insanlar, daim tədris mərkəzlərində  mühasibat kurslarını keçməklə öz ixtisaslarını artırır, zamanla rəhbər işçilər, maliyyəçilər, direktorlar və auditorlar səviyyəsinə yüksəlirlər. Bütün bunlardan əlavə, mühasiblər öz həmkarları arasında nüfuz və hörmət qazanırlar.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Lakin, mühasib işinin bir sıra çatışmazlıqları da var. Adətən mühasiblər qeyri-standart iş gününə malik olurlar, çünki qanunvericilikdə dəyişikliklərlə bağlı böyük həcmdə informasiyanı mənimsəmək lazım gəlir. Şirkətin mühasibi – maddi məsul şəxsdir, özü də o, təkcə öz şöbəsi və ya rəhbərliyi qarşısında hesabat vermir. Hər bir şirkətdə mütəmadi olaraq auditor yoxlamaları keçirilir, onlar müntəzəm olaraq vergi orqanlarının nümayəndələri ilə görüşməli olurlar. Vergilərin düzgün hesablanıb köçürülməsi – bu, onların işinin mühüm elementlərindən sayılır, axı qaydaları pozanlara qarşı ciddi sanksiyalar irəli sürülür. Mühasib işi çox məsuliyyətlidir. Mühasibat və vergi uçotunun düzgün aparılmasına məsuliyyəti, məhz, mühasib daşıyır. Əgər, o hətta sənəddə bir səhvə yol verərsə, müəssisələr pul itkisi, vergilərin ödənilməməsi ilə bağlı cərimələr və s. bu kimi problemlərlə üzləşə bilərlər. Mühasibin öz işində bütün xırdalıqları nəzərə alması çox vacibdir. Əgər, o diqqətsiz olarsa, hər şeyi yenidən düzəltməli olacaq. “Mühasib” peşəsinin başlıca mənfi cəhəti olaraq bu peşənin darıxdırıcı və usandırıcı olmasını qeyd etmək olar. Mühasib hər gün böyük sayda rəqəmlər və qalaq-qalaq sənədlərlə işləməli olur.  Lakin mühasibin işinin əsas çatışmazlığı mövcud qanunvericiliyə əsasən inzibati, maddi və cinayət məsuliyyəti daşımasıdır.

Digər əhəmiyyətli çatışmamazlıq isə, bu peşədə demək olar ki, bütün işçilərin sağlamlığı ilə bağlı problemin yaranmasıdır. Oturaq həyat tərzi, darısqal kabinetdə işləmək sağlamlıqla əlaqəli problemlər yarada bilir. Mühasibləri əsasən, qan damarlarının genişlənməsi (varikoz), skolioz, ürək-damar xəstəlikləri, eləcə də əsəb sistemi ilə bağlı xəstəliklər izləyir. Mühasib hər gün kresloda oturduğundan onun onurğa sütünü kreslonun formasını alır. Daim kompüterdə çalışmaq və onun şüalanması və çoxlu sayda rəqəmlər görmə qabiliyyətini azaldır.

Həmçinin bax: Uğurlu Baş mühasib olmaq üçün 14 prinsip

Yuxarıda deyilənlərdən belə bir nəticə çıxarmaq olar: mühasib işi – ağırdır, darıxdırıcıdır və böyük dözüm və diqqət tələb edir. Hər gün mühasib böyük miqdarda sənədlər və məlumatlar üzərində işləyir, özü də bu zaman qanunvericilikdə tətbiq olunan bütün yeniliklərdən xəbərdar olmalıdır. Digər tərəfdən baxdıqda, o, bu gün olmasa da gələcək üçün perspektivli bir işdir. Mühasib işi sabahkı günlə bağlı inam yaradır. Axı, hətta böhran dövründə belə müəssisədə ilk olaraq maaşı mühasib alır.

Beləliklə, mühasib işi baxmayaraq ki, perspektivli və prestijlidir, bütün hallarda monoton iş sahəsidir və məsuliyyət növləri baxımından da təhlükəlidir. Amma, bütün işlərin öz çatışmazlıqları və üstünlükləri var. Və indiki anda ideal iş yeri mövcud deyil. O səbəbdən hər bir insan öz bilik və bacarıqları, təhsilini nəzərə almaqla, şəxsən üstünlük verdiyi və arzu etdiyi peşəni seçməlidir.

Məqalənin 1-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email