Mühasiblər necə geyinməlidir?!

Düzgün geyim qaydası – Mühasiblər necə geyinməlidir?

Mühasibin dress-kodu: işgüzar stil və orijinallığı uyğunlaşdırırıq

“Mühasib, mənim əziz mühasibim” – vaxtilə bütün ölkəni bürüyən bu mahnını çoxları xatırlayır. Lakin, ötən əsrin 90-cı illərindən bir çox şeylər dəyişdi: mühasiblər artıq “soyuq və tozlu idarələrdə oturmurlar”, prestijli ofislərdə çalışırlar. Beləliklə, “əziz mühasib” reputasiyasını bu gün necə yarada bilərik? Əlbəttə, ilk növbədə öz işinin öhdəsindən yaxşı gəlmək lazımdır və əməkdaşlarla hörmətlə rəftar etmək lazımdır. Amma, dress-koda, yəni, işə necə geyinib gəlmək məsələsi də diqqətdən kənarda qalmamalıdır. Həmkarların və müştərilərə sizi görmək xoş təsir bağışlamalıdır. Dres-kodun firmadan firmaya fərqləndiyini yadda saxlamaq çox mühümdür. Bir sıra şirkətlərdə ciddi qaydalar hökm sürdüyü halda, digərlərində əməkdaşlara demək olar ki, geyim seçimində tam sərbəstlik verilir. Dress-kod həm də sizin birbaşa müştərilərlə işləməyinizdən və ya vaxtınızın çoxunu ofisdə həmkarlarınız arasında keçirmənizdən də asılıdır. İstənilən halda dress-kod darıxdırıcı olmamalıdır, “seçim sərbəstliyi” isə o demək deyil ki, işə şortikdə və çəkələkdə gəlməlisən. Mühasiblər üçün bir neçə universal tövsiyəni diqqətə çatdırırıq.

Birinci qayda – səliqəlilik

Hətta firma mağazasından alınmış ən bahalı işgüzar kostyum belə nahar zamanı üzərinə saldığınız ləkə yuyulub təmizlənməsə, yaxşı təsir bağışlamayacaq. Və ya yuyulduqdan sonra pencəyi ütüləməyi unutsanız, yenə eyni vəziyyət yaşanacaq. Səliqəlilik – mühasibin işində ən əsasıdır. Səliqəsiz geyinən mühasibin yerinə yetirdiyi işlərdə də diqqətsiz ola biləcəyi haqda fikirlər oyanacaq. Diqqətsiz mütəxəssisə öz sənədlərini etibar etməyə kim risk edər ki?

İkinci qayda – “business-casual”
Əksər şirkətlərdə əməkdaşlardan həddən ziyadə rəsmi geyinmək tələb olunur. Bir çox ofislərdə bu gün “business-casual” stilinə, yəni, işgüzar geyim və gündəlik geyimin ahəngdarlığına meyillənmə nəzərə çarpır.

Əgər işlədiyiniz şirkətdə də belədirsə, onda hər gün işə ağ köynəyin üzərindən geyilmiş qara pencəkdə gəlin. Digər rəngləri də seçmək olar: boz, mixəyi, tünd göy… Ən yaxşısı pencəyin parlaq rəngdə olmamasıdır, çünki parlaq rəng həmkarlarınızın və ya müştərilərinizin diqqətini yayındıra bilər. Səliqəli olduğuna  əmin olmayanlar isə yaxşı olardı ki, parlaq rənglərdə olan kostyumlar almasınlar, çünki onlar daha tez çirklənirlər. “Casual” stili qalstuk taxılmasını məcburi etmir, buna baxmayaraq, onu taxmaq da qadağan edilmir.  Pencəyin və ya jaketin yerinə yüngül bleyzer (pencəyi xatırladan gödəkçə) və ya bürüncək də geyinmək olar. Yayda isə eleqant şalvarda və ya yubkada və bluzkada (soyuq vaxtlarda isə vodolazkada) gəlmək yetərlidir.

Üçüncü qayda – aksessuarlar

Əgər şirkətinizdə “casual” stili yoxdursa, siz aksessuarlar hesabına öz geyiminizi rəngarəng edə bilərsiniz. Kişilər üçün bu, rəngli qalstuk və ya eleqant saat, qadınlardan ötrü isə rəngli boyun yaylığı, saatlar, bir çalarlı çanta (məsələn, tünd-göy və ya mixəyi), pencəkdə və ya bluzda broşka, sırğalar və ya klon da ola bilər. Unutmayın, bəzəklər işgüzar stilə uyğun gəlməlidir. İşgüzar kostyumda olub, Mikki-Mausun təsviri olan üzük və ya sırğalar taxsanız, bu bir qədər mənasız çıxar. Bal, ziyafətlər üçün nəzərdə tutulan bəzək əşyalarını taxmaq: qiymətli daşlarla bəzədilmiş böyük sırğalar, iri üzüklər, hədsiz uzunluqda qızıl zəncir və s. də sizə çox yöndəmsiz görkəm verəcək. Özünüzlə aksessuarlar götürməzdən və ya bəzək əşyalarını taxmazdam əvvəl işəgötürəndən sizin şirkətdə məhz, nələrin taxılmasına icazə verildiyini öyrənin.

Dördüncü qayda – stil

Beləliklə, siz artıq necə geyinməli olduğunuzu təxmin etdiniz. İndi başlıcası – bütün bu elementləri necə bir araya gətirmək məsələsidir. Misal üçün, əgər siz pencək və köynək geyinirsinizsə, onların müxtəlif rənglərdə olmalı olduğunu yaddan çıxarmayın. Qara pencək və açıq rəngli (ağ, açıq-mavi, açıq-boz) köynək – bu əla uyğunluqdur. Boz kostyum və boz rəngli aksessuarlardan ibarət boz bluz heç də xoş təəssürat oyatmayacaq, axı, kəskin rənglərdən olduğu kimi  eyni rəngdən də gözlər tez yorulur. Kəskin təzadlardan da yan qaçmaq lazımdır: klassik yubka və idman tipli ayaqqabı, ola bilsin ki, orijinal görünsün, lakin, ofisdə işləyirsinizsə, bunu etməyə lüzum yoxdur, riskə yol verməyin.

Eləcə də həddən artıq parlaq rəngli geyimlər də tövsiyə olunmur, çünki bu stil yay istirahəti və ya klublarda keçirilən axşamlar üçün daha uyğundur. Həmçinin zahiri görkəmi də yaddan çıxarmaq olmaz:: dırnaqlarınız qaydasında, saç düzümünüz səliqəli, makiyajınız isə yüngül olmalıdır. Kişi mühasiblər həddən uzun saqqal saxlamamalıdırlar, çünki bu sizə daha çox diqqət cəlb edə, bəzilərini isə hətta qorxuda bilər. Eləcə də hər iki cinsdən olan mühasiblərə saçlarını qeyri-standart rənglərlə (çəhrayı, göy, yaşıl) rəngləmək və ya tatuajlarını hamıya nümayiş etdirmək tövsiyə olunmur.

Beçinci qayda – tam hazırlıq

İşə hazırlıqlı getmək üçün əvvəlcədən minimum bir neçə ədəd köynək (bluzka) və ən azı iki işgüzar kostyum əldə edin. Xoşbəxtlikdən bu gün rəsmi geyim seçimi çox genişdir: təkcə bir mağazada siz istənilən rəngdə və ölçüdə, istənilən qiymətə kostyum tapa bilərsiniz. Hər gün eyni cür geyinmək istəmirsinizsə, bütün həftə üçün özünüzə imic düşünə bilər və bunu gündəliyinizdə qeyd edə bilərsiniz. Bu cür siz həmişə elaqant və orijinal görünə bilərsiniz.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *