Almaniya vergi sistemi barədə bilmədiklərimiz (1-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0
birbank biznes

almaniya

Maraqlı olacağını nəzərə alıb, bu dəfə müxtəlif ölkələrin vergiləri barədə oxuculara bir qədər geniş məlumat verəcəyik.  Beləliklə, bu dəfəki yazıda Almaniyanın vergi sistemindən söz açacağıq.

1-ci hissə

Alman vergiyə cəlb olunmasının başlıca prinsipi belə səslənir: “Vergilər dövlətin göstərdiyi xidmətlərin ölçüsünə uyğun gəlməlidir”.

Almaniyada qəbul olunan vergi sistemi mürəkkəb və çoxşaxəlidir. Almaniya vətəndaşları və vətəndaşlığı olmayan şəxslərə ödəməli olduqları vergilər barədə hər ay xəbərdarlıq edilir: poçt qutunuza vergi orqanlarından məktub bildirişlər gəlir. Vergilərin ödənilməsi zamanı mütəxəssislərə yardım göstərilməsi Almaniyada adi haldır. Sahibkarlığa yeni başlayan şəxslər və əcnəbi sahibkarlara, eləcə də əlavə gəlirlər alan insanlara vergilərlə bağlı ilk deklarasiyanın doldurulması üçün həmişə ekspertlərə (məsələn, vergi məsləhətçisi, vəkillər, müfəttişlər, auditorlar və maliyyə müfəttişləri) müraciət etmək tövsiyə olunur.

Həmçinin bax: Kanada vergi sistemi barədə bilmədiklərimiz (1-ci hissə)

Almaniya büdcə toplusu üç səviyyəyə ayrılır:

  • Mərkəzi (dövlət) büdcə (bütün ölkə üzrə gəlirlər və xərclər) – bütün vergi daxilolmalarının 48% təşkil edir.
  • 16 federal torpaq (ərazi) vahidi büdcəsi. Bu vergilər regionlar üzrə iqtisadi amillərdən asılı olduğundan, ərazi-vahidlərinin büdcəsi heç də bərabər deyil – bütün vergi daxilolmalarının 34% təşkil edir.
  • Şəhər və və kənd gromadlarının büdcəsi – bütün vergi daxilolmalarının 13% təşkil edir.

Əlavə olaraq, alman Mərkəzi bankı və dövlət müəssisələrinin gəlirləri də dövlət büdcəsinə daxil olur. Ərazi vahidlərinin büdcəsi ilkin olaraq fərqli olur, vergi yığımından əldə olunan gəlirlərin maliyyə “bərabərliyi” üçün o, üfqi və horizontal bölünür –  yüksək gəlirli regionlardan (Bavariya, Vyütemburq, Şimali Reyn Vestfaliya) başlayaraq, “iqtisadi cəhətdən az inkişaf etmiş” (Saksoniya, Şlezviq-Golşteyn) ərazi vahidlərinin xeyrinə paylaşdırılır. Maliyyə cəhətdən daha “zəif” ərazi vahidləri dövlət dotasiyası alırlar.

Almaniyada vergiyə cəlb etmənin ümumi qaydaları “Vergi yığımı qaydaları” adlanan Qanunla – Abgabenordnung  tənzimlənir.

Almaniyada vergilər dövlət büdcəsinə daxilolmaların 80% təşkil edir. Məhz, ona görə hökumət tərəfindən vergilərə dövlətin iqtisadi inkişafına başlıca təsir vasitəsi kimi baxılır.

Təşəkkül tapdığı gündən alman vergi daxilolmalarının başlıca prinsipi belə səslənir: “vergilər dövlətin göstərdiyi xidmətlərin ölçüsünə uyğun gəlməlidir”.

almaniyaAlmaniyada it sahibləri üçün vergi, sirkə turşusu vergisi, kilsə vergisi, köpüklənən şəraba görə vergi, enerji, əyləncəli tədbirlər, kofe, pivə, ovçuluq, ikinci ev və ya ikinci mənzilə görə və s. vergilər də daxil olmaqla, 45 növ vergi növü mövcuddur.

Həmçinin bax: Avstraliya vergi sistemi barədə bilmədiklərimiz (1-ci hissə)

Ümumilikdə isə Almaniyada bütün vergiləri üç əsas qrupa bölmək olar:

  1. gəlirdən vergi
  2. mülkiyyət vergisi
  3. sövdələşmə və istehlak vergisi

Gəlirə görə verginin əsas növləri:

  1. fiziki şəxslərdən gəlir vergisi – Einkommensteuer
  2. müəssisələrin gəlirindən vergi – Köpperschaftsteuer
  3. təsərrüfat fəaliyyəti ilə bağlı vergi – Gewerbesteuer

Mülkiyyətə görə başlıca vergilər:

  1. torpağa görə vergi – Grundsteuer
  2. vərəsəlik və miras yolu ilə keçən əmlaka görə vergi

Sövdələşmə və istehlaka görə əsas vergilər:

  1. əmlak alınması zamanı ödənilən vergi
  2. ƏDV

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email