Gələcəkdə mühasib peşəsinin hansı perspektivləri var? (II hissə)

posted in: Xəbər | 0
birbank biznes

Mühasib peşəsi səriştələrin daim artırılmasını, qanunvericilikdəki yenilikləri izləməyi, bilik və bacarıqları yüksəltməyi zəruri edən intellektual və məsuliyyətli bir ixtisasdır. Təşkilati-hüquqi formasından və ölçüsündən asılı olmayaraq heç bir müəssisə mühasibat uçotu aparılmadan keçinə bilməz. Buna görə də, xüsusi diplomu və təcrübəsi olan insanlara tələbat həmişə var. Bu ixtisas üzrə illərlə işlədikdən sonra cəsarətlə deyə bilərik ki, bu peşə heç vaxt sıradan çıxmayacaq. Bunu sübüt etməyə çalışacağıq. (I hissəyə nəzər yetirin)

Autsorsinq şirkətləri ayrı-ayrı mütəxəssisləri əmək bazarından sıxışdıracaq?

Dəyişən iqtisadi şərtlərə uyğunlaşmağı, müəssisənin maliyyə siyasətini qurmağı və biznesin inkişafını proqnozlaşdırmağı bacaran mühasiblər işsiz qalmayacaqlar. Müasir üst səviyyədən olan mühasib, əslində, direktorun sağ əlidir. Buna görə mütəxəssis idarəetmədə əlavə təcrübəyə, milli və beynəlxalq maliyyə uçotu standartlarının biliklərinə malik olmalıdır. MHBS ilə tanış olmayan və onların öyrənilməsi ilə məşğul olmayan mühasiblər, ehtimal ki, gələcəkdə işsiz qalacaqlar.

Gələcəkdə daha çox təşkilatlar və sahibkarlar autsorser xidmətlərinə üstünlük verəcəklər. Şirkətlərin rəhbər heyəti, uğursuz ola biləcək fərdi bir mütəxəssisdən daha çox, hər hansı bir mütəxəssis qrupunun rəylərini dinləməyi üstün tutur. Gizlətməyə çalışmayacağıq, belə ki, rəsmi olaraq müəssislərədə işə düzələn bəzi mühasiblərin bu kimi işlərə əl atması halları az deyil:

  • işləmək üçün rəqabətdə olan şirkətə keçid;
  • müştəri bazasının oğurlanması;
  • saxta şəxslərə və ya firmalara pul köçürülməsi;
  • kontragentlərlə sövdələşmələr;
  • şirkətin vəsaitlərindən şəxsi maraqlar üçün istifadə edilməsi.

Bu cür “peşəkarlarla” sıx “əməkdaşlıq” bir çox problemlərə yol aça bilər. Söhbət nəzarət orqanları tərəfindən cərimələrdən, firmanın nüfuzunun itirilməsindən, hesablaşma hesablarının bloklanmasından, inzibati və cinayət məsuliyyətinə cəlb olunmadan gedir.


III hissəyə nəzər yetirin


Print Friendly, PDF & Email