535 saylı “İcarə üzrə qısamüddətli kreditor borcları” hesabı üzrə uçot (535-1 subhesabı)

posted in: Xəbər | 0

Kreditor borcların təsnifatı

Hesablar planının 535 saylı “İcarə üzrə qısamüddətli kreditor borcları” adlı hesabında icarə (lizinq) əməliyyatları üzrə məbləğlərin uçotu üçün nəzərdə tutulub. Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “İcarə haqqında”, “Torpaq icarəsi” haqqında AR qanunları icarə münasibətlərinin hüquqi əsaslarını təşkil edir.

İcarə münasibətləri ilə beynəlxalq təcrübədə geniş istifadə olunan lizinq əməliyyatı oxşardır. Fərq ikincinin üçtərəfli olması, əmlakın (lizinq obyektinin) lizinq məqsədləri üçün əldə edilməsidr.

Lizinq əslində maliyyə icarəsi, klassik icarə forması isə əməliyyat icarəsidir.

Əməliyyat icarəsi üzrə qısamüddətli kredit borcları və müxabirləşmə nümunələri haqqında əvvəlki məqalələrin birində danışmışıq. İndi isə maliyyə icarəsi əməliyyatları zamanı yaranan kreditor borcların mühasibat yazılışlarının tənzimlənməsinə və müxabirləşmə nümunələrinə baxaq.

Mühasibat xidmətləri

İcarə üzrə qısamüddətli kreditor borcların uçotu hesabı

Qısamüddətli kreditor borcları üzrə uçot hesabları Hesablar Planının 5-ci bölməsinin (“Qısamüddətli öhdəliklər”)  53-cü maddəsində (“Qısamüddətli kreditor borcları”) açılır. 535 saylı “İcarə üzrə qısamüddətli kreditor borcları” hesabı 53-ci maddəyə daxil olan hesablardan biridir.

İcarələr üzrə məlumatların mühasibat uçotu zamanı 16 №-li “İcarələr” MHBS-un (IFRS 16) tələbləri nəzərə alınmalıdr..

535 saylı hesab üzrə müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  ilə tənzimlənir.

535 №-li “İcarə üzrə qısamüddətli kreditor borcları” hesabında uçotun tənzimlənməsi

Bu hesabda mühasibat uçotu subyektinin fəaliyyətinin həyata keçirilməsi zamanı maliyyə yaxud əməliyyat icarəsi nəticəsində yaranan bütün qısamüddətli öhdəliklərlə əlaqədar ödənilməli olan borclar haqqında məlumatlar ümumiləşdirilmiş şəkildə əks etdirilir.

Mühasibat uçotu subyektinin icarəyə görə qısamüddətli kreditor borcları yarandıqda, həmçinin, icarə ilə bağlı hər hansı dolayı xərclər həmin qaydaların 43.34.-cü, həmin borclar uzunmüddətli öhdəliklər kimi təsnifləşdirildikdə, habelə, icarə üzrə qısamüddətli öhdəliklərə, fazilərə görə ödənişlər həyata keçirildikdə həmin qaydaların 43.35.-ci bəndi tətbiq edilir.

İcarə üçün hesablanan faiz xərci üzrə mühasibat yazılışları həmin qaydaların 43.35-ci bəndi, icarə üzrə qısamüddətli kreditor borcları, həmin kreditor borclara görə hesablanmış faiz xərcləri üçüncü şəxs tərəfindən ödənildikdə mühasibat yazılışları 43.37-ci bəndi əsasında tənzimlənir.

Qaydaların 43.33-cü bəndinə görə bu hesab üzrə aşağıdakı subhesablar açmaq mümkündür:535 saylı “İcarə üzrə qısa müddətli kreditor borcları” hesabında “Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları” və “Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları” adlı subhesablar açıla bilər.

535 №-li “İcarə üzrə qısamüddətli kreditor borcları” hesabı öhdəlik (passiv) hesabı dır.

Maliyyə icarəsi ilə tikili (əsas vəsait) əldə edildikdə müxabirləşmə nümunələri

“A” MMC dəyəri 25000 manat olan əsas vəsaitin maliyyə icarəsilə əlaqədar olaraq “B” MMC ilə müqavilə imzalamışdır. Müqavilənin müddəti 1 ildir. Razılığa əsaəsn 1-ci ilin sonunda Əsas vəsaitə görə olan 16250 manat əsas məbləğ, 8750 manat faiz məbləği tam ödənilməlidir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Maliyyə icarəsi ilə Əsas vəsait əldə edildikdə 111 – Torpaq, tikili və avadanlıqlar-Dəyər 535-1 – Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları 16250.00
2 İllik faiz borcları qeydə alındıqda 242 – Gələcək hesabat dövrünün xərcləri 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 8750.00
3 Maliyyə icarəsi üzrə əsas məbləği ödənildikdə 535-1 – Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 16250.00
4 Maliyyə icarəsi üzrə faiz məbləği ödənildikdə 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 8750.00
5 Maliyyə icarəsi üzrə faiz məbləği xərcə aid edildikdə 731 – Sair əməliyyat xərcləri 242 – Gələcək hesabat dövrünün xərcləri 8750.00

Maliyyə icarəsi nəqliyyat vasitəsi əldə edildikdə müxabirləşmələr

“A” MMC dəyəri 25000 manat olan nəqliyyat vasitəsinin maliyyə icarəsi ilə əlaqədar “B” MMC ilə müqavilə imzalanıb. Müqavilənin müddəti 1 ildir. Razılığa əsasən 1-ci ilin sonunda nəqliyyat vasitəsinə görə olan 16250 manat əsas məbləğ, 8750 manat faiz məbləği tam ödənilməlidir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Maliyyə icarəsi ilə Əsas vəsait əldə edildikdə 111 – Torpaq, tikili və avadanlıqlar-Dəyər 535-1 – Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları 16250.00
2 İllik faiz borcları qeydə alındıqda 242 – Gələcək hesabat dövrünün xərcləri 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 8750.00

Tərəflər arasında qarşılıqlı razılığa əsasən icarə müddəti uzadılaraq 2 il təyin edilib. Yeni şərtə əsasən, 2-ci ilin sonunda torpaq, tikili və avadanlıqlar görə olan 16250 manat əsas məbləğ, 8750 manat faiz məbləği tam ödənilməlidir. Yuxarıdakı müxabirləşmələri nəzərə alaraq 1-ci il üçün düzəlişləri edək:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Növbəti ilə aid edilən icarə haqqı qısamüddətli  öhdəliklərdən uzunmüddətli öhdəliklərə aid edildikdə 535-1 – Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları 406 – Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər 8125.00
2 Növbəti ilin faiz borcları qısamüddətli  öhdəliklərdən uzunmüddətli öhdəliklərə aid edildikdə 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 434 – Faizlər üzrə uzunmüddətli kreditor borcları 4375.00
3 Əvvəl qısamüddətli faiz borcları kimi qeydə alınan faizlərə düzəliş edildikdə 191 – Gələcək hesabat dövrlərinin xərcləri 242 – Gələcək hesabat dövrünün xərcləri 4375.00

1-ci ilin ödənişləri həyata keçirilir:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Maliyyə icarəsi üzrə əsas məbləği ödənildikdə 535-1 – Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 8125.00
2 Maliyyə icarəsi üzrə faiz məbləği ödənildikdə 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 4375.00
3 Maliyyə icarəsi üzrə faiz məbləği xərcə aid edildikdə 731 – Sair əməliyyat xərcləri 242 – Gələcək hesabat dövrünün xərcləri 4575.00

2-ci ilin uçotu, ödənişləri aşağıdakı kimidir:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 İkinci ilin icarə haqqı uzunmüddətli  öhdəliklərdən qısamüddətli öhdəliklərə aid edildikdə 406 – Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər 535-1 – Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları 8125.00
2 İkinci ilin faiz borcları uzunmüddətli  öhdəliklərdən qısamüddətli öhdəliklərə aid edildikdə 434 – Faizlər üzrə uzunmüddətli kreditor borcları 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 4375.00
3 İkinci ilin faiz xərcləri uzunmüddətli  xərclərdən qısamüddətli xərclərə aid edildikdə 242 – Gələcək hesabat dövrünün xərcləri 191 – Gələcək hesabat dövrlərinin xərcləri 4375.00
4 Maliyyə icarəsi üzrə əsas məbləği ödənildikdə 535-1 – Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 8125.00
5 Maliyyə icarəsi üzrə faiz məbləği ödənildikdə 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 4375.00
6 Maliyyə icarəsi üzrə faiz məbləği xərcə aid edildikdə 731 – Sair əməliyyat xərcləri 242 – Gələcək hesabat dövrünün xərcləri 4575.00

Əmlak vergisi və onun proqnozlaşdırılması