Bu gün mühasibat xidmətləri müəssisələrin fəaliyyətində şəffaflığın, hesabatlılığın və qərar qəbuletmənin əsas dayaqlarından biridir. Təsərrüfat fəaliyyətində uçot yalnız rəqəmlərin qeydi deyil, həm də maliyyə informasiyasının sistemli təhlili və menecment qərarlarının dəstəklənməsi prosesidir.
Mühasibat xidmətlərinin mahiyyəti
Mühasibat xidməti — müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin uçotu, ona nəzarət və analizi üzrə həyata keçirilən sistemli fəaliyyətlər toplusudur. Bu xidmətin məqsədi müəssisənin maliyyə vəziyyəti haqqında etibarlı, obyektiv və vaxtında informasiya təqdim etməkdir.
Əsas istiqamətlər bunlardır:
- mühasibat uçotunun aparılması və ilkin sənədlərin tərtibi;
- maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi;
- vergi uçotu və dövlət orqanları ilə hesabatlaşma;
- daxili audit və nəzarət funksiyaları;
- maliyyə məsləhət xidməti (autsourcing və konsaltinq).
Azərbaycanda bu xidmətlər “Mühasibat uçotu haqqında” AR Qanunu, beynəlxalq mühasibat standartlar (IAS/IFRS), habelə digər qanunvericilik aktları ilə tənzimlənir.
Mühasibat xidmətlərinin növləri
Peşəkar səviyyədə mühasibat xidmətləri aşağıdakı istiqamətlərdə qruplaşdırılır:
- Əsas mühasibat xidmətləri – gəlir və xərclərin uçotu, balansların hazırlanması, əməliyyatların sənədləşdirilməsi;
- Xüsusi xidmətlər – investisiya, amortizasiya, debitor və kreditor borclarının idarə olunması;
- Konsaltinq xidmətləri – maliyyə planlaşdırılması, vergi strategiyasının optimallaşdırılması və maliyyə risklərinin azaldılması;
- Audit və verifikasiya – maliyyə hesabatlarının düzgünlüyünü təsdiqləyən və şəffaflığı təmin edən müstəqil yoxlama xidməti.
Bu xidmətlər müəssisənin daxili mühasibatlığında yaxud cəlb edilmiş kənar müətəxəsislər tərəfindən həyata keçirilə bilər. Şirkətin müəyyən müəyyən finksilayalarının yaxid proseslərin kənar ixtisaslaşmış mütəxəssislərə (şirkətlərə) həvalə edilməsi autsorsonq (outsourcing) adlanır.
Autsorsinq əsaslı mühasibat xidmətləri təklif edən şirkət axtarırsınız? Buraya keçid edin.
Autsorsinq əsaslı xidmətlərin hansı üstünlikləri var?
Siz mühasibat uçotunu ixtisaslaşmış şirkətə etibar etməklə bir çox üstünlüklər qazanmış olursunuz. Sizcə uçot işlərini kimə həvalə etmək daha münasibdir – yüksək məvacib müqabilində işləyəcək ştatlı mühasibə, yoxsa həmin sahədə ixtisaslaşmış, peşəkar komandaya malik autsorsinq şirkətinə? Həm də nəzərə alın ki, həmin şirkət:
- geniş spektrli xidmətlər göstərir;
- qiymət baxımından sərfəlidir;
- həvalə edilmiş işin bütün məsuliyyətini öz üzərinə götürür.
Autsorsinq əsaslı mühasibat xidmətlərin əhatəsi
Biz nə təklif edirik:
- mühasibat uçotunun qurulması və bərpası;
- sahələr üzrə mühasibat uçotunun aparılması;
- mühasibat uçotunun optimizasiyası;
- mühasibat konsultasiyası;
- mühasibat sənədlərinin yoxlanması və analizi;
- mühasibat sənədlərinin tərtibatı;
- uçot siyasətinin hazırlanması;
- vergi, DSMF və statistika orqanları üçün hesabatların hazırlanması;
- daxili maliyyə hesabatlarının hazırlanması;
- müəssisənin maraqlarının dövlət orqanlarında təmsil edilməsi;
- vergi yoxlamalarının müşayət edilməsi.
| Muhasibat.Az MMC sizə autsorsinq əsaslı, operativ və sərfəli mühasibat xidmətləri təklif edir. Xidmətlərin məzmunu tanış olmaq üçün buraya keçid edin. |
Real və potensial müştərilərimizin diqqətinə
- bütün vergi yoxlamalarına şirkətin əməkdaşları məsuliyyət daşıyır, siz rahat yatırsız – yaxşı yuxu sağlamlığın zəmnidir;
- istənilən çətin suala asan cavab – peşəkar auditorlar, hüquqşünaslar, HR mütəxəsisləri xidmətinizdədir;
- müştərilərin mühasibatlığını İldə 2 dəfə pulsuz daxili auditini keçirilir;
- biz sağlam həyat tərzinin tərəfdarıyıq, bu da işlərin nəticəsinə müsbət təsir göstərir;
- Accounting.AZ MMC-nin bütün xidmətləri sığortalanıb;
- yeni yaranan bizneslərə ilkin pulsuz xidmət paketi təqdim olunur.
Peşəkar mühasibat xidmətlərinin əhəmiyyəti
Peşəkar mütəxəssislər sizin müəssisətyə üstünlükləri təmin edir:
- Şəffaf maliyyə idarəçiliyi və düzgün qərar qəbul etmək imkanı;
- Vergi risklərinin azaldılması və cərimələrin qarşısının alınması;
- Audit yoxlamalarına hazır olmaq;
- İnvestor və tərəfdaşlarla etimadın artması;
- Resursların optimallaşdırılması və mənfəətliliyin artırılması.
Mühasibat xidmətləri yalnız texniki uçot funksiyası deyil, həm də maliyyə idarəetməsinin strateji elementidir. Mühasibat.Az MMC-nin mütəxəssiləri tərəfindən peşəkar səviyyədə qurulmuş mühasibat sistemləri müəssisələrin dayanıqlı inkişafını, vergi risklərinin azaldılmasını və maliyyə qərarlarının optimallaşdırılmasını təmin edir.

