Read More9
Read More9

Gələn ildən kirayə gəlirləri üzrə vergi yükü azalacaq

posted in: Xəbər | 0

Fiziki şəxslərə məxsus olan yaşayış sahələrinin fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlər üzrə vergi dərəcəsinin optimallaşdırılaraq 14%-dən 10%-ə endirilməsi nəzərdə tutulur.

Bu vergi yükünün təxminən 30 faiz azalması deməkdir.

Məlumata görə, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun layihəsi Milli Məclisdə müzakirə olunur. Dəyişikliklərin əsas hədəfi sahibkarlığın təşviqi, vergi yükünün optimallaşdırılması və “kölgə iqtisadiyyatı”na qarşı mübarizənin gücləndirilməsidir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bu dəyişikliklərin əsaslandırılmasını hissə-hissə ictimaiyyətə təqdim edir.

Qeyd edilib ki, vətəndaşlar tərəfindən mənzillərin kirayəyə verilməsi vergiyə cəlb edilən əməliyyat olsa da, bu sahədə qeyri-rəsmi əməliyyatlar mövcuddur. Prosesin rəsmiləşməsi məqsədilə inzibatçılığın sadələşdirilməsi və kirayə gəlirləri üzrə vergi yükünün azaldılması nəzərdə tutulur.

Xatırladaq ki, 2025-ci il yanvarın 1-dən etibarən kirayə gəliri əldə edən vətəndaşlara özləri vergi orqanında uçota durmadan agent (hüquqi və ya fiziki şəxs) müəyyən etmək və vergi öhdəliklərini yerinə yetirilmək vəzifəsini həmin şəxsə həvalə etmək hüququ verilib.

Sahibkarlıq fəaliyyəti çərçivəsində icarəyə verilən, yaxud hüquqi şəxslərə kirayəyə verilən əmlaklar üçün isə 14%-lik vergi dərəcəsi dəyişməz qalır.

Dəyişikliyin məqsədi vergidən yayınma hallarının qarşısını almaq, fiziki şəxslərə məxsus yaşayış sahələri üzrə kirayə müqavilələrinin və bu müqavilələr üzrə əməliyyatların rəsmiləşdirilməsini təşviq etməkdir.

Mənbə: apa.az

221 saylı “Kassa” hesabı üzrə uçot: daxilolmalar

221 saylı “Kassa” hesabı üzrə uçot: daxilolmalar

posted in: Xəbər | 0

Kassa hesabına daxilolmalar

Pul vəsaitləri, onların ekvivalentlərinin uçotu Hesablar Planının 22-ci maddəsinə uyğun olaraq uçota alınır. Pul vəsaitlərində baş verən hərəkətlərin, yəni artmaların, azalmaların baş vermə səbəblərini aydınlaşdırmaq, lazımi informasiyanı istifadəçilərə çatdırmaq üçün “Pul vəsaitlərinin hərəkəti haqqında hesabat” (PVHHH) tərtib olunur. 7 saylı MUBS-un tələblərinə uyğun olaraq hazırlanan bu hesabatın hazırlanma məqsədi nağd vəsaitlər və onların ekvivalentlərinin axının təhlil edilməsi, habelə onların bank hesablaşma hesabında həyata keçirilən əməliyyatlarla əlaqələndirilməsidir.

Hər bir müəssisənin, hətta hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərin də kassası olur. Kassa olmadan mühasibat uçotu subyektini təsəvvür etmək mümkün deyildir. Ən likvid aktiv hesab olunan kassa hesabından vergi ödəyicisi olan fiziki, hüquqi şəxslərin nağd əməliyyatlarını həyata keçirmək üçün istifadə edilir. Bank hesablaşma hesabında olduğu kimi kassa hesabından da malların (iş, xidmət), işçilərin əməkhaqlarının, dividend ödənişlərinin, buna bənzər digər ödənişlər həyata keçirilə bilər.

221 saylı “Kassa” hesabı üzrə uçotun əsasları

Bu hesab Hesablar Planının 2-ci bölməsinin (“Qısamüddətli aktivlər”) 22-ci maddəsində (“Pul vəsaitləri və onların ekvivalentləri”) açılan hesablardan biridir. 221 №-li “ Kassa ” hesabı aktiv hesabdır.

AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaların” 24.1-ci maddəsi  pul vəsaitləri, onların ekvivalentləri üzrə subhesabların açılması, müxabirləşmələrin verilməsi qaydalarını  tənzimləyir.

“Pul vəsaitləri və onların ekvivalentləri” hesabı üzrə aşağıdakı hesablar açıla bilər:

221 saylı “Kassa” hesabı “Pul vəsaitləri və onların ekvivalentləri” maddəsi üzrə açılan hesablardan biridir.

221 №-li “Kassa” hesabında mühasibat uçotu subyektinin kassalarında milli və xarici valyutada olan pul vəsaitlərinin mövcudluğu və hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

Nağd pulun kassaya mədaxil daxil edilməsi həmin qaydaların 24.7-ci, məxaric edilməsi isə 24.8.-ci bəndi əsasında nizamlanır.

Yolda olan pul köçürmələri mühasibat uçotu subyektinin kassa və ya bank hesablaşma hesablarına daxil olduqda həmin qaydaların 24.10.-cu bəndi tətbiq edilir.

Kassadan digər mühasibat uçotu subyektlərinə ödənişlər edilən zaman yolda olan pul vəsaitləri üzrə müxabirləşmələr həmin qaydaların 24.11.-ci bəndinə uyğun aparılır.

Mühasibat uçotu subyektinin malik olduğu pul vəsaitləri və onların ekvivalentləri üzrə müsbət yaxud mənfi məzənnə fərqi yarandıqda həmin qaydaların 24.19.-cu bəndi tətbiq edilir.

Kassa hesabına daxilolmalarla bağlı müxabirləşmə nümunələri

Nümunə 1: Bank hesablaşma hesabından kassaya mədaxil edilən nağd vəsait 221 saylı hesabın debeti üzrə uçota alınır. Tutaq ki, “A” MMC kassa hesabının möhkəmləndirilməsi məqsədilə bankdakı hesablaşma hesabından 18000 manatlıq vəsaiti müəssisənin kassasına köçürmüşdür. Müxabirləşmə aşağıdakı kimi olacaq.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Bank hesablaşma hesabından kassaya pul mədaxil olunduqda 221 – Kassa 223 – Bank hesablaşma hesabı 18000.00

Nümunə 2:  Hüquqi şəxsi təsis etmək qərarına gələn Məmmədov Nazim lazımi qurumlara müraciət edərək “A” MMC-nin dövlət qeydiyyatına alınması prosesini tamamlayıb. 74000 manat təyin olunmuş nizamnamə kapitalı qısa müddətdən sonra ödənilmişdir. Nizamnamə kapitalının ödənişi üzrə müxabirləşmə belə olacaq:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Nizamnamə kapitalının məbləği təyin olunduqda 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi 301 – Nizamnamə (nominal) kapitalı 45000.00
2 Nizamnamə kapitalı kassaya ödənildikdə 221 – Kassa 302 – Nizamnamə (nominal) kapitalın ödənilməmiş hissəsi 45000.00

Nümunə 3: Debitor borcların nağd ödənişi zamanı müxabirləşmə nümunəsinə baxaq. A” MMC ofis avadanlıqlarının satışı fəaliyyətini həyata keçirir. ƏDV ödəyicisi olan cəmiyyət anbarındakı 12000 manatlıq malları 16000 manata satmışdır. Malların ödənişi kassaya qəbul edilib.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Satılan malların maya dəyəri nəzərə alındıqda 701 – Satışın maya dəyəri üzrə xərclər 205 – Mallar 12000.00
2 Satışın həyata keçirilməsi nəticəsində debitor borcları formalaşdıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 601 – Satış 16000.00
3 ƏDV hesablandıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 545 – Digər qısamüddətli öhdəliklər 2880.00
4 Satılmış malların əsas məbləği bank hesabına daxil olduqda 221 – Kassa 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 16000.00
5 Satılmış malların ƏDV məbləği ƏDV Depozit hesabına daxil olduqda 226 – ƏDV-nin Depozit hesabı 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 2880.00
6 Daxil olan ödənişə əsasən büdcə qarşısında vergi öhdəliyi yarandıqda (ƏDV) 545 – Digər qısamüddətli öhdəliklər 521 – Vergi öhdəlikləri 2880.00

Nümunə 4: “A” MMC istehsal prosesini fasiləsiz şəkildə davam etdirmək üçün pulunun yetərsiz olduğu qənaətinə gəlmişdir. Məsələni həll etmək üçün daimi müştərisi olan “B” MMC-dən malları təqdim edənədək həmin malların ödənişinin bir qismini avans formasında almışdır. Kassaya mədaxil edilən avans məbləği 25000 manatdır.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Alınmış avans məbləği bank hesablaşma hesabına daxil olduqda 221 – Kassa 543 – Alınmış qısamüddətli avanslar 25000.00

Nümunə 5: Digər şəxslərdən nağd götürülmüş borc aşağıdakı nümunədə verildiyi kimi uçota alınır.

“A” MMC istehsal prosesini fasiləsiz şəkildə davam etdirmək üçün pulunun yetərsiz olduğu qənaətinə gəlmişdir. Məsələni həll etmək üçün əməkdaşı olan “B” MMC-dən 36000 manat məbləğində borc pul almışdır.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Alınmış borc məbləği kassaya mədaxil edildikdə 221 – Kassa 504 – Qısamüddətli borclar 36000.00

Kassa əməliyyatları ilə bağlı daha ətraflı məlumatı buraya keçid etməklə ala bilərsiniz.

Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır

Bayramqabağı qısaldılmış iş günü natamam iş rejiminə şamil olunurmu?

posted in: Xəbər | 0

Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq, bir saat qısaldılır. 

Bəs qanunvericiliyin bu tələbi natamam və 6 günlük iş rejimi ilə işləyən işçilərə də şamil edilirmi? Suala əmək qanunvericiliyi üzrə ekspert Kəmalə Yusifova aydınlıq gətirir. 

Altıgünlük iş həftəsi ilə işləyən müəssisələrdə bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti 6 saatdan çox ola bilməz. Həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz.

Misal 1

Tutaq ki, 8 Noyabr – Zəfər Günü həftənin cümə gününə düşür, belə olan halda cümə axşamı iş saatı 7 saat deyil, 6 saat olacaq. Yəni 1 saat qısaldılma tətbiq ediləcək.

Əmək Məcəlləsinin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallarda iş saatları qısaldılmış olduğu üçün qısaldılma tətbiq edilmir.

Misal 2

91-ci maddəyə əsasən, hamilə qadınlarda həftəlik iş saatı 36 saatdan çox ola bilməz. 6 günlük iş rejimi ilə işləyən hamilə qadın günlük 6 saat çalışır. 8 noyabr həftənin cümə gününə düşərsə, cümə axşamı iş saatı 6 saat olaraq qalacaq.

Misal 3

İşçi 5 günlük iş rejimi ilə işləyir. 20 Yanvar – Hüzn Günü həftənin bazar gününə düşür. Şənbə günü işçinin istirahət günü olduğuna görə, cümə günü iş saatında qısaldılma edilməyəcək.

Natamam iş rejimi ilə bağlı Əmək Məcəlləsinin 94-cü maddəsində göstərilib ki, əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işçi ilə işəgötürənin qarşılıqlı razılığı ilə natamam iş vaxtı – natamam iş günü, yaxud natamam iş həftəsi müəyyən edilə bilər. Natamam iş vaxtının müddəti və onun qüvvədə olduğu zamanın – ayın, ilin davamiyyəti tərəflərin razılığı ilə müəyyən edilir və əmək funksiyasını natamam iş vaxtında yerinə yetirən işçilərin bu Məcəllə və ya əmək müqaviləsi ilə müəyyən edilmiş əmək hüquqlarının hər hansı şəkildə məhdudlaşdırılması yolverilməzdir.

Maddədən də görünür ki, natamam iş rejimi ilə işləyən işçinin Əmək Məcəlləsi üzrə hüquqları məhdudlaşdırıla bilməz və bu səbəbdən, 1 saat qısaldılma onlara da şamil edilməlidir.

Mənbə: vergiler.az

Dövlət Vergi Xidmətinin Aparatının strukturu dəyişib

Dövlət Vergi Xidmətinin Aparatının strukturu dəyişib

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yeni təsdiqlənmiş strukturunda bir neçə dəyişiklik edilib.

Aparat səviyyəsində Daxili audit baş idarəsi, Strateji planlaşdırma və təşkilati risklərin idarə olunması baş idarəsi, Data analitika idarəsi kimi yeni qurumlar struktura əlavə edilib.

İnformasiya təhlükəsizliyi şöbəsinin statusu yüksəldilərək idarəyə çevrilib. Həmçinin Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinin adı genişləndirilib.

_____

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatı:

  • Vergi siyasəti baş idarəsi
  • Vergi risklərinin idarə edilməsi baş idarəsi
  • Vergi auditi baş idarəsi
  • Rəqəmsal vergi inzibatçılığı baş idarəsi
  • Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsi
  • Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsi
  • İqtisadi təhlil və proqnozların icrasına nəzarət baş idarəsi
  • Hüquq baş idarəsi
  • Daxili təhlükəsizlik baş idarəsi
  • Daxili audit baş idarəsi
  • İnsan resursları baş idarəsi
  • Vergi ödəyicilərinə xidmət baş idarəsi
  • Sənədlərlə iş və icra intizamına nəzarət (Katiblik) baş idarəsi
  • İnzibati şikayətlərə baxılması baş idarəsi
  • Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi baş idarəsi
  • Vergi ödəyicilərinin qeydiyyatı və uçota nəzarət baş idarəsi
  • Vergi öhdəliklərinin icrasına nəzarət baş idarəsi
  • Vergi ombudsmanı xidməti baş idarəsi
  • Strateji planlaşdırma və təşkilati risklərin idarə olunması baş idarəsi
  • Maliyyə baş idarəsi
  • Media və kommunikasiya idarəsi
  • İnformasiya təhlükəsizliyi idarəsi
  • Data analitika idarəsi
  • Layihələrin idarə olunması şöbəsi
  • Maliyyə monitorinqi şöbəsi
  • Protokol şöbəsi
  • Məxfi şöbə

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin strukturuna daxil olan qurumlar:

  • Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi
  • Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsi
  • Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi
  • Milli Gəlirlər Baş İdarəsi
  • İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi
  • Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsi
  • Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsi
  • 2 saylı Ərazi Vergilər Baş İdarəsi
  • 3 saylı Ərazi Vergilər İdarəsi
  • 4 saylı Ərazi Vergilər İdarəsi
  • 5 saylı Ərazi Vergilər İdarəsi
  • 6 saylı Ərazi Vergilər Baş İdarəsi
  • 8 saylı Ərazi Vergilər İdarəsi
  • 9 saylı Ərazi Vergilər İdarəsi
  • 10 saylı Ərazi Vergilər İdarəsi
  • 11 saylı Ərazi Vergilər Baş İdarəsi
  • 12 saylı Ərazi Vergilər Baş İdarəsi
  • 13 saylı Ərazi Vergilər İdarəsi
  • 14 saylı Ərazi Vergilər İdarəsi
  • Qarabağ Ərazi Vergilər Baş İdarəsi
  • Şərqi Zəngəzur Ərazi Vergilər İdarəsi

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin strukturuna daxil olmayan tabeliyindəki qurum:

  • Tədris Mərkəzi

https://www.muhasibat.az/vergi-deyishiklikleri/

1 103 104 105 106 107 108 109 2. 693
error: Content is protected !!