Mühasibat uçotunun təşəkkülü və inkişafı (13-cü hissə)

birbank biznes

Mühasibat uçotunun təşəkkülü13-cü hissə

(Məqalənin 12-ci hissəsinə buradan baxa bilərsiniz)

Müxtəlif ölkələrdə uçot sistemi və hesabatlılıq sisteminin formalaşmasına təsir göstərən amilləri öyrənən alimlər belə nəticəyə gəliblər ki, hazırda mühasibat uçotu və hesabat sisteminin formalaşdırılması üçün oxşar sosial-iqtisadi şərtləri olan ölkələr qrupları var. Buna görə, dünyada uçotun müəyyən təşkilati modelləri var.

Britaniya-amerikan və ya anqlosakson modeli.

Bu modelin başlıca ideyaları Böyük Britaniya və ABŞ-da hazırlanıb.

Onun mahiyyəti investorların və kreditorların informasiya sorğularının mühasibat uçotuna istiqamətləndirilməsidir. Bu onunla bağlı idi ki, Birləşmiş Ştatlar və Böyük Britaniyadakı sənaye inqilabları bazarda şirkətlərin sayının artmasına gətirib çıxardı. Şirkət sahibləri (sərmayəçilər) böyük sayda təşkilatların operativ idarə olunmasının öhdəsindən gələ bilmirdilər. Bu səbəbdən onlar həmin şirkətlərin idarə olunmasını peşəkar idarəçilərə həvalə etdilər. Bu vəziyyətdə, maliyyə uçotu məlumatları şirkətin mövqeyinə dair əhəmiyyətli bir məlumat mənbəyinə çevrilirdi, çünki səhmdarlar kapitalın səmərəli istifadə olunmasına nəzarətlə bağlı daim maliyyə hesabatları tələb edirdilər.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Britaniya-amerikan modeli əksər ölkələrdə ilkin qiymətlər uçotu sistemindən (historical cost principle) istifadəni təklif edir. Eyni zamanda, inflyasiyanın təsiri əhəmiyyətsiz hesab olunur və buna görə də iqtisadi əməliyyatlar, onların icrası zamanı yaranan qiymətlərlə uçotda əks olunur.

Bu model üçün xarakterik olanlar: sabit siyasi sistem, iqtisadiyyatın inkişafı, ictimai peşəkar təşkilatlar tərəfindən qaydaların (standartların) qəbul edilməsi, uçot bazarlarının yüksək peşəkar səviyyədə olması, istifadəçilər, peşəkar kadrların sertifikatlaşdırılması, maliyyə hesabatlılığının investorların və kreditorların ehtiyaclarının ödənilməsinə yönəldilməsi. Birləşmiş Ştatlarda Amerika diplomlu ictimai mühasiblər assosiasiyası nəzdində maliyyə uçotu standartları üzrə Şura mövcud idi. Həmin Şura maliyyə uçotu konsepsiyaları (Statements on Financial Concepts, SFAC)və GAAP standartlarını (Generaly Accepted Accounting Principles   – ümum mühasibat uçotu prinsipləri) hazırladı.

Britaniya-Amerika uçot konsepsiyası sonradan İngiltərənin demək olar ki, bütün müstəmləkələrində, Birləşmiş Krallıq və ABŞ-ın yaxın ticarət tərəfdaşları arasında yayıldı. Hazırda bundan istifadə edən ölkələr bunlardır: Avstraliya, Baham, Barbados, Benin, Bermud, Botsvana, Venesuela, Qana, Honkonq, Dominikan respublikası, Zambiya, Zimbabve, İsrail, Hindistan, İndoneziya, İrlandiya, Kayman adaları, Kanada, Keniya, Kipr, Kolumbiya, Liberiya, Malavi, Malayziya, Meksika, Nigeriya, Yeni Zelandiya, Pakistan, Panama, Papua-Yeni Qvineya, Puerto-Riko, Sinqapur, Tanzaniya, Trinidad və Tobaqo, Uqanda, Fici, Filippin, Mərkəzi Amerika ölkələri, CAR və Yamayka.

Həmçinin bax: 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Print Friendly, PDF & Email