Nazirlər Kabineti xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə qərar verib

posted in: Xəbər | 0

icbari tibbi sığorta, Dövlət büdcəsi, gömrül rüsumları, gömrük rüsumlarının dərəcələri, Vahid büdcə təsnifatı , Ölkəyə mal gətirilməsi, işçilərin sayı ilə bağlı məhdudiyyət, Karantin rejimi yumşaldılır, Xüsusi karantin rejiminin sərtləşdirilməsi, Sərtləşdirilmiş xüsusi karantin rejimi, Riskli vergi, karantin rejimi yenidən uzadıldı, Sərt karantin rejimi, e-qaimə fakturanın Vahid Forması, E-qaimə faktura, dövlət dəstəyi, Elektron alış aktı, ictimai iaşə, müştəri qəbulu, Xüsusi karantin rejimi, karantin rejimi, 190 manatlıq birdəfəlik ödəmə, Xidməti vəsiqə, işləməyəcək yerlər, Təşkilatlarda çalışanlar, həftəsonu qadağası, həftə sonu qadağası, Vahid büdcə təsnifatı, Kənd təsərrüfatı, təlim, dərslər dayandırıldı, karantin dövrü artırılır, sahibkarlıq subyektləri, Özünüməşğulluğun təşkili, Müavinətlər, karantin rejiminin müddəti uzadıldı, vergi ödəyiciləri, Müvəqqəti vergi rejimi, idxal, digər rayonlara getmək, ƏDV-dən azad, , əmək haqqı, Karantin qaydaları, xüsusi karantin rejimi, sərəncam,işçi qrupların tərkibi, iş yerlərinin standartları, məzuniyyət, tibb müəssisəsinə təhkimolunma, sahibkarlara dəstək, Vergidən azadolunma məqsədləri, Novruz bayramı, İdxal gömrük rüsumları, Koronavirus, təlim-tədris dayandırıldı, gömrük rüsumları, Nazirlər Kabineti, aksiz dərəcələri, məhsul, gömrük güzəştlərinin tətbiqi, vergi, Gömrük rüsumları ,vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqiNazirlər Kabineti xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə qərar verib.

NK-dan APA-ya verilən xəbərə görə, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri- yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1.   Müəyyən edilsin ki:

1.1. 2020-ci il 30 sentyabr saat 00:00-dək Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə aşağıdakı məhdudiyyətlər istisna olmaqla digər iş, xidmət sahələrində və istiqamətlərdə fəaliyyətə icazə verilir:

1.1.1. yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı ilə giriş-çıxışın dayandırılması;

1.1.2. ölkənin şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması;

1.1.3. “ASAN xidmət” və “DOST” mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbulunun dayandırılması;

1.1.4. dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinin qadağan olunması;

1.1.5. bütün kütləvi tədbirlərin, o cümlədən mədəni-idman tədbirlərinin keçirilməsinin dayandırılması (tamaşaçıların iştirakı olmadan açıq havada idman yarışlarının oyunlarının keçirilməsi istisna olmaqla);

1.1.6. tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması;

1.1.7. ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması;

1.1.8. istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyətinin dayandırılması;

1.1.9. muzey və sərgi zalları istisna olmaqla, digər mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların və idman zallarının fəaliyyətinin dayandırılması;

1.1.10. iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların və ictimai iaşə məkanlarının fəaliyyətinin dayandırılması;

1.1.11. ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadənin qadağan olunması;

1.1.12. tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarətinin qadağan edilməsi;

1.1.13. idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması (bu sahədə tibbi xidmətlər istisna olmaqla);

1.1.14. masaj və hamam xidmətlərinin göstərilməsinin dayandırılması.

1.2. Bu Qərarın 1.1-ci bəndində göstərilənlərlə yanaşı, sərtləşdirilmiş xüsusi karantin rejimində Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində həmçinin aşağıdakı məhdudiyyətlər tətbiq edilir:

1.2.1. nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılması;

1.2.2. ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 00:00-dan 09:00-dək yerində xidmətin dayandırılması, qəlyan avadanlıqlarından istifadənin və hər bir masa arxasında  6 nəfərdən artıq toplaşmağın qadağan edilməsi;

1.2.3. 10 nəfərdən artıq şəxsin iştirakı ilə keçirilən tədris və repetitor xidmətlərinin həyata keçirilməsi;

1.2.4. çimərliklərin ərazisində hovuzların, su attraksionlarının və idman oyunu yerlərinin fəaliyyəti;

1.2.5. 2020-ci il 19 sentyabr saat 00:00-dan 21 sentyabr saat 06:00-dək, 26 sentyabr saat 00:00-dan 28 sentyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin və Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması.

2. Bu Qərarla müəyyən edilmiş tələblərin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

3.Bu Qərarla müəyyən edilmiş tələblərə riayət olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.

4. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 may tarixli 178 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilsin.

5. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması və həmin rejimlə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 may tarixli 190 nömrəli Qərarının 4-cü hissəsi ləğv edilsin.

6. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 9 iyun tarixli 195 nömrəli Qərarının 2-ci hissəsi ləğv edilsin.

7. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 207 nömrəli Qərarının 2- ci hissəsi ləğv edilsin.

8.“Bakı,   Sumqayıt   şəhərlərinin   və   Abşeron  rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı ləğv edilsin.

9. “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 iyun tarixli 220 nömrəli Qərarı ləğv edilsin.

10. “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 3 iyul tarixli 236 nömrəli Qərarı ləğv edilsin.

11. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 19 iyun tarixli 208 nömrəli və “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 3 iyul tarixli 236 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 iyul tarixli 246 nömrəli Qərarı ləğv edilsin.

12. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 iyul tarixli 255 nömrəli Qərarının 2-ci hissəsi ləğv edilsin.

13. “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 iyul tarixli 256 nömrəli Qərarı ləğv edilsin.

14. “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 avqust tarixli 278 nömrəli Qərarının 1-ci və 3-cü hissələri ləğv edilsin.

15. “Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 avqust tarixli 282 nömrəli Qərarı ləğv edilsin.

 16. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 19 iyun tarixli 208 nömrəli və “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2020-ci il 6 iyul tarixli 237 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 15 avqust tarixli 294 nömrəli Qərarının 1-ci və 3-cü hissələri ləğv edilsin.

17.  “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 19 iyun tarixli 208 nömrəli, “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 16 may tarixli 178 nömrəli və “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 3 iyul tarixli 236 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 avqust tarixli 311 nömrəli Qərarı ləğv edilsin.

18.  “Xüsusi karantin rejimi ilə bağlı bəzi məsələlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 sentyabr tarixli 323 nömrəli Qərarı ləğv edilsin.

19. Bu Qərar 2020-ci il 14 sentyabr saat 06:00-dan qüvvəyə minir.

Mənbə: apa.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

PAŞA Private Bankinq müştəriləri üçün yeni xidmət

posted in: Xəbər | 0

PAŞA Private Bankinq müştəriləri üçün yeni xidmət

PAŞA Private Bankinq öz müştərilərinin vaxtını yüksək dəyərləndirir və buna görə hesablarda olan vəsaitləri daha rahat və çevik idarə etmək məqsədi ilə çek kitabçalarını təklif edir.

Pul çeki müştərinin Bankda olan hesabından nağd pul vəsaitini almaq üçün yazılı sərəncamdan ibarət olan bir çekdir. Pul çeklərinin toplusu çek kitabçası formasında Bank tərəfindən müştərinin ərizəsi əsasında verilir. Müştərinin istəyindən asılı olaraq bütün hesablar üzrə məxaric əməliyyatlarını çek kitabçası vasitəsi ilə həyata keçirmək mümkündür. Pul çeki istənilən valyuta üçün istifadə edilə bilər.

Xidmətdən yaralanmaq: +994 12 464 05 55.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İl ərzində mükəlləfiyyəti mənfəət vergisindən ƏDV-yə dəyişdikdə dividendin ÖMV-dən azad olması necə hesablanır?

posted in: Xəbər | 0

Əmtəəsiz əməliyyat anlayışı, dividendlər, vergi güzəştləri, zərər, Zərərin növbəti illərə keçirilməsi, vergidən azadolunma, Müvəqqəti vergi rejimi, səyyar vergi yoxlaması, Sahibkarlar, Vergi ödəyicilərinin hesabatlılığı, Vergi Məcəlləsinə dəyişikliklər, Vergi Məcəlləsinə dəyişikliklər, avans vəsait, ƏDV məqsədləri, vergitutma, bəyannamə, icarə ödənişləri, Mənfəət vergisi üzrə güzəşt, Nizamnamə kapitalı, Əmtəəsiz əməliyyat, Fiziki şəxs, hüquq, Hüquqların güzəşt edilməsi, Kənd təsərrüfatı, səyyar satış, xidmət, İaşə, Vergi Məcəlləsi, Riskli vergi, vergi məcəlləsi, vergi öhdəliyi, MMC,əməliyyatlar, ƏDV-dən azad, Transfer qiyməti,xərclər, gəlir,Sual: Mənfəət vergisi ödəyicisi olan MMC mikrosahibkarlıq subyektidir. 2019-cu ilin bölüşdürülməmiş mənfəətin bir hissəsini dividend formasında 2020-ci ilin yanvar, fevral və mart aylarında ödəyir və müvafiq bəyannamədə göstərilir. Ödəmə anında mikrosahibkarlıq subyektləri 106.1.20 maddəsinə əsasən dividendə görə 10 faiz mənbədə vergidən azaddır. MMC 2020-ci ilin aprel ayında könüllü olaraq 177.5 maddəsinə əsasən ərizə ilə müraciət edərək arxa tarixdən, yəni 2020-ci ilin fevral ayının 1-dən ƏDV qeydiyyatına alınır. Bilmək istəyirəm ki, 2019-cu il üçün (mikrosahibkarlıq dövrü üçün) fevral və mart ayında ödənilən dividend ÖMV-yə cəlb olunur ya yox?

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 106.10-cu maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan hüquqi şəxslərin dividend gəlirləri vergidən azaddır.

Buna əsasən sorğuda göstərilən halda rezident müəssisənin ƏDV qeydiyyatı olmayan dövr üzrə formalaşan bölüşdürülməmiş mənfəətindən dividendin elan edilməsi və ödənilməsi zamanı ƏDV qeydiyyatında olması onun Vergi Məcəlləsinin 106.10-cu maddəsi ilə müəyyən edilən güzəşt hüququnu məhdudlaşdırmır. Müəssisənin ƏDV qeydiyyatında olduğu dövrdə formalaşan bölüşdürülməmiş mənfəətindən dividendlərin elan edilməsi və ödənilməsi isə onun vergi mükəlləfiyyətindən asılı olmayaraq ümumi qaydada vergiyə cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 106-cı və 122-ci maddələri.

Mənbə: taxes.gov.az


Kənd təsərrüfatı məhsullarının alğı-satqısı və ixracı zamanı vergitutma

posted in: Vergi, Xəbər | 0

Kənd təsərrüfatı məhsullarının alğı-satqısı və ixracı zamanı vergitutma

Kənd təsərrüfatı, Kənd təsərrüfatı məhsulları,Ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarların vergitutma ilə bağlı müəyyən sualları yaranır. Bu suallardan bəzilərini sərbəst auditor Altay Cəfərov cavablandırır.

Vergi Məcəlləsinin 164.1.18-ci maddəsində deyilir ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr – 2014-cü il yanvarın 1-dən 10 il müddətinə ƏDV-dən azaddır.

Misal: Tutaq ki, ƏDV ödəyicisi olan “AA” MMC istixanada pomidor istehsal edir, Müəssisə 2020-ci ilin iyul ayında 20.000 manatlıq məhsul istehsal etmiş, məhsulu “SS” MMC-yə satmışdır. “SS” MMC (o da ƏDV ödəyicisidir) isə aldığı məhsulu 30.000 manata satmışdır.

Sual: Bu halda, müəssisələrin ƏDV öhdəliyi necədir?

“AA” MMC birbaşa kənd təsərrüfatı məhsullarının istehsalçısı olduğundan onun 20.000 manatlıq dövriyyəsi ƏDV-dən azaddır. “SS” MMC isə kənd təsərrüfatı məhsullarının istehsalçısı olmadığına görə bu azadolma ona tətbiq edilmir. Bu halda, ona 30.000/1,18* 18% = 4576,27 manat ƏDV hesablanacaqdır.

Kənd təsərrüfatı isthsalçılarını maraqlandıran məsələlərdən biri də onların istehsal etdiyi məhsulların ölkə hüdudlarından kənara ixracı ilə bağlıdır.

Vergi Məcəlləsinin 165.1.3.-cü maddəsində qeyd edilib ki, malların (o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 165.3-cü maddəsinə uyğun olaraq əlavə dəyər vergisinin qaytarılması qaydasında satıcı kimi qeydiyyata alınmış vergi ödəyicilərindən əldə edilmiş istehsal yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların) və bu Məcəllənin 168.1.5-ci maddəsində göstərilmiş xidmətlərin ixracı ƏDV-yə “0” dərəcə ilə cəlb olunur.

Kənd təsərrüfatı məhsulları da mal kateqoriyasına aiddir. Onda belə çıxır ki, kənd təsərrüfatı məhsullarını istehsal edən şəxsin məhsullarını hər hansı bir xarici ölkəyə satması ƏDV-yə cəlb olunan əməliyyat sayılır, sadəcə, bu əməliyyat ƏDV-yə 18 faiz yox, “0” dərəcə ilə cəlb olunur.

Məcəllənin 164.1.18.-ci maddəsinə diqqətlə nəzər yetirdikdə görünür ki, kənd təsərrüfatı istehsalçıları üçün məhsullarının satışı satış yerindən asılı olmayaraq ümumi halda azad olunan əməliyyat kimi qeyd edilmişdir. Yəni məhsullarının harada satılmasından asılı olmayaraq, bu əməliyyatlar ƏDV-ə cəlb olunmur. Çünki maddədə konkret satış yeri barədə müddəa yoxdur.

Odur ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları istehsal etdikləri məhsulları özləri ixrac etdikdə əməliyyat ƏDV-dən azad olunan kimi qiymətləndirilməlidir.

Əks halda, məsələ xeyli mürəkkəbləşəcək: kənd təsərrüfatı məhsullarının istehsalçısı ƏDV ilə yaranan xərc maddələri üzrə əvəzləşdirmələr aparacaq, ixrac dövriyyələri sıfır dərəcə ilə ƏDV-ə cəlb olunacaqdır. Nəticədə istehsalçı tərəfindən büdcəyə külli məbləğdə artıq ödənilmiş ƏDV yaranacaqdır.

Bundan əlavə, kənd təsərrüfatı istehsalçıları mənfəət vergisindən də azaddır. Yəni artıq ödənilmiş ƏDV-ni əvəzləşdiriləcək digər vergilər yaranmır. Bu halda, geri qaytarma proseduru həyata keçirilə bilər. Amma bu da vaxt tələb edən məsələdir və nəticə olaraq kənd təsərrüfatı istehsalçısının ziyanınadır.

Odur ki, kənd təsərrüfatı istehsalçıları vergi öhdəlikləri ilə bağlı bu məsələlərdə diqqətli olmalıdırlar.

Mənbə: vergiler.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun