Read More9
Read More9

İşdən çıxan müharibə iştirakçılarına kompensasiya zamanı vacib məqam

posted in: Xəbər | 0

Əmək Məcəlləsinin tələblərinə əsasən, bəzi kateqoriyalardan olan işçilər üçün əmək məzuniyyətlərinin müddətində fərqlər mövcuddur. Məsələn, müəllimlər üçün bu müddət 56 gün, orqanizmin funksiyalarının pozulması faizindən, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlilliyi olan işçilər üçün 42 təqvim günündən az olmayaraq, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilər üçün 46 təqvim günündən az olmayaraq təsbit edilib. Bəs sonuncu kateqoriyaya aid olan işçilərin əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya necə hesablanmalıdır?

Qeyd edək ki, bu mövzu ətrafında fikir ayrılıqları mövcuddur. Əmək Məcəlləsinin 120-ci maddəsində göstərilib ki, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan işçilərə, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir.

Əmək qanunvericiliyi üzrə ixtisaslaşmış mütəxəssislərin bəziləri hesab edir ki, həmin maddələrdə müəyyən olunmuş məzuniyyət bu şəxslərin əsas məzuniyyətidir və əmək müqaviləsinə xitam verilən zaman onlara kompensasiya da məhz bu məzuniyyət günlərinin sayına görə hesablanmalıdır. Digər qrup isə hesab edir ki, bu halda Əmək Məcəlləsinin 144-cü maddəsinə əsaslanaraq əmək məzuniyyəti günləri deyil, 21 və ya 30 təqvim günü olaraq müəyyənləşdirilmiş əsas məzuniyyət günlərinə görə kompensasiya hesablanmalıdır.

Məsələ ilə bağlı açıqlama verən əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov qeyd edib ki, Əmək Məcəlləsinin 112-ci maddəsində işçinin əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti hüququnun olması öz əksini tapıb: “Məcəllənin 144-cü maddəsində isə göstərilib ki, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq, işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. İşçinin işlədiyi dövrdə mövcud situasiyadan asılı olaraq, bir neçə əlavə məzuniyyəti ola bilər. Maddədə müəyyən olunub ki, əmək müqaviləsinə xitam verilərkən yalnız əsas məzuniyyətlərə görə kompensasiya ödənilməlidir. Əlavə məzuniyyətlər Əmək Məcəlləsinin 115, 116, 117 və 118-1-ci maddələrində təsbit edilib”.

Bəs Əmək Məcəlləsinin 120-ci maddəsində müəyyən edilmiş məzuniyyət hüququ müharibə iştirakçılarının əsas məzuniyyəti hesab olunurmu? N.Xəlilov bildirib ki, Əmək Məcəlləsinin 114.1-ci maddəsinə əsasən, əsas məzuniyyət işçinin əmək müqaviləsində göstərilən peşəsi (vəzifəsi) üzrə minimum müddəti bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş məzuniyyətdir: “Həmin maddənin 2-ci hissəsində göstərilib ki, işçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir, 3-cü hissədə isə hansı işçilərə ödənişli əsas məzuniyyətin 30 təqvim günü müddətində verildiyi göstərilib. Deməli, əsas məzuniyyət yalnız 21 və 30 təqvim günü müddətinə müəyyən edilə bilər. Əmək Məcəlləsinin 118, 119, 120 və 121-ci maddələrinə diqqətlə nəzər yetirdikdə onlara bu məzuniyyətin əsas məzuniyyət kimi deyil, əmək məzuniyyəti kimi müəyyən olunmasını görə bilərik”.

Məsələyə rəsmi münasibət də bildirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən verilən cavabda bildirilib ki, əmək müqaviləsinə xitam verilərkən, səbəbindən asılı olmayaraq, işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir: “Bu zaman Əmək Məcəlləsinin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir. Müharibə veteranları da, digər işçilər kimi, işdən çıxarkən istifadə etmədikləri məzuniyyət günlərinə görə kompensasiya almaq hüququna malikdirlər. Əmək Məcəlləsinin 114-cü maddəsinə əsasən, əsas məzuniyyətin minimum müddəti, işçinin vəzifəsindən asılı olaraq, 21 və ya 30 təqvim günü müəyyən edilir. Bu baxımdan, işdən çıxan zaman işçiyə onun istəyi ilə həmin iş ili və ya illəri üçün məzuniyyət verilə bilər və bu halda işdənçıxma tarixi məzuniyyətin son günü hesab olunur. Əgər işçi bu hüquqdan istifadə etmək istəmirsə, ona istifadə olunmamış məzuniyyət günlərinə uyğun kompensasiya ödənilir”.

Beləliklə, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan işçilərə, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, “İstiqlal” ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə işdən çıxarkən son haqq-hesab hesablanan zaman 21 və 30 gün əsas məzuniyyətə görə kompensasiya ödənilməlidir.

Mənbə: vergiler.az

Azərbaycanda sosial, işsizlik və tibbi sığorta daxilolmaları artdı

Vergi auditi: mahiyyəti, növləri və hüquqi əsasları

posted in: Audit, Vergi, Xəbər | 0
  1. “Vergi auditi” anlayışı və onun məqsədi

Vergi auditi – müəssisə və təşkilatların vergi qanunvericiliyinə əməl etməsini, hesabatların düzgün tərtib olunmasını və dövlət büdcəsinə ödənişlərin tam şəkildə həyata keçirilməsini yoxlayan müstəqil nəzarət formasıdır. Vergi auditinin əsas məqsədi – sahibkarlıq subyektinin vergi öhdəliklərinin qanunvericiliyə uyğun yerinə yetirildiyini müəyyən etmək, vergi risklərini azaldaraq şəffaf maliyyə uçotunu təmin etməkdir.

Yoxlamanın nətiəsi kimi tərtib edilən audit rəyi özündə, bir qayda olaraq aşağıdakıları əks etdirir:

  • şirkətdə vergi hesablamalarının düzgünlüyü;
  • cari dövrdə məcburi ödənişlərin vəziyyəti;
  • vergi güzəştlərindən istifadənin qanuniliyi;
  • vergi uçotu sisteminin qanunvericiliyin tələblərinə uyğunluq dərəcəsini və digərləri.

Audit xidmətləri sırasında həm dövlət, həm də özəl sektor üçün vacib nəzarət mexanizmi sayılan vergi auditi müasir iqtisadi şəraitdə müəssisələrin maliyyə sabitliyini və investor etimadını qorumaq üçün zəruri vasitə kimi çıxış edir.

  1. Vergi auditinin növləri

Vergi auditinin bir neçə növü mövcuddur və bu növlər məqsəd, məzmun və icra formalarına görə fərqlənir. Təşəbbüskara görə aşağıdakı növləri vardır:

  • məcburi vergi auditi – qanunvericiliyə əsasən müəyyən müəssisələr üçün zəruri olan audit növüdür, adətən illik dövriyyəsi və aktivləri müəyyən məbləğdən artıq olan şirkətlər üçün tətbiq edilir.
  • könüllü vergi auditi – müəssisə tərəfindən təşəbbüs qaydasında həyata keçirilir, məqsəd, gələcək yoxlamalarda riskləri öncədən aşkarlamaq və aradan qaldırmaqdır.

İcra formasına görə bunlar fərqləndirilir:

  • daxili vergi auditi – təşkilatın daxili nəzarət sistemi çərçivəsində aparılır, əsas məqsəd – vergi uçotu və hesabat sisteminin səmərəliliyini artırmaqdır.
  • xarici vergi auditi – müstəqil auditor təşkilatları və ya lisenziyalı auditorlar tərəfindən həyata keçirilir. Onlar audit rəyi verərək, müəssisənin vergi hesabatlarının obyektivliyini qiymətləndirirlər.

Bu növlərin hər biri müəssisənin ölçüsünə, fəaliyyət sahəsinə və risk səviyyəsinə görə seçilir.

İşgüzar tərəfdaşımız “Audit.Az” MMC-nin auditi xidmətlərindən istifadə edin. Şirkətin auditorları:
• səhvləri, mümkün riskləri müəyyən edəcək;
• onları aradan qaldırmaq, mümkün qədər azaltmaq üçün yollar göstərəcək;
• qanun çərçivəsində ehtiyatları aşkar edəcək (işin həcmindən asılı olaraq əlavə müqavilə istisna olunmur);
• səyyar vergi yoxlamaları öncəsi lazımi işlərin görülməsinə yardım edəcəklər.
Daha ətraflı məlumat üçün buraya keçin.
  1. Vergi auditinin tətbiq sahələri

Vergi auditi demək olar ki, bütün iqtisadi sahələrdə tətbiq olunur. Xüsusilə:

  • maliyyə, bank və sığorta sektoru – bu sahələrdə audit yüksək dəqiqlik tələb etdiyindən, audit hesabatları həm tənzimləyici orqanlar, həm də xarici investorlar üçün vacibdir.
  • istehsal və ticarət müəssisələri – malların maya dəyəri, gəlir və xərclərin düzgün uçota alınması vergi auditi zamanı əsas istiqamət kimi araşdırılır.
  • kənd təsərrüfatı və xidmət sektoru – güzəştli vergi rejimləri və subsidiyalar səbəbindən audit zamanı xüsusi yanaşma tələb olunur.

Beləliklə, vergi auditi yalnız hesabatların yoxlanması deyil, həm də müəssisənin maliyyə sisteminin sağlamlığını ölçən mühüm göstəricidir.

  1. Audit rəyi və onun əhəmiyyəti

Vergi auditinin yekunu auditor tərəfindən tərtib olunan audit rəyi ilə ifadə olunur. Audit rəyi – müəssisənin maliyyə və vergi hesabatlarının düzgünlüyü barədə auditorun gəldiyi peşəkar nəticədir.

Audit rəyi aşağıdakı formalarda təqdim oluna bilər:

  1. Şərtsiz (müsbət) rəy – hesabatlarda ciddi uyğunsuzluq yoxdur;
  2. Şərti rəy – bəzi əhəmiyyətsiz uyğunsuzluqlar aşkarlanıb;
  3. Mənfi rəy – maliyyə və ya vergi məlumatları ciddi şəkildə təhrif olunub;
  4. Rəydən imtina – auditor zəruri məlumatları əldə edə bilmədiyi üçün nəticə verə bilmir.

Vergi auditi nəticəsində verilən rəy müəssisənin etibarlılıq səviyyəsini müəyyən edir və vergi orqanları, investorlar və kreditorlar üçün mühüm məlumat mənbəyinə çevrilir.

  1. Milli və beynəlxalq hüquqi normalar

Azərbaycan Respublikasında vergi auditi “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanunu, Vergi Məcəlləsi  Azərbaycan Respublikasınən Auditorlar Palatasının qərarları ilə tənzimlənir. Bu sənədlərdə audit xidmətinin prinsipləri, auditorların hüquq və vəzifələri, eləcə də audit rəyi formalarının tələbləri müəyyən edilir.

Beynəlxalq səviyyədə isə vergi auditinin hüquqi əsaslarını Beynəlxalq Audit Standartları (ISA) Beynəlxalq Mühasiblər Federasiyası (IFAC) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən müəyyən edilmiş vergi şəffaflığı prinsipləri təşkil edir.

Azərbaycanın bu beynəlxalq normalara inteqrasiyası ölkədə audit xidmətlərinin keyfiyyətini artırır və maliyyə hesabatlarının beynəlxalq bazarlarda tanınmasına imkan yaradır.

İşgüzar tərəfdaşımız “Audit.Az” MMC-nin auditi xidmətlərindən istifadə edin. Şirkətin auditorları:
• səhvləri, mümkün riskləri müəyyən edəcək;
• onları aradan qaldırmaq, mümkün qədər azaltmaq üçün yollar göstərəcək;
• qanun çərçivəsində ehtiyatları aşkar edəcək (işin həcmindən asılı olaraq əlavə müqavilə istisna olunmur);
• səyyar vergi yoxlamaları öncəsi lazımi işlərin görülməsinə yardım edəcəklər.
Daha ətraflı məlumat üçün buraya keçin.
  1. Audit xidmətinin mərhələləri

Audit həm daxili audit xidməti, həm də müstəqil auditor təşkilatları və ya lisenziyalı auditorlar tərəfindən həyata keçirilə bilər. Kim tərəfindən keçiriliməsindən asılı olmayarq belə yoxlamanı şərti olaraq aşağıdakı mərhələlər bölmək olar.

  • hazırlıq;
  • auditin aparılması;
  • audit rəyinin hazırlanması.

6.1. Hazırlıq mərhələsi

Vergi auditinə başlamazdan əvvəl mütəxəssis şirkətin fəaliyyət sahəsi ilə tanış olur, qanunvericilik sənədlərini öyrənir, şirkətdə tətbiq olunan vergi sistemi haqqında məlumat toplayır. İlk təəssürat müəssisə, onun maliyyə strukturları haqqında dəqiq rəy formalaşdırmaqla yanaşı, həm də sonrakı audit üçün əsas olacaqdır.

Vergi auditi xidmətinin mütəxəssislərini hazırlıq mərhələsində aşağıdakılar maraqlandırır:

  1. Şirkət hansı vergiləri hansı vergitutma sistemi ilə ödəyir?
  2. Müəssisədə vergi uçotunun təşkilini necə qiymətləndirmək olar?
  3. Vergi uçotunun təşkilində qanunvericiliyin tələbləri ilə ziddiyyətlər varmı?
  4. Maliyyə işçilərinin səriştəsi hansı səviyyədədir?
  5. Şirkətdə daxili maliyyə nəzarəti sistemi varmı?

6.2.Vergi auditinin aparılması

Auditorun əsas məqsədi vergi hesabatlarının etibarlılığını yoxlamaqdır. Bu zaman o, artıq icra olunmuş ödənişlər üzrə sənədlərlə işləyir. Həmin ödənişlər üzrə hesablamaların  düzgünlüyünə əmin olmaq üçün mütəxəssislər mühasibin bütün hərəkətlərini təkrarlayır, aşağıdakı suallara cavab axtarır:

  1. Ödənilmiş vergi məbləği düzgün hesablanıb?
  2. Hesablamalar üzrə təsdiqedici sənədlər varmı?
  3. Vergi dərəcəsi düzgün tətbiq olunubmu?
  4. Şirkətin AR Vergi Məcəlləsinə uyğun vergi güzəştləri tətbiq etmək hüququ varmı?
  5. Bütün sənədlər, o cümlədən vergi bəyannaməsi düzgün doldurulubmu?
  6. Büdcə ödənişləri üzrə müddətlərə əməl olunubmu?
  7. Şirkət AR qanunvericiliyinə, xüsusən də Vergi Məcəlləsinin tələblərinə əməl edibmi?

Nəzərə almaq lazımdır ki, vergi auditinin bu mərhələsində mütəxəssis çoxlu sayda sənədlərə baxmalıdır. Belə sənədlərə nümunə kimi əmrləri, vergi bəyannamələrini, ödəniş tapşırıqlarını, qaimə-fakturaları, uçot jurnallarını və digərlərini nümunə kimi göstərmək olar.

6.3.Audit rəyinin hazırlanması

Vergi auditi çərçivəsində, auditor şirkət rəhbərliyinə vergi hesablamalarında mövcud səhvlərin tam siyahısını təqdim edir.  Bundan əlavə, auditor bu səhvləri aradan qaldırmaq, habelə riskləri azaltmaq üçün öz tövsiyələrinin təqdim edir. Audit yoxlaması yoxlamanın tərkib hissəsi kimi vergi yükünün qanuni optimallaşdırılması üçün əsaslar da tapılır. Məsələn, vergitutma rejiminin dəyişdirilməsi, sıfır ƏDV ödənilməsi və ya artıq ödənilmiş ƏDV-nin qaytarılması və sair. Bu cür tövsiyələr də audit rəyinə daxil edilir.

“Audit.Az” MMC müxtəlif biznes subyektlərinə, o cümlədən yerli və xarici şirkətlərə təklif etdiyi vergi auditi xidməti riskləri minimuma endirəcək, maliyyə ehtiyatlarını müəyyən edəcək, sizə vergi yoxlamalarına hazırlıqa kömək edəcək. Şirkətin auditorları yüksək keyfiyyətə, problemlərin kompleks həllinə, məxfiliyə zəmanət verir. Qiymətlər fərdidir, işin həcminə görə, qarşılıqlı razılaşma əsasında müəyyən olunur. Daha ətraflı məlumat üçün buraya keçin.
  1. Vergi auditinin üstünlükləri

Vergi auditi Azərbaycan iqtisadiyyatında maliyyə şəffaflığının və vergi intizamının təmin edilməsində mühüm vasitədir. Onun düzgün tətbiqi sahibkarlıq mühitində etimad yaradır, dövlətin gəlir bazasını gücləndirir və beynəlxalq investorlar üçün cəlbedici şərait formalaşdırır.

Peşəkar auditorların iştirakı ilə aparılan vergi auditi müəssisələr üçün yalnız yoxlama deyil, həm də inkişaf alətidir. Audit rəyi isə həmin prosesin etibarlı nəticəsini təsdiq edən əsas sənəddir.

Beləliklə, vergi auditi — müasir iqtisadi idarəetmənin ayrılmaz tərkib hissəsi, audit və şəffaflıq prinsiplərinin birgə tətbiqi ilə qurulan etibarlı nəzarət mexanizmidir.

Birbank-ın dəstəyi ilə ictimai nəqliyyat sistemində yeni dövr başlayır

posted in: Xəbər | 0

Ölkənin ilk rəqəmsal bankı Birbank-ın təşəbbüskarlığı və texnoloji dəstəyi ilə ölkənin ictimai nəqliyyat sistemində yeni dövrün başlanğıcı hesab ediləcək layihə reallaşdırılıb. Belə ki BakıKart-la birgə həyata keçirilən layihə çərçivəsində artıq vətəndaşlar Bakı Metropolitenində gediş haqqını istənilən banka məxsus təmassız ödənişi dəstəkləyən (NFC) bank kartları ilə ödəyə bilərlər. Bu yenilik təkcə Kapital Bank müştərilərini deyil, bütün bank sektorunu əhatə edir və digər bankların müştəriləri üçün də təmassız ödəniş imkanı yaradır. Həmçinin, yeni sistem “Apple Pay”, “Google Pay” ödəniş sistemləri ilə yanaşı, “Birbank”, “BakıKart” və “m10” ödənişlərini dəstəkləməyə davam edir. Bu isə müştərilərə seçim azadlığı və rahatlıq təqdim edir.

Qeyd edək ki, rəqəmsal ödənişləri və ictimai nəqliyyatdan nağdsız istifadəni dəstəkləyən təmassız (NFC) ödəniş sisteminin il sonunadək marşrut avtobuslarında da tətbiqi nəzərdə tutulub.

Xatırladaq ki, Birbank və BakıKart-ın birgə əməkdaşlığı ilə daha öncə də ictimai nəqliyyatda vətəndaşlar üçün QR ödəniş imkanı yaradılıb. Sistemin tətbiqi nəticəsində Birbank mobil tətbiqində yaradılan QR bilet vasitəsilə paytaxt Bakı və Abşeron ərazisində metro və avtobuslardan istifadə edən sərnişinlər gediş haqlarını fiziki kart olmadan asanlıqla ödəyə bilirlər.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 118 filial və 53 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  https://birbank.az/ saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Azərbaycanda sosial, işsizlik və tibbi sığorta daxilolmaları artdı

Azərbaycanda sosial, işsizlik və tibbi sığorta daxilolmaları artdı

posted in: Xəbər | 0

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 234,2 milyon manatdan çox olub.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 % və yaxud 563 milyon manat çoxdur. O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 12,7 % artaraq 3 milyard 503,5 milyon manatı keçib.

Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 11,1 % artaraq 185,5 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 12,1 % artaraq 141,8 milyon manata çatıb.

İl ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 10,5 % artaraq 916,2 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,9 % artaraq 650 milyon manat təşkil edib.

Mənbə: report.az

Azərbaycanda vergi sistemində yeni təşviqlər tətbiq olunur

1 100 101 102 103 104 105 106 2. 680
error: Content is protected !!