“Tam iş vaxtı” və “natamam iş vaxtı” haqqında danışmazdan öncə “iş vaxtı” anlayışının nəyi ifadə etdiyinə nəzər salaq. Bu anlayış gündəlik (həftəlik) iş saatı müddətində əmək funksiyalarının icrası üçün işçiyə qanunvericiliklə müəyyən edilən zamandır. Həftəlik (aylıq, illik) bu müddətin müəyyən olunması gündəlik iş vaxtı üçün ayrılmış zamandan asılı olduğu üçün ona daha çox diqqət edək.
Gündəlik iş vaxtı
Müəssisə və təşkilatlar ilin sonunda AR NK-nın təsdiq etdiyi istehsal təqvimləri əsasında növbəti il üçün:
- iş vaxtının planlaşdırılmasına başlayır;
- müvafiq qrafikləri haırlayır;
- hər bir işçinin kateqoriyasına müvafiq iş vaxtlarını müəyyənləşdirir (məsələn, tam iş vaxtı, qısaldılmış iş vaxtı yaxud natamam iş vaxtı).
Planlaşma zaman əsas ölçü vahid kimi “gündəlik iş vaxtı” anlayışından istifadə edilir.
| Gündəlik iş vaxtı işçinin gün ərzində öz əmək vəzifələrini yerinə yetirməli olduğu vaxtdır və onun dəqiq müddəti daxili əmək qaydaları, əmək müqaviləsinin şərtləri əsasında müəyyən edilir. |
Onun iki formasını fərqləndirirlər:
- tam iş vaxtı;
- natamam iş vaxtı.
İşəgötürən planlaşdırma zamanı bunları dəqiqləşdirir:
- iş vaxtının rejimini (məsələn, 5 günlük iş, şənbə və bazar istirahət );
- həftəlik saatların miqdarı (məsələn, 40 saat);
- gündəlik standart iş saatları (məsələn, 40 saatlıq həftədə 8 saat);
- işin başlama və bitmə vaxtları.
Bu dəqiqləşmələr AR Əmək Məcəlləsinin maddələri əsasında aparılır.
Tam iş vaxtının əsas xüsusiyyətləri
Tam iş günü işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün qanunvericiliyə əsəsən müəyyən olunan zamandır. O, özündə işə hazırlıq, gün ərzində iş və işdən sonrakı istirahət kimi məqamları əks etdirir.
İşə hazırlıq prosesinə işçinin məhsul istehsal etmək, xidmət göstərmək və onun fəaliyyət sahəsi ilə bağlı digər fəaliyyətləri üçün lazım olan tapşırıqlara hazırlıq və digər vərdiş, bacarıqlar daxildir. Adətən hazırlıq prosesi 30-dən 60 dəqiqəyədək çəkə bilər.
Qanunvericilidə standart gündəlik iş vaxtı üçün maksimum 8 saatdır (AR Konstitusiyası, maddə 37 və AR ƏM maddə 89). Bu əmək müqaviləsi əsasında işləyən bütün işçilərə şamil edilir, yalnız qanunvericiliyə uyğun qısaldılmış rejimdə işləyən işçilər istisnadır.
Qanunvericilikdə iki istirahət günü olmaqla beşgünlük iş həftəsi müəyyən edilib, əgər istehsal xarakterinə görə bu mümkün olmadıqda müəssisələr bir istirahət günü olmaqla altıgünlük iş həftəsi tətbiq edə bilər. Bu zaman gündəlik iş vaxtı:
- 7 saatdan (həftəlik norma 40 saat), yaxud;
- 6 saatdan (həftəlik norma 36 saat), yaxud;
- 4 saatdan (həftəlik norma 24 saat) çox ola bilməz.
Natamam iş vaxtı
Natamam iş vaxtı tam iş vaxtına nisbətən azaldılmış iş müddətidir, müqavilə ilə, habelə işçi və işəgötürənin razılığı ilə tətbiq edilə bilər. Bu zaman təyin olunan iş vaxtı müxtəlif ola bilər.
Tam olmayan iş vaxtı əmək müqaviləsi bağlanan zaman, habelə əmək münasibətləri prosesində işçi ilə işəgötürənin qarşılıqlı razılığına əsasən müəyyən olunur. Natamam iş tam iş vaxtı ilə müqayisədə azaldılmış iş müddəti hesab olunur.
Əmək müqaviləsi bağlanan zaman tərəflərin razılığı ilə müxtəlif natamam iş vaxtı təyin oluna bilər:
- natamam iş günü, yəni gündəlik iş saatlarının azaldılması (məsələn, 8 deyil 6 saatlıq iş).
- natamam iş həftəsi, yəni hər iş həftəsində iş günlərinin sayının azaldılması (məsələn, beş günlük iş həftəsində işçiyə əlavə istirahət günü verilir).
- qarışıq rejim, bu zaman həftəlik iş günləri və gündəlik iş saatı azaldılır.
Bu rejim əmək müqaviləsinin qüvvədə olduğu yaxud tərəflərin razılaşdığı müddətə müəyyən edilə bilər. Natamam iş vaxtı ərzində işçinin əməyi onun işlədiyi vaxta nisbətdə, ya da tərəflər arasındakı razılaşmaya əsasən ödənilir.
Aşağıdakı işçilərə işəgötürən tərəfindən tam iş vaxtı (iş günü, yaxud iş həftəsi) təyin olunmur (ƏM maddə 94):
- hamilə qadınlar, əlillər;
- 14 yaşı tamam olmayan və yaxud 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlar;
- ailənin xəstə üzvünə qulluq edənlər (tibbi arayış mütləqdir).
Bu zaman istirahət və iş vaxtı işçinin istəyi nəzərə alınmaqla işəgötürənin istehsal şəraitinə uyğun təyin edilir. Natamam iş qrafikinin tətbiqi üçün əsas işçinin yazılı ərizəsi (natamam iş vaxtı təyin etməli olduğu şəxslər üçün) yaxud əmək müqaviləsi tərəflərin razılaşması hesab olunur.
İşəgötürən öz təşəbbüsü ilə natamam iş gününü ( iş həftəsini) aşağıdakı hallar eyni vaxta yarandıqda tətbiq edir:
- təşkilati, habelə texnoloji əmək şəraiti dəyişərsə (avadanlığın və istehsal texnologiyasının dəyişməsi, iş yerlərinin təkmilləşdirilməsi, istehsalın struktur yenidən təşkili);
- işəgötürən tərəfindən həyata keçirilən dəyişikliklər nəticəsində mümkün nəticələr, məsələn, işçilərin kütləvi şəkildə işdən çıxarılması.
Natamam iş vaxtı ilə işləyən işçilər normal iş vaxtına uyğun güzəşt və təminatlardan istifadə edirlər. Onların əmək hüquqları heç bir halda məhdudlaşdırıla bilməz. Həmin işçilərin əmək məzuniyyəti tam iş vaxtı ilə işləyən işçilərlə eyni müddətdə təyin edilir (AR ƏM, maddə 114).
