İş yerində stresin öhdəsindən necə gəlməli?

birbank biznes

Stress ilə mübarizə – Mühasiblər üçün məsləhətlər.

Səbəblərlə tanış olaq

Müasir dünyada stress halları əsasən iş yerindəki problemlərlə əlaqəlidir. “Mühasiblərdə stres elə də güclü olmur, lakin, olduqca uzun müddətdə davam edə bilir. Uzunmüddətli stress isə insan orqanizminə qısamüddətli stresdən daha güclü təsir edir”, – psixoterapevt Oleq Kuzin belə söyləyir. Stresi dəf etməkdən ötrü, onun niyə yarandığını başa düşmək çox mühümdür. İş yerində stresin başlıca mənbələri – bu yüksək məsuliyyət, müdirlərin qəzəbinə tuş gəlməmək üçün böyük həcmdə işləri qısa müddətdə yerinə yetirmək kimi hallarla əlaqəlidir.


Mühasiblərin işlərini itirməklərinin səbəbləri

Stress necə olur?

“Hesabatların hazırlanmasnın  proqnozlaşdırılan hal olduğunu başa düşmək çox vacibdir, deməli, həmin dövrdə stress hallarına da öncədən hazırlaşmaq lazımdır”, – Psixoanaliz üzrə Şərqi Avropa universitetinin psixoterapiya kafedrasının müdiri Svetlana Yerşova belə söyləyir. Mütəxəssislər stresin iki səviyyəsini qeyd edirlər: eustress və distress. Eustress zamanı orqanizm stress halında olduğunu dərk edir, problemləri həll etmək üçün gücləri mobilizə edir. Distress mərhələsində isə orqanizm stress nəticəsində aşınır, ona görə kənardan yardıma ehtiyac duyulur. Əgər, sizinlə məhz, hansı stress növünün baş verdiyini başa düşə bilsəniz, onda lazımi formada ona reaksiya verə bilərsiniz.

Qüvvələri mobilizə edirik

“Eustress zamanı orqanizmin reaksiyasından ağılla istifadə etmək lazımdır: kəskinləşmiş diqqəti işə yönəltmək və bu zaman reaksiya sürətini tətbiq etmək lazımdır. Enerjiniz tükəndikdə isə orqanizm başqa mənbələrdən (şəxsi maraqlar, fizioloji tələbatlar) qidalanmasın deyə özünüzü süni şəkildə gümrahlaşdırmağa ehtiyac yoxdur. Eustresdən yaranan oyanma bir qədər zəiflədikdən sonra , dərhal ruhi yüksəlişi təmin edən hansısa digər bir fəaliyyət növünə keçmək lazımdır”, analitik psixoloq Tatyana Kabluşkova belə məsləhət verir. “Stresin profilaktikası üçün dostlarla ünsiyyət, yeni hobbi ilə məşğul olmaq ən yaxşı üsullardan biri hesab olunur. Orqanizmdə yığılaraq toplanmış adrenalini isə kənar etməkdən ötrü intensiv fiziki məşqlər kara gəlir”, – Oleq Kuzkin əlavə edir.


Mühasib olmaq üçün 5 səbəb

Stres ilə necə mübarizə etməli

Psixoloqların məsləhətləri:

  • Özünüzün və ya həmkarlarınızın dəfələrlə öhdəsindən gəldiyiniz hesabatları hazırlamaq təcrübəsinə istinad edin.
  • İşdən əlavə digər həyat sahələrinə aid məsələlərə də diqqət yetirin.
  • Adrenalini idmanının köməyilə kənar etməy öyrənin: səhərlər qaçışla və ya axşamlar aerobika ilə məşğul olun – hər bir kəs öz zövqünə uyğun seçim edə bilər.
  • Yerinə yetirdiyiniz işlərə görə özünüzü mükafatlandırın: özünüzə hansısa xoşəgələn bir şeyi rəva görün: bazarlıq edin, şirniyyat qəbul edin, bir qədər bayağı, lakin şən verilişlərə baxın. Başlıcası – özünüzü stresə təslim etməyin.
  • Lazımi anda diqqəti işə yönəltmək və özünüzə əmin olmaqdan ötrü öz orqanizminizin gərgin və zəifləmiş vəziyyətlərini fərqləndirməyi öyrənin. Bu sizə dağı-dağ üstə qoymaqda yardım edə bilər. Bu işdə isə autotreninq və meditasiya sizin köməyinizə çata bilər.
  • Özünüzü effektiv nəticəyə kökləyə bilən “sehirli ovsun”, xüsusi ibarə düşünüb tapın.
  • Qarşınıza özünüzü qorxudan: “etməliyəm”, “hökmən” və s. bu kimi məqsədlər, yollar qoymayın. Başa düşün ki, sizin həyatınız yalnız işdən ibarət deyil, hadisələrə bir qədər sadə yanaşmağa səy göstərin.
  • Yumor hissini yaddan çıxarmayın. Özünüz və ərtafınızdakılar üçün ünsiyyət qurmaqla əhvali-ruhiyyə yüksəkliyi yaradın. Əhvalınızı yüksəltmək üçün məsələn, qapıya belə bir məzəli lövhə də vurmaq olar: “Giriş qadağandır: hesabatların hazırlanmasına hazırlıq işləri görülür!”, “Mühasibatlıq sorğulara filan tarixədək cavab verir. Həmin tarixə kimi giriş qadağandır!” Yeri gəlmişkən, bu cür şüarların düşünülüb-tapılması da çoxsaylı müsbət emosiyalar doğura bilər.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email