Mən mühasib olmaq istəyirəm – nədən başlamalıyam?

birbank biznes

mühasib olmaqMən mühasib olmaq istəyirəm – nədən başlamalıyam?

Sıfırdan necə mühasib olmalı?

Birinci, dəqiq hədəf seçiminə diqqət yetirmək lazımdır. Siz adi mühasib olmaq və baş mühasibin rəhbərliyi altında işləmək istəyirsiniz, konkret bir sahə üzrə fəaliyyət göstərmək istəyirsiniz və ya baş mühasib kimi çalışmaq əzmindəsiniz? Bu çox mühümdür – o səbəbdən öncə bunu dəqiq müəyyən etməlisiniz. Çünki, təhsil qaydası, öyrənəcəyiniz material, gələcək işinizlə bağlı hazırlığın həcmi, məhz, bununla bağlıdır.

Harada təhsil almaq istədiyinizi müəyyən edin. Aşağıdakı ardıcıllığa diqqət yetirin:

  • sizin şəhərdəki kurslar;
  • internetdə online kurslar;
  • seminarlar;
  • vebinarlar;
  • çap ədəbiyyatı və s.

Nəyin rahat olub-olmadığını, nəyi və hansı üsulla öyrənmək lazım olduğunu, materialın qavranılması üçün bu üsullar arasında özünün seçim etməyin vacib olduğunu anlamaq lazımdır.

Səbirli olmağa çalışın. İş ondadır ki, bütün proseslərdən baş çıxarmaq üçün sizə ən azından iki və ya üç aylıq tam iş qrafiki lazım gələcək. Uğurlu mühasib olmaq üçün təkcə qiymət təyin edilməsini (müxabirləşmə) öyrənmək kifayət etmir, eləcə də 1C proqramında düymələri düzgün basmağı öyrənmək və ya hesab-fakturanı tərtib etmək yetərli deyil. Bunlar çox azdır. Səbirli şəkildə aşağıdakı mövzuları öyrənmək lazımdır:

  • Vergitutma sistemləri;
  • Vergi növləri;
  • Kadrlar işi (əsasları);
  • Vergi məsuliyyəti;
  • Əmək yoxlamaları;
  • Vergi yoxlamaları;
  • Hesaba həbs qoyulduqda, nə etməli;
  • Vergiləri necə azaltmalı;
  • Rəhbərliyə bu və ya digər vergi məbləğini necə izah etməli;
  • Vergi reqistrləri və ilkin sənədlərin tərtibatı;
  • Uçot siyasəti.

Burada öyrənməli olduğunuz əsas mövzular qeyd edilib. Hər şeyi dərhal əhatə etmək və qanunları yadda saxlamaq, vergi xidməti və maliyyə nazirliyindən gələn məktublardan baş çıxarmaq mümkün deyil. Bunu etməyə lüzum da yoxdur.

Diqqəti cəmləşdirmək və vəziyyətdən tez baş çıxarmaq çox vacibdir.

Mühasiblər üçün müəllif  kurslarına yazılmaq

Siz öz proqramınızda sənədi necə daxil etməyi, müştəri-bankdan necə istifadə etməyi və fakturanı necə çap etməyi, hesabı yaratmaq və vergi xidmətinə məktub tərtib etmək kimi işləri bilirsiniz. Amma əgər vergi müfəttişliyindən daxil olan adi bir tələb və ya dövlət əmək müfəttişliyindən gələn bir telefon zəngi sizi təlaşa salacaqsa, bu heç də yaxşı bir əlamət deyil.

Unutmayın, hətta təcrübə olmadan belə uğurlu baş mühasib olmaq üçün qanunvericilikdə olan bütün dəyişikliklərə sürətli reaksiya verməyi, vəziyyəti savadlı şəkildə qiymətləndirməyi və onu rəhbərliyə çatdırmağı öyrənməlisiniz.

Getdiyiniz kurslarda mütəxəssislərin məhz, bu məsələlərə istinad etmələri çox vacibdir. Əgər, belə olarsa, onda sizi nə vergi yoxlamaları, nə rəhbərliyin pis əhvalı, nə əmək müfəttişi və ya işçinin prokurorluğa şikayət etməsi, müştərinin məhkəməyə müraciəti və ya müfəttişliyin qəfil yoxlamaları qorxudacaq. Biz işlərinizi tormozlaya və sizi qorxuda biləcək məqamları diqqətə çatdırdıq. Söylənilənlərə əməl etsəniz bunların heç biri baş verməyəcək. Siz söylənilənlərə tam yiyələnsəniz və onlara tam hazır olsanız, bax, həmin vaxt uğurlu baş mühasib olacaqsınız.


Mühasib kimi yeni işə başlayanlara bir neçə məsləhət


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email