Mühasiblər haqqında maraqlı lətifələr (13-cü hissə)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Mühasib dostu ilə birlikdə təbiət tarixi muzeyinə gəlir. Dinozavrın yanında dayanır və dostuna deyir:

–  Bu dinozavrın iki milyon, on ay yaşı var.

– Sən bunu belə dəqiqliklə haradan bilirsən?

– Özün hesabla: mən burada on ay əvvəl olmuşam və bizi muzeylə tanış edən bələdçi söyləmişdi ki, dinozavrın iki milyon yaşı var.

Mühasibat xidmətləri

                           

Siz niyə məni aldatmısınız – bankir əsəbi şəkildə mühasib vəzifəsinə yeni qəbul olunmaq istəyən gəncdən soruşur. Bəyan etmisiniz ki, bank sahəsində yeddi illik iş təcrübəniz var. Siz bu sahədə heç işləməmisiniz?!

– Axı, özünüz elanda yazmısınız ki, siz fantaziya sarıdan zəngin bir mütəxəssis axtarırsınız. Mən elə sizin istəyinizə uyğun bir mütəxəssisəm, deyə, gənc özünə bəraət qazandırır.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.