Yol vergisindən azadolmalar və güzəştlər

posted in: Xəbər | 0

Vergi güzəştləri

Vergi güzəştləri, o cümlədən yol vergisi üzrə güzəştlər vergi ödənişləri zamanı vergi ödəyicilərinin bir hissəsi üçün verilən üstünlüklərdir, yəni bu zaman onlar:

  • ümumiyyətlə vergi ödəmir;
  • yaxud hissə-hissə ödəyir;
  • yaxud daha az məbləğdə ödəniş edir.

Mahiyyət etibarı ilə vergi güzəştləri fiziki və hüquqi şəxslərin vergi yükünü azaltmağa, habelə biznesi stimullaşdırlmasına yönəlib.

Azərbaycan Respublikasında vergi ödəyicilərinə vergi güzəştləri vergi orqanlarının qərarı ilə deyil, yalnız mövcud Vergi Məcəlləsinin müddəları çərçivəsində verilir.

Vergi güzəştlərinin forması

Vergi güzəştləri aşağıdakı formada ola bilər:

Mühasibat xidmətləri

Vergi güzəştinin növləri

Vergi güzəştinin aşağıdakı növləri var:

  • vergidən azadolma (istisnalar);
  • vergitutma bazasının azaldılması (çıxımlar);
  • vergi krediti.

Vergidən azadolma yaxud istisnalar vergitutma obyektlərinin vergidən azad edilməsinə yönəlib. Daimi yaxud müvvəqqəti ola bilər.

Çıxımlar vergitutma bazasının azaldılmasına yönəldilmiş güzəştlərdir. Çıxımlar ümumi (vergi ödəyicilərinin hamısına) və xüsusi (konkret vergi subyektləri üçün) tətbiq edilə bilər.

Vergi krediti – vergi dərəcəsinin yaxud məcmu verginin azaldılmasına yönəldilən güzəşt tədbirləridir.

Vergi güzəştləri üzrə hüquqi baza

Vergi güzəştləri, onların ölçüsü, rəsmiləşdirilməsi zamanı tələb olunan sənədlər Azərbaycan Respublikasının Vergi Məcəlləsi əsasında həyata keçirilir. Yadda saxlamaq lazımdır ki, vergi güzəştləri konkret hüquqi yaxud fiziki şəxsə deyil, vergi ödəyicilərinin Məcəllədə müəyyən edilmiş kateqoriyasına şamil edilir.

Yol vergisi üzrə vergi güzəştləri

Nəzərə alsaq ki, xarici dövlətlərin avtonəqliyyat vasitələrinə yol vergisi vahid vergi faizi şəklində deyil, onların müəyyən parametlərinə görə dəyişən vergi dərəcəsi şəklində tətbiq edilir, bunu dolaysı da olsa, onlar üçün vergi güzəşti hesab etmək olar. Düzdür, vergilərin belə fərqli tətbiqinin əsasında, həmin avtonəqliyyat vasitərləinin yol infrasturkturuna təsirinin fərqli olması durur, amma bu alt səviyyədə biznesə də təsirsiz ötmür.

Məsələn, yük avtomobilləri üçün oxların sayından asılı olaraq fərqli yol vergisi dərəcələrinin tətbiqi vergi tutulmalarının diferensallaşdırılmasına və biznes fəaliyyətinin stimullaşdırılmasına təsir göstərir.

Yol vergisi üzrə birbaşa güzəştlər AR Vergi Məcəlləsinin 212-1 maddəsində nəzərdə tutulub. Həmin maddə üzrə iki güzəşt halı nəzərdə tutulub:

  • dəmir yolu ilə nəql edilən yüklər Azərbaycan ərazisindəki səlahiyyətli qurumun müəyyən etdiyi son dəmir yolu stansiyasında xarici dövlətlərin yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə daşındıqda;
  • xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri ilə yüklər digər dövlətin ərazisindən səlahiyyətli qurumun müəyyən etdiyi Azərbaycan ərazisindəki ilk dəmir yolu stansiyasına ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə daşındıqda.

Hər iki halda xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri səlahiyyətli qurumun müəyyən etdiyi qaydada 2 il müddətinə 2025-ci il yanvarın 1-dən etibarən yol vergisindən azad edilir.

543 saylı “Alınmış qısamüddətli avanslar” hesabı üzrə uçot