231 saylı “Satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar” üzrə uçot

posted in: Xəbər | 0

Sair qısamüddətli maliyyə aktivləri

231saylı aktiv hesabı üzrə uçota alınan satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar Hesablar Planının 23-cü maddəsinin (“Sair qısamüddətli maliyyə aktivləri”) tərkibinə daxildir.

Maliyyə qoyuluşları müddətinə görə uzunmüddətli və qısamüddətli olur. Qısamüddətli maliyyə investisiyaları dövriyyəsi yaxud ödəmə müddəti bir il və ya daha az olan investisiyalardır. Müəssisə tərəfindən investisiya edilən aktivlər, digər müəssisə və təşkilatların qiymətli kağızları, kredit təşkilatlarının müddətli depozit hesabdarındakı maliyyə vəsaitləri və s. ola bilər. Belə aktivlər likvid və ən asan satıla bilən aktivlər kimi xarakterizə olunur.

Maliyyə aktivləri, o cümlədən sait qısamüddətli maliyyə aktivləri üzrə uçot və hesabatların təqdimatı zamanı aşağıdakı beynəlxalq standartların tələbləri nəzərə alınmalıdır:

Qoyuluşların hansı kateqoriyaya aid olduğu müəssisə tərəfindən dəqiq təyin edilməlidir. “Sair qısamüddətli maliyyə aktivləri“  asılı və birgə müəssisələrdən başqa digər müəssisələrə qoyulan qısamüddətli borclar, investisiyalar, və maliyyə aktivləri ilkin dəyərinə əsaslanaraq uçota alınır.

Mühasibat xidmətləri

Satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar

Satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar dedikdə hesabat dövründən sonrakı 12 aylıq müddətdə satılması gözlənilən qısamüddətli maliyyə aktivləri başa düşülür. Yəni, aktiv o vaxt “Satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar“ hesabında uçota alınır ki:

  • müəssisə qısa müddətdə satılması mümkün olan investisiyaya sahib olsun, və;
  • onu 12 aydan artıq saxlamamağı nəzərdə tutsun.

Haqqında bəhs edilən hesaba daxil olan aktivlər ədalətli dəyərlə yenidən qiymətləndirilir. Bu zaman mənfəət (zərər) hesabında ədalətli dəyərlə müəyyən edilən maliyyə aktivlərindən fərqli olaraq, yenidən qiymətləndirilmənin nəticəsi müəssisənin balansında öz əksini tapır.

Bir ildən artıq müddətə saxlanılması nəzərdə tutulmuş belə investisiyalar uzunmüddətli investisiyalar kateqoriyasına edilməklə uçotu 183 saylı “Digər uzunmüddətli investisiyalar” hesabında aparılır.

231 saylı hesab üzrə uçot

“Satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar” hesabı üzrə subhesablarının açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları ilə tənzimlənir.

232 №li “Satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar“ hesabı aktiv hesabdır.

Qeyd edilən Qaydaların 25.1-ci maddəsi aşağıdakı hesabları əhatə edir.231 saylı “Satış məqsədi ilə saxlanılan qısamüddətli investisiyalar” hesabında mühasibat uçotu subyektinin satış məqsədi ilə saxlanılan qısamüddətli investisiyalarının hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

231 saylı “Satış məqsədi ilə saxlanılan qısamüddətli investisiyalar” hesabında mühasibat uçotu subyektinin satış məqsədi ilə saxlanılan qısamüddətli investisiyalarının hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

Sözügedən qaydaların bəndlərinə uyğun gələn hallar aşağıdakı kimidir:

Satış məqsədi ilə saxlanılan qısamüddətli investisiyaların əldə edilməsi qeyd edilən Qaydaların 25.2-ci bəndi, debitor borclarının müqabilində əldə edilməsi halı 25.3-cü bəndi vasitəsilə nizamlanır.

Qaydaların 25.5-ci bəndi belə investisiyaların dəyərinin azalmas, 25.6 bəndi onların satılması və ya əvəzsiz verilməsi zamanı tətbiq edilir.

“Satış məqsədi ilə saxlanılan qısamüddətli investisiyalar” hesabı üzrə müxabirləşmə

Aşağıda müəssisə tərəfindən səhmlərin əldə edilməsi zamanı müxabirləşmə nümunəsi verilib.

Nümunə: “A” MMC gələcəkdə satmaq üçün “B” MMC-dən hər birinin qiyməti 20 manat olmaqla ümumilikdə  20000 manata 2000 ədəd səhm alıb. Alınan səhmlər “B” MMC-nin səhmlərinin 10%-ni təşkil edir. Bu, deməkdir ki, “A” MMC-nin “B” MMC üzərində heç bir təsiri yoxdur. “A” MMC-nin direktoru qısa müddət ərzində almış olduğu səhmlərin qiymətinin bazarda artmasını gözləyir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Səhmləri əldə edilməsi 231 – Satış məqsədi ilə saxlanılan qısamüddətli investisiyalar 223 – Bank hesablaşma hesabları 20000.00
2 “B” MMC-nin  səhmlərinin qiyməti artaraq 22 manat olmuşdur 231 – Satış məqsədi ilə saxlanılan qısamüddətli investisiyalar 331 – Yenidənqiymətləndirmə üzrə ehtiyat 2000.00
3 Bazar qiyməti artdıqdan sonra səhmlərin satışı 223 – Bank hesablaşma hesabları 231 – Satış məqsədi ilə saxlanılan qısamüddətli investisiyalar 44000.00

Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsi