Uğurlu mühasib kimdir??

birbank biznes

mühasibUğurlu mühasib. O kimdir?

1-ci hissə

Biz çox vaxt yazırıq ki, mühasib öz fəaliyyətində savadlı və uğurlu olmalıdır. Savadlı olmağı başa düşdük. Bəs uğurlu olmaq nə deməkdir?

Bu məsələni başa düşməkdə bizə stajlı mühasib və eyni zamanda psixoloq olan Yelena Əliyeva kömək etdi.

  • Sənədləri bilməli, insanları anlamalıdır

Belə bir mütəxəssis barədə danışdıqda, onun fəaliyyətinin başlıca funksiyalarını bilmək çox mühümdür. Bir çoxları güman edirlər ki, bu insanlar yalnız uçotla, maliyyə sənədləri ilə əlaqəlidirlər. Həmin uçot işi, sənədlər isə məsuliyyətlilik, son dərəcə dürüstük, dəqiqlik, fikrin bir yerə cəmlənməsini, stresə qarşı davamlılığı, vaxtdan səmərəli istifadəni, qanunvericiliyi bilməyi tələb edir. Sonuncuya isə mən həm də qanunvericiliyə əlavə edilən yeniliklərdən baş çıxarmaq qabiliyyəti ilə yanaşı, həm də onların nəticələrini görə bilmək kimi bacarığı da əlavə edərdim. Bütün bunlar, şübhəsiz ki, zəruridir. Amma, mütəxəssisin uğurunu təmin etməkdən ötrü yetərli deyil.

Bax: Xoşbəxt insanların uğur formulaları

Belə bir xarakteristika üçün daha bir vacib məqam dövlət orqanları nümayəndələri, məsələn, vergi işçiləri ilə ünsiyyət bacarığı ilə bağlıdır. Nümunə gətirim. Uzun illər mühasib işləmiş yaxın adamlarımdan biri əla yaddaşa malik idi, qanunvericiliklə bağlı normativ aktları heç də istənilən bir hüquqşünasdan pis bilmirdi, istənilən mürəkkəb mühasibat uçotunu aparmağa qadir idi. Çox nəzakətli və xeyirxah bir insan idi, lakin, yad insanlarla ünsiyyət qurmağı, onlarla danışmağı sevmirdi. Bu səbəbdən ünsiyyət zamanı həmsöhbətində onun çox kəskin və soyuq bir insan olması təsəvvürü canlanırdı. Belə xüsusiyyət vergi yoxlamaları zamanı çox vaxt ona maneçilik törədirdi, çünki həmin yoxlamalar zamanı insan amili və konstruktiv söhbət mühüm rol oynayır.

Bu səbəbdən işəgötürənlər hətta bilsələr ki, belə bir mühasib əvəzolunmazdır, çox vaxt az təcrübəli, amma daha ünsiyyətcil bir mütəxəssisə üstünlük verirlər.

Mühasibdən ötrü fəaliyyəti baxımından müxtəlif adamlarla ünsiyyətdə olmağı bacarmaq çox zəruridir: istərsə bu vergi müfəttişi, direktor olsun, istərsə də tabeçilikdə olanlar və ya kontragentlər olsun. Bundan ötrü isə dözüm, təmkinlilik, tolerantlıq kimi şəxsi keyfiyyətlər mütləqdir. Bir çox psixoloqlar “növbətçi” nəzakətli gülüşdən istifadə etməyi tövsiyə edirlər. Şüuraltı sənə gülümsəyən bir insana nəsə pis bir şey heç vaxt arzulamazsan. Və öz təcrübəmdən bilirəm ki, özündə belə keyfiyyətləri inkişaf etdirmək, tamamilə mümkün bir şeydir.

Bax: Sizi varlı edə biləcək 17 vərdiş 
  • Biznesdən baş çıxarmağı bacarmaq lazımdır

Çox vaxt deyirlər ki, mühasib – şirkətdə direktordan sonra ikinci şəxsdir. İrəli çəkilmiş uçot mütəxəssiləri çox vaxt direktorla yanaşı şirkətlərin təsisçiləri sırasına daxil edilirlər. Şəxsən mən öz biznesi olan bir neçə ailə cütlükləri tanıyıram. Bir qayda olaraq, bu müəssisələrdə ər şirkətin rəhbəri, həyat yoldaşı isə baş mühasib işləyir. İstənilən halda uğurlu mühasib təkcə müəssisənin maliyyə və vergi məsələlərindən baş çıxarmamalı, həm də biznesin özünün spesifikliyini də bilməlidirlər. Yoxsa ona, məsələn, xərcləri formalaşdırmaq, vergiləri hesablamaq asan olmayacaq.  Axı, istehsal müəssisəsində tələblər bir cür, ictimai iaşədə bir qədər başqa cür, büdcə təşkilatlarında isə kommersiya müəssisələrindən tamamilə fərqlənir. Aydındır ki, hər şeyi əhatə etmək mümkündür, amma bu gün bütün sahələrdə geniş biliklər daha çox dəyərləndirilir.

Məqalənin ikinci hissəsini oxumaq üçün bu keçidə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Print Friendly, PDF & Email