Mühasibat uçotunun məqsədi nədir?

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

Mühasibat uçotunun məqsədi nədir?

Mühasibat uçotu, Mühasibat uçotunun məqsədi, mühasibatlıq, Gələcəyin mühasibatlığı, mühasibatlıq, Gələcəyin mühasibatlığı, Vakansiya Aparıcı MühasibMühasibat uçotunun məqsədi – mülkiyyətçilər, menecerlər, kreditorlar, dövlət orqanları üçün şirkətin cari vəziyyəti haqqında etibarlı məlumat verən uçot sisteminin qurulmasıdır. Gördüyümüz kimi, mühasibat uçotunun vergi ödənişlərinə heç bir aidiyyatı yoxdur. Bundan ötrü vergi uçotu da mövcuddur.

Vergi uçotu üzrə normativ akt Vergi məcəlləsidir. Vergi məcəlləsində hüquqi şəxslərin müxtəlif səviyyələrdən olan vergiləri sərbəst şəkildə hesablamalı və ödəməli olduqları ümumdövlət və yerli vergilər haqqında yazılıb. Necə hesablamaq, nələri hesablamaq və nələri hesablamamaq barədə hər şey həmin sənəddə öz əksini tapıb. Beləliklə, vergi uçotunun məqsədi vergi bazasının və verginin düzgün hesablanmasına gətirib çıxaran uçot sisteminin qurulmasıdır.

Göründüyü kimi, mühasibat və vergi uçotunun hüquqi cəhətdən bir-biri ilə heç bir əlaqəsi yoxdur. Bunlar müəyyən məqsəd və tapşırıqlara uyğun olan iki tamamilə fərqli uçot sistemidir. Bu, çox mühüm bir fikirdir.

Müəssisədə mühasibat və vergi uçotu ilə yanaşı, idarəetmə uçotu də mövcuddur. Onun məqsədi təşkilatı operativ şəkildə idarə etməyə imkan verən uçot sisteminin qurulmasıdır. İdarəetmə uçotu şirkətin daxili sənədləri ilə tənzimlənir.

Yekun vursaq – əgər biznesin strukturu ayda bir neçə əməliyyat aparan fərdi sahibkarlıqdan bir qədər mürəkkəbdirsə, onda bir neçə uçot sistemi yaratmaq lazım gələcək. Bəs, onları kim yaradacaq? Bax, bunun fərqi yoxdur. Lakin təşkilatın uçotuna görə direktor məsuliyyət daşıyır. Ağıllı rəhbər, müəssisədəki mühasibat sisteminin təşkilini həvalə etdiyi və işin mənfəətini artırmaq üçün rəhbərliklə ünsiyyət qurmaq bacarığına sahib olan bir mütəxəssisi işə götürür.

Ancaq, mühasibat uçotuna elə də müsbət olmayan münasibət sərgiləməyin əsas səbəbi ondadır ki, mühasibat uçotunu təşkil etmək və qurmaq funksiyası həvalə edilmiş şəxs çox vaxt özünü digərlərindən ayırır və belə bəyan edir: “Mənim vəzifəm – mühasibat və vergi hesabatını verməkdir, yerdə qalanlar mühasibatlığın yerinə yetirməli olmadığı, mənim funksiyama daxil olmayan işlərdir”. Nəticədə, direktor mühasibatlığı biznesin uğuru üçün deyil, nəsə başqa bir şeydən ötrü zəruri olan bir bölmə kimi qəbul etməyə başlayır.

Bu, mühasibatlığın biznes üçün dəyərinin nə olduğunu başa düşməyin başlanğıcıdır.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email