Türkiyə vergi rejimi barədə bilmədiklərimiz (1-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0
birbank biznes

Türkiyə1-ci hissə

Türkiyədə müəssisələrin mənfəətindən tutulan vergi regionda ən əlverişli vergi hesab olunur. Bu vergi növü ilə bağlı qanun qəbul ediləndən sonra vergi sistemi özünün şəffaflığı, obyektivliyi və beynəlxalq standartlara cavab verməsi ilə xeyli fərqli bir anlam daşımağa başlayıb.

Türkiyənin vergi qanunvericiliyini üç əsas kateqoriya üzrə təsnifləşdirmək olar:

Gəlir vergisi

Türkiyə qanunvericiliyi iki əsas gəlir vergisi növünü nəzərdə tutur: fərdi gəlir vergisimüəssisələrin mənfəətindən tutulan vergi. Fərdi gəlir vergisi və müəssisələrin mənfəətindən tutulan verginin müxtəlif qanunlarla tənzimlənməsinə baxmayaraq, fərdi gəlir vergisi ilə bağlı bir çox qaydalar və müddəalar müəssisələrə də tətbiq oluna bilər, xüsusilə də gəlirlərin və təmiz gəlirlərin müəyyən edilməsi ilə bağlı hissələr.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Fiziki şəxslərdən gəlir vergisi onların il ərzində əldə etdikləri təmiz gəlirlər və mənfəətlərindən tutulur.  Qanuna görə həmin gəlirlərə bunlar daxil edilə bilər:

  • kommersiya mənfəəti
  • kənd təsərrüfatından daxil olan gəlirlər
  • məvacib və əməkhaqqı
  • müstəqil şəkildə şəxsi xidmətlərdən daxil olan gəlirlər
  • daşınmaz əmlakdan və onların icarəsindən daxil olan gəlirlər
  • hərəkət edən mülkiyyətdən daxil olan gəlirlər
  • digər gəlirlər və mənfəət
Həmçinin bax: Gürcüstan vergi rejimi barədə bilmədiklərimiz (1-ci hissə)

Türkiyə vergi qanunvericiliyinə uyğun olaraq bu ölkədə yaşayış yeri üzrə müəyyən edilən iki əsas vergi statusu növü mövcuddur: rezident vergi ödəyiciləri qeyri-rezident vergi ödəyiciləri. Rezident vergi ödəyicilərindən (daimi Türkiyədə yaşayan şəxslər və il ərzində bu ölkədə altı aydan çox yaşayanlar) Türkiyə ərazisində və onun hüdudları kənarında əldə etdikləri bütün gəlirlər və mənfəətdən, qeyri-rezidentlərdən isə (Türkiyədə yaşamayan və təqvim ili ərzində altı ay müddətində Türkiyədə yaşamayan şəxslər) Türkiyə ərazisində əldə edilən mənfəət və gəlirlərdən vergi tutulur.

Fərdi gəlir vergisinin tarifi 15%-dən 35%-dək aralıqda tərəddüd edir.

Müəssisələrin mənfəətindən tutulan vergi

Əgər, gəlir vergisi ilə bağlı Qanunda göstərilən gəlir komponentləri müəssisələr tərəfindən əldə edilərsə, onda vergi bu müəssisələri təmsil edən hüquqi şəxslərdən tutulur. Aşağıdakı hüquqi şəxslər qanunla vergi ödəyicisi kimi müəyyən ediliblər:

  • səhmdar şirkətlər
  • kooperativlər
  • sosial-iqtisadi müəssisələr
  • assosiasiyalar və fondlara məxsus təsərrüfat müəssisələri
  • birgə müəssisələr

Hüququ və ya faktiki ünvanları Türkiyədə olan müəssisələr rezidentlərə aiddirlər və onların Türkiyə və digər ölkələrdə əldə etdikləri gəlirlərdən vergi tutulur. Əgər, hüquqi və ya faktiki ünvanı Türkiyə sərhədləri hüdudlarından kənarda yerləşirsə, həmin müəssisələr qeyri-rezidentlər hesab olunurlar.  Həmin müəssisələrin yalnız Türkiyə ərazisində qazandıqları gəlirlərdən vergi tutulur. Hüquqi ünvan – bu müəssisənin nizamnaməsində və ya vergi ödəyicisi olan təsisçi-müəssisə haqqında qanunda göstərilən yer, faktiki ünvan isə – müəssisənin iqtisadi fəaliyyət göstərdiyi və idarə olunduğu yer hesab olunur.

Həmçinin bax: Avstraliya vergi sistemi barədə bilmədiklərimiz (1-ci hissə)

Türkiyədə müəssislərin qazancından tutulan vergi 20% təşkil edir.

Müəssisənin rezident iştirakçıları arasında bölünən dividendlər 15% tarifi ilə vergiyə cəlb olunur. Bir rezident-müəssisə tərəfindən digər bir rezident-müəsssisəyə ödənilən dividendlər isə vergiyə cəlb olunmur. Mənfəətlərini şirkətin baş ofisinə köçürən qeyri-rezident müəssisələrdən də analoji olaraq 15% tarifi ilə vergi tutulur.

ƏDV

ƏDV 1%, 8% və 18% təşkil edə bilər. Kommersiya, sənaye, kənd təsərrüfatı məhsulları və xidmətləri, müstəqil peşə fəaliyyəti ilə əlaqədar mallar və xidmətlər, ölkəyə idxal edilən mallar və xidmətlər, eləcə də ölkəyə tədarük olunan digər fəaliyyət sahəsi ilə bağlı mal və xidmətlər – bütün bunların hamısı ƏDV-yə cəlb olunur.

Həmçinin bax: Kanada vergi sistemi barədə bilmədiklərimiz (1-ci hissə)

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email