Əmək məzuniyyəti barədə daha az bildiklərimiz (2-ci hissə)

posted in: Xəbər | 0

Əmək məzuniyyəti barədə daha az bildiklərimiz (2-ci hissə)

Keçidə daxil olmaqla 1-ci hissəyə nəzər yetirə bilərsiniz

Məlum olduğu kimi Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək müqaviləsi əsasında fəaliyyət göstərən şəxslərin əmək məzuniyyəti ilə bağlı başlıca məsələləri tənzimləyir. Əmək məzuniyyəti üzrə bir sıra hallar barədə artıq dəfələrlə yazıldığı üçün bu dəfə sırf az bilinən bəzi halları izah etməyə çalışacağıq.

Yoldaşlarının hesabına (“şotuna”) əmək məzuniyyəti hüququ əldə edən kişilər barədə

Əmək Məcəlləsinin 130-cu maddəsinin “b” bəndinə əsasən yoldaşları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə 14 təqvim gününədək məzuniyyət hüququ verilir. Amma…

Amması odur ki, bu hüquq heç də kişilərə ödəniş əldə etmək imkanı verməməsidir. Ona görə ki, bu hüququ ödənişsiz məzuniyyət hüququdur. Daha anlaşılan dildə desək, bu 14 gün məzuniyyətdə olan müddət sayılır, lakin tamamilə ödənişsiz olacaqdır. Nəzərə alsaq ki, doğuşla əlaqədar xərclərin çoxluğu ön planda olur, bu baxımdan da kişilərin bu hüquqlarından imtina etməyi tamamilə təbii haldır.

Müəllif: Şəhriyar Həbilov / Praktiki Hüquqşünas


III hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat uçotunun inkişaf mərhələləri (42-ci hissə)

posted in: muhasibat, Xəbər | 0

Mühasibat uçotu – inkişaf mərhələləri (42-ci hissə)

41-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Mühasibat uçotu,Məsuliyyət mərkəzləri üzrə uçot şərtlərində hazır məhsulun keyfiyyətinin uçotunu təşkil edirlər. ABŞ etiraf edir ki, düzəldilə bilən və düzəldilə bilməyən zay məhsul xərcləri nə qədər aşağıdırsa, kollektivin işinin keyfiyyəti bir o qədər yüksəkdir. Direkt-kostinq və məsuliyyət mərkəzləri üzrə uçot maya dəyəri ilə bağlı ənənəvi baxışları kəskin şəkildə dəyişdirmiş, onun şərti və nisbi olduğunu göstərmişdir.

Amerika məktəbində əmək resurslarının qiymətləndirilməsində iki əsas yanaşma var: birində firmanın insan əməyindən gözlənilən gəlirini müəyyən etməklə hər bir işçinin dəyərini ölçməyə çalışırlar; digəri isə müəssisənin əmək ehtiyatlarının vahid bir komandanı təmsil etməsindən və bütövlükdə qiymətləndirilməsindən qaynaqlanır.

Auditin ilk nəzəriyyəçisi ingilis L. Diksi idi, onun ideyalarını amerikalı P.X. Montqomeri həyata keçirdi. O, Diksini balansın dəqiqliyinin yoxlanılmasının məhdudlaşdırılması ideyasına görə tənqid edirdi. Bu isə böyük zəhmət tələb edir və məhdud nəticələrə gətirib çıxarırdı. Montgomeri bu cür audit mənbələrindən istifadə etmişdi: mənfəət və zərər haqqında hesabat, müxbir məlumatları, o, iqtisadi fəaliyyətin təhlilinin kifayət qədər inkişaf etmiş üsullarını hazırlanmış və tətbiq etmişdi.

Montqomerinin ardıcılları olan R.K. Muts və X.A. Şaraf aşağıdakı müddəaları tərtib etmişdilər:

  1. Hesabat yoxlanılmalıdır.
  2. Auditor və administrasiya arasında maraqların toqquşmasını ehtimal etmək olmaz.
  3. Maliyyə hesabatları və onu təsdiq edən sənədlər qeyri-dəqiqlikdən və sirlərdən azaddır.
  4. Hesabat məlumatlarının obyektivliyi daxili nəzarətin effektivliyinə birbaşa mütənasibdir.
  5. Hesabat standartlara uyğun olaraq doldurulmalıdır.
  6. Audit yoxlaması sonuncu ola bilməz.
  7. Auditorun rəyi yalnız onun səlahiyyətindən asılıdır.
  8. Auditorların peşəkar öhdəlikləri onların vəzifə statusuna cavab verməlidir.
  9. Hesabat məlumatlarının faydalılığı onların yoxlanılmasının dərəcəsi ilə birbaşa mütənasibdir.
  10. Auditorun rəyi auditor tədqiqatının özü ilə müqayisədə daha çox məlumat verə bilməz.

Bu müddəalar audit standartlarının əsasını təşkil etmişdir. Onlar yenidən işlənmiş və tamamlanmışdır. Amerika mühasibatının böyük xidməti kimi peşə etikası müddəalarının işlənib hazırlanmasını qəbul etmək olar.


43-cü hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dünyada son 22 il ərzində ilk dəfə yoxsulluq səviyyəsi yüksəlib

posted in: Xəbər | 0

BMT, kütləvi aclıq,Dünyada son 22 il ərzində ilk dəfə yoxsulluq səviyyəsi yüksəlib. Bunu BMT-nin baş katibi Antoniu Quterriş bəyan edib. Sözügedən məlumat barədə xəbəri RİA Novosti agentliyi yayıb.

“Gözlənilir ki, qeyri-sabit bölgələrdə və münaqişələrdən təsirlənən regionlarda iqtisadi fəallığın azalması, daha 18-27 milyon insanın yoxsullaşmasına gətirib, çıxaracaq”, – BMT baş katibi belə söyləyib.

Quterriş həmçinin qeyd edib ki, Dünya bankının hesablamalarına görə, dünyada olan ən yoxsul adamların üçdə ikisi 2030-cu ilə qədər qeyri-stabil ölkələrdə yaşayacaqlar. O, münaqişələrin yoxsulluğa və institutların qeyri-sabitliyinə aparıb çıxardığını bəyan edib.

Bundan bir qədər əvvəl Quterriş koronavirus pandemiyasının nəticələri üzündən dünyanın son 80 ildə ən pis iqtisadi tənəzzüllə qarşılaşa biləcəyini söyləmişdi. BMT rəhbəri həmçinin yoxsulluq səviyyəsi və aclıq təhlükəsinin hədsiz artacağı barədə də proqnoz vermişdi.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

2021-ci ildən işəgötürənin əməyin ödənişi fondu üzrə ödənişləri

posted in: Xəbər | 0

Vergilər üzrə aparıcı mühasib, vakansiya, istehlakçı, ƏDV, baş mühasib, mühasibat uçotu, normadan artıq ezamiyyə xərci gəlir aparıcı mühasib köməkçisi vakansiyaBu yazımızda 2021-ci il üzrə əməyin ödənişi fondundan işəgötürənin ödəməli olduğu tutulmalar barədə məlumat verəcəyik.

2021-ci ildən bütün ölkədə tətbiqinə başlanacaq icbari tibbi sığorta ilə əlaqədar əmək haqqından digər tutulmalarla yanaşı icbari tibbi sığorta haqqı da tutulacaq.

Beləliklə 2021-ci ildən əməyin ödənişi fondundan tutulmalar aşağıdakı kimi olacaq.
  • məcburi dövlət sosial sığorta haqqı
  • işsizlikdən sığorta haqqı
  • icbari tibbi sığorta haqqı

İcbari tibbi sığorta  üzrə sığorta haqqı məbləğləri aşağıdakı kimi hesablanacaq:

  • Dövlət sektoru və neft-qaz sahəsində əmək müqaviləsi əsasında çalışan şəxslər üzrə əməyin ödənişi fondundan işçinin əmək haqqının 8000 manatdan yuxarı hissənin 0.5%-i, 8000 manatadək isə 2%-i məbləğində
  • özəl sektorda çalışanların əmək haqqı üzrə əməyin ödənişi fondundan 8000 manatadək hissənin 1%-i, (2022-ci ildə 2%), 8000 manatdan yuxarı hissənin 0.5%-i məbləğində
Göstərilənləri nəzərə alaraq 2021-ci il üzrə işçinin əmək haqqına müvafiq qaydada işəgötürən tərəfindən əməyin ödənişi fondundan tutulmaların hesablanması qaydasını diqqətinizə çatdırırıq.

1) Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər

1.1) əmək haqqı minimum aylıq əmək haqqına bərabər – 250 AZN olanlar üçün nümunə

a) sosial sığorta haqqı – 250 AZN əmək haqqının 200 AZN hissəsinə görə 22%-i, yəni 44 AZN,

200 AZN-dən yuxarı hissə üçün isə 50 AZN-in 15%-i, yəni 7.5 AZN, ümumilikdə 44+7.5=51.5 AZN

b) işsizlikdən sığorta haqqı – 250 AZN-in 0.5%-i = 1.25 AZN

d) icbari tibbi sığorta haqqı – 1%

44+7.5+1.25+2.5=55.25 AZN

İşəgötürənin 250 AZN əmək haqqı alan şəxsə görə əməyin ödənilməsi fondundan tutulan məbləğ 55.25 AZN olacaq

1.2) əmək haqqı 8000 AZN-dən çox olanlar üçün nümunə

8100 AZN əmək haqqı üzrə

a) sosial sığorta haqqı – 8100 AZN-200 AZN=7900 AZN

200 AZN-ə görə 44 AZN (200 manatın 22%-i)

7900 AZN-ə görə 15%, yəni 1185 AZN

b) işsizlikdən sığorta haqqı – 8100 AZN-in 0.5%-i = 40.5 AZN

c) icbari tibbi sığorta haqqı – 8000 manata görə 1%, yuxarı hissə kimi 100 manata görə 0.5% = 80+0.5=80.5

44+1185+40.5+80.5=1350 AZN

İşəgötürənin 8100 AZN əmək haqqı alan şəxsə görə əməyin ödənişi fondundan tutulacaq məbləğ 1350 AZN olacaq.

2) Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər

2.1) əmək haqqı 250 AZN olanlar üçün nümunə

a) sosial sığorta haqqı – 250 AZN-in 22%-i = 55 AZN

b) işsizlikdən sığorta haqqı – 250 AZN-in 0.5%-i = 1.25 AZN

c) icbari tibbi sığorta haqqı – 250 AZN-in 2%-i = 5 AZN

55+6.25= 61.25 AZN

İşəgötürənin işçinin əmək haqqına görə əməyin ödənişi fondundan tutulan məbləğ 61.25 AZN olacaq

2.3) əmək haqqı 2500 AZN-dən çox olanlar üçün nümunə

8100 AZN əmək haqqı üzrə

a) sosial sığorta haqqı – 8100 AZN-in 22%-i=1782 AZN

b) işsizlikdən sığorta haqqı – 8100 AZN-in 0.5%-i = 40.5 AZN

c) icbari tibbi sığorta haqqı – 8000 AZN-in 2%-i və yuxarı olan 100 manat hissənin 0.5%-i = 160 + 0.5= 160.5 AZN

1782+40.5+160.5=1983 manat

İşəgötürən işçinin 8100 manat əmək haqqı üzrə əməyin ödənişi fondundan 1983 AZN ödəməli olacaq.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas

Ədəbiyyat:

“Sosial sığorta haqqında” Qanun

“Tibbi Sığorta haqqında” Qanun

“İşsizlikdən sığorta haqqında” Qanun


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun