Əmək məzuniyyəti barədə daha az bildiklərimiz (7-ci hissə)
Əmək məzuniyyəti barədə daha az bildiklərimiz (7-ci hissə)

Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan hansı işçilərə 46 təqvim günü məzuniyyət hüququ verilir?
- Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan Azərbaycanın Milli Qəhrəmanlarına,
- Azərbaycanın Sovet İttifaqı Qəhrəmanlarına,
- 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara,
- İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə.
Göründüyü kimi bu hüquq yalnız müəyyən kateqoriya işçilərə verilir ki, bu kateqoriyaya aid edilməyən işçilərə verilən əmək məzuniyyətinin müddəti adi qaydada hesablanır.
Televiziya və radionun bədii heyətlərinə verilən əmək məzuniyyətinin müddəti 42 təqvim müddətindən az ola bilməz. Onu da qeyd edək ki, bu müddət həmçinin aktyor heyətlərinə də aid edilir.
2 aylığadək yaşında uşağı övladlığa götürən qadınların sosial və əlavə əmək məzuniyyətləri hansılardır?
Qanunvericilik humanizm prinsipindən çıxış edərək bildiririk ki, əgər qadınlar 2 aylığadək yaşında uşağı övladlığa götürürlərsə, onlara 56 gün sosial məzuniyyət götürmək hüququ verilir. Həmçinin qadınların bu övladlığa götürülən uşaqla birgə 14 yaşına çatmayan 2 uşağı olarsa, 2 gün, üç və daha çox uşağı olarsa, 5 gün əlavə məzuniyyət hüququ verilir. Xatırladaq ki, həmin kateqoriyaya daxil olan, yəni 2 aylığadək yaşında uşağı övladlığa götürən qadınların uşağın 3 yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyətdən də istifadə etmək hüququ vardır.
Müəllif: Şəhriyar Həbilov / Praktiki Hüquqşünas

Dövlət Məşğulluq Agentliyində rəqəmsallaşma istiqamətinə işlər davam edir. Agentliyin idarə heyətinin sədri Mustafa Abbasbəyli bildirib ki, yaxın vaxtlarda tətbiqi nəzərdə tutulan Əmək münasibətləri və məşğulluq altsistemi – ƏMAS ölkədaxili bütün işəgötürənlər və işçilər, eləcə də dövlət qurumları üçün vahid əmək münasibətləri platforması rolununda çıxış edəcəyi gözlənilir.
Vergi, əmək, mühasibat uçotu və kadrlarla iş sahəsində ixtisaslaşmış Mks.az saytının “Öyrətmək savab, öyrənmək qazanc” rubrikası altında çap etdirdiyi növbəti nəşr – Vergi Məcəlləsinin ümumi hissəsinin şərhinə həsr olunmuş “Vergi Məcəlləsi. Ümumi hissənin izahı” kitabı satışa çıxıb. Vergi və əmək məsələləri üzrə tanınmış ekspert Anar Bayramovun müəllifi olduğu 752 səhifəlik kitabda Vergi Məcəlləsinin 94 maddəlik ümumi hissəsi bənd-bənd izah olunub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işə qəbul ilə bağlı keçirilməsi təxirə salınmış müsabiqəyə əlavə sənəd qəbulunu elan edir