Vergi bəyannaməsinin təqdim olunmamasına görə maliyyə sanksiyaları

posted in: Xəbər | 0
birbank biznes

Vergi bəyannaməsi, vergi ödəyicisi, fiziki şəxslərin öhdəlikləri, vergi tutulan dəyər, Malların emala verilməsi, Müddətlərin müəyyən edilməsi, mikrobiznes, Malların alış aktı, Yaşayış sahələri, vergi öhdəliyi, alış aktları, inventar, cari vergi ödəmələri, Əmlak vergisi ödəyicisi, Xarici valyuta, Vergi qanunvericiliyi, Vergi qanunvericiliyinin pozulması, Nağdsız ödənişlər, Nağdsız əməliyyatlar, Vergi ödəyicisi, əməliyyatların rəsmiləşdirilməsi, maliyyə sanksiyaları, Vergi ödəyicisinin uçotu, Maliyyə sanksiyaları, ƏDV-nin əvəzləşdirilməsi, Barter əməliyyatları, qeyri-rezident, Cari vergi ödənişləri, Cari vergi ödəmələri, Bank hesabı, Kassa çeki, Əməliyyatın düzgün sənədləşdirilməməsi, maliyyə sanksiyası, əsas vəsait, Əsas vəsaitlərin alışı, Vergi Məcəlləsinə dəyişiklik, Publik hüquqi şəxslər, Gəlirdən çıxılan xərc, ÖMV, ƏDV, ləğv, hədiyyə, vergi öhdəlikləri, təhtəlhesab əməliyyatlar, Büdcə, ƏDV-nin əvəzləşdirilməsi, büdcəyə ödəmələr, Vergi tutulan əməliyyatın vaxtı, Əmtəəsiz əməliyyat anlayışı, dividendlər, vergi güzəştləri, zərər, Zərərin növbəti illərə keçirilməsi, vergidən azadolunma, Müvəqqəti vergi rejimi, səyyar vergi yoxlaması, Sahibkarlar, Vergi ödəyicilərinin hesabatlılığı, Vergi Məcəlləsinə dəyişikliklər, Vergi Məcəlləsinə dəyişikliklər, avans vəsait, ƏDV məqsədləri, vergitutma, bəyannamə, icarə ödənişləri, Mənfəət vergisi üzrə güzəşt, Nizamnamə kapitalı, Əmtəəsiz əməliyyat, Fiziki şəxs, hüquq, Hüquqların güzəşt edilməsi, Kənd təsərrüfatı, səyyar satış, xidmət, İaşə, Vergi Məcəlləsi, Riskli vergi, vergi məcəlləsi, vergi öhdəliyi, MMC,əməliyyatlar, ƏDV-dən azad, Transfer qiyməti,xərclər, gəlir,Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən, bu Məcəllənin 57.1-1-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla, vergi hesabatını və ya bu Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən, 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

İqtisadçı ekspert Anar Bayramov bildirib ki, həmin maddədə vergi hesabatı dedikdə, Vergi Məcəlləsinə müvafiq olaraq təqdim edilən vergi bəyannaməsi nəzərdə tutulur. Arayış dedikdə isə, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq təqdim edilməli sənəd nəzərdə tutulur.
Misal 1: Vergi ödəyicisi 2020-ci ilin 3-cü rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsini 20 oktyabr 2020-ci il tarixdən gec təqdim etdiyi halda ona 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Qeyd edək ki, vergi orqanı bəyannamə üzrə maliyyə sanksiyasını vergi hesabatının təqdim etmə günü bitən kimi tətbiq etmir. Çünki bütün vergi ödəyicilərinin kağız formada bəyannamə təqdim etmək hüququ olduğu üçün, vergi orqanı poçtun çatma müddətini gözləməlidir. Vergi ödəyicisi 20 oktyabr 2020-ci il tarixdə poçtla vergi hesabatını göndərərsə, həmin bəyannamə vergi orqanlarına 26 oktyabr 2020-ci il tarixdə çatsa da, şəxsi vərəqəyə işlənmə tarixi 20 oktyabr 2020-ci il kimi olacaq.

Misal 2: Fərdi sahibkarın 2020-ci ilin 2-ci rübü üzrə fəaliyyəti olmayıb. Ancaq o, “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinin (hesabatı)” arayış formasını təqdim etməyib. Bu halda vergi ödəyicisinə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə uyğun olaraq 40 manat maliyyə sanksiyası tətbiq ediləcək.

Misal 3: Mənfəət (gəlir) vergisi ödəyicisi olanlar, Vergi Məcəlləsinin 151-ci maddəsinə uyğun hər rübdən sonrakı ayın 15-ə qədər “Cari vergi ödəmələrinin hesablanması haqqında” arayış təqdim etməlidirlər. Hesab edək ki, vergi ödəyicisi 15 aprel 2020-ci il tarixinə qədər həmin arayışı təqdim etmir. Vergi orqanı vergi ödəyicisinə “Cari vergi ödəmələrinin hesablanması haqqında” arayışı təqdim etməməsinə görə maliyyə sanksiyası tətbiq etməyəcək. Çünki Vergi Məcəlləsinin 57.1-ci maddəsində qeyd edilən arayışın təqdim olunmamasına görə maliyyə sanksiyası nəzərdə tutulmayıb.

Mənbə: vergiler.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email