Sual: Mən həkiməm ve America Endocrine Society – Amerika Endokrin Cəmiyyətinə illik üzvlük haqqını plastik kart ilə ödəniş etdikdə 18% əlavə dəyər vergisi (ƏDV) ödəməliyəm?
Cavab: ƏDV-nin elektron ticarət qaydasında işlərin görülməsinə və xidmətlərin göstərilməsinə tətbiq edildiyini, üzvlük haqqının isə iş (xidmət) hesab edilmədiyini nəzərə alaraq qeyri-rezident təşkilata ödənilən üzvlük haqlarına ƏDV hesablanmır.
Əsas: Vergi Məcəlləsinin 13.2.11-ci, 159.1-ci, 169.1-ci və 169.3-cü maddələri və “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının 10.05.2005-ci il tarixli 908-IIQ nömrəli Qanununun 1.0.1-ci maddəsi.
Mənbə: taxes.gov.az
Bax:
Fiziki şəxslərlə olan təhtəlhesab əməliyyatlar
Hüquqi şəxsə nəqliyyat xidməti göstərən fiziki şəxs fərqlənmə nişanı almalıdır yoxsa gəlir vergisi bəyannaməsini verməlidir?
Vergi Məcəlləsinin 156.1-1-ci maddəsinin tətbiqi
POS-terminalın quraşdırılması kimin vəzifələrinə aiddir?
İçkili olmağın fəsadları (müxtəlif sahələr üzrə)
Ödəmə mənbəyində verginin tutulması
Hədiyyə kartları vergiyə necə cəlb edilir?