Könüllü vergi ödəyicisi olmağın başlıca xüsusiyyətləri hansılardır?

posted in: Xəbər | 0

Bəyannamələrin elektron forması, Vergi güzəştləri, bəyannamə formaları, Fərdi sahibkarlar, maliyyə dəstəyi, ƏDV-nin qaytarılması, Riskli vergi ödəyiciləri, elektron alış aktı, alış aktları, Vergi ödəyicilərinin qəbulu, qeyri-rezident, ödənilmiş vergilər, vergi hesabatları, vergi hesabatlarının vaxtıKönüllü vergi ödəyicisi olmaq sahibkarlıq subyektlərinin müsbət imicinin başlıca xüsusiyyətidir.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzunu şərh edən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev könüllü vergi ödəyicisinin bir sıra əlamətlərə görə müəyyənləşdirildiyini bildirib: “Bu əlamətlər ödəniləcək vergiləri könüllü olaraq heç bir kənar təzyiq olmadan hesablamaq, vergi bəyannamələrini vaxtında doldurub vergi orqanlarına təqdim etmək, vergi ödəmələrini vaxtında yerinə yetirmək, vergi sistemində aparılan yeniliklərin, islahatların tələblərinə əməl etmək, könüllü və intizamlı vergi ödəyicisi olmaq istiqamətində aparılan ilk addım vergi uçotu məlumatlarının vaxtında yenilənməsi və baş verən dəyişikliklərlə bağlı vergi orqanlarının məlumatlandırılmasıdır. Vergi uçotu məlumatlarını vaxtında dəyişdirməmək sahibkarın müvafiq maliyyə sanksiyaları ilə üzləşməsinə gətirib çıxarır, ona 40 manat cərimə tətbiq olunur”.

İqtisadçı əlavə edib ki, vergi uçotu məlumatlarını vaxtında dəyişdirməyən subyektlərlə vergi orqanlarının əlaqələri kəsilir, bunun da nəticəsində requlyator orqan tərəfindən şəxsin özünə yönəldilən müxtəlif xəbərdarlıqlar və ya məlumatlardan sahibkar xəbərsiz qalaraq vacib məlumatlardan və onların yaratdığı məsuliyyətdən gec xəbər tutur.

Bu cür hallar daha çox fərdi sahibkarlar və hüquqi şəxs yaradan mikro biznes subyektləri üçün xarakterikdir. Onlar təkbaşına fəaliyyət göstərdiklərindən heç bir maliyyə və vergi mütəxəssisinin xidmətindən yararlanmaqda maraqlı olmurlar.

Belə halların aradan qaldırılması üçün Dövlət Vergi Xidməti tərəfindən vergi uçotu məlumatlarının dəyişdirilməsi tam şəkildə elektronlaşdırılıb.

Mənbə: azertag.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əmtəəsiz əməliyyat nədir?

posted in: Vergi, Xəbər | 0

Fiziki şəxs, hüquq, Hüquqların güzəşt edilməsi, Kənd təsərrüfatı, səyyar satış, xidmət, İaşə, Vergi Məcəlləsi, Riskli vergi, vergi məcəlləsi, vergi öhdəliyi, MMC,əməliyyatlar, ƏDV-dən azad, Transfer qiyməti,xərclər, gəlir,Sual: Vergi Məcəlləsinin 109.9-cu maddəsini xahiş edirəm ki, misallarla izah edəsiniz. Əmtəəsiz əməliyyat çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Əsasən də “və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır” hissəsini.

Cavab: 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsinə “əmtəəsiz əməliyyat” və “riskli vergi ödəyicisi” anlayışları gətirilmişdir. Belə ki, vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar əmtəəsiz əməliyyat sayılır. Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır.

Nazirlər Kabineti tərəfindən müvafiq meyarlar təsdiq edildikdən sonra riskli vergi ödəyicisinin meyarları, habelə vergi ödəyicisinin riskli vergi ödəyicisi olması və riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmə mexanizmləri barədə ətraflı məlumat veriləcəkdir.

Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Vergi Məcəlləsinin 14-cü maddəsi ilə həmin qiymətlərin bazar qiymətinə əsasən hesablanması, 67-ci maddəsi ilə isə, vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablaması nəzərdə tutulur.

Əsas: Vergi Məcəlləsinin 13.2.81-ci, 13.2.82-ci maddələri.

Mənbə: taxes.gov.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İnventarlaşdırma: tarix və müasirlik (II hissə)

posted in: Xəbər | 0

İnventarlaşdırma mühasibat uçotu metodu kimi / II hissə

I hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

İnventarlaşdırma müəssisənin iqtisadi gücünü müəyyən etməyə imkan verir. L. I. Gombert

İnventarlaşdırma – mühasib işinin ayrılmaz hissəsidir. Nə vaxtsa bu uçot işinin yeganə üsulu olub. Zamanla onun rolu dəyişildi, amma, o, yox ola bilmədi.

Əvvəllər yalnız natural inventarlaşdırma olub. O, uçot obyektlərinin mövcudluğunu müəyyənləşdirməyə imkan verirdi. Lakin onların ümumi dəyərini müəyyənləşdirmirdi. Bu, Qədim Şərqdə (Misir, Babilistan, Fələstin və digər) uzun zaman pulun olmaması ilə bağlı idi. Sikkə pullar yalnız e.ə. VII əsrdə Qədim Yunanıstanda ortaya çıxacaqdı və o zaman bu özü ilə başqa bir problem ortaya çıxaracaqdı: inventarın dəyərləndirilməsi. Uçotda üç öküz qeydə alınıb, amma, öküzlər müxtəlif olur: yaxşılar və eləcə də yaxşı olmayanlar. Bax, indi onları pul dəyərinə çevirmək lazımdır. İki öküzün olması mühüm deyil, vacib olan onların dəyəridir, deyək ki, 200 drahma.

Lakin burada problem hansı dəyərləndirməni seçməkdir: öküzlər hansı qiymətə alınıb və ya onlar hansı qiymətə satıla bilər. Alış qiymətinə üstünlük verilirdi. Lakin əksəriyyət heyvanları öz təsərrüfatlarında yemləyib-bəsləyirdilər və nəticə etibarilə alış qiyməti olmurdu. Deməli, mümkün satış qiymətinə müraciət etmək lazım gəlirdi. Amma satış qiyməti də demək olar ki, həmişə subyektiv, hətta çox subyektiv olurdu.

Lakin, sikkənin – pul ölçü vahidinin meydana çıxması, uçotu inqilabiləşdirdi və məsul şəxslərin işini isə daha humanist etdi. Yunanıstanda Qədim Şərq təcrübəsindən fərqli olaraq, hər hansı bir çatışmazlığa mənəvi cinayət kimi deyil, yalnız real pulla ödənilməli olan maddi ziyanın vurulması kimi baxılmağa başladı. Yəni, buna görə insanlar əllərindən məhrum edilə bilməzdilər.

Belə deyək, mağaza müdiri olmaq istəyən adam buna görə girov qoymalıdır və əgər inventarlaşdırma nəticəsində zərər müəyyən edilərsə, onda bu çatışmazlıq avtomatik olaraq həmin girovdan tutulur. Deyək ki, 30 drahma çatışmazlıq aşkara çıxardısa, girovdan 60 drahma pul tutulurdu.

Burada hər bir kəs üçün yaxşı olur: həm mağaza müdirinin əlləri salamat qalır və sahibkar isə zərərə görə itkidən daha çox qazanc əldə edirdi. Əyləncəli dövrlər yetişmişdi: gur ticarət gedirdi. Sonsuz müharibələr olmasaydı, iqtisadi inkişaf daha sürətli gedərdi.

Orta əsrlərdə (eramızın VIII-IX əsrləri) bir tərəfdən təbii ölçünün üstünlük təşkil etməsi istiqamətində geriləmə müşahidə olunurdu. Bu reqress idi. Lakin digər tərəfdən – inventarlaşdırma qeydlərini strukturlaşdırmaq cəhdlərini görürük – bu isə inkişaf idi: belə adətən dəyərlərin dörd qrupu fərqlənirdi:
  • binalar və tikililər;
  • təsərrüfat inventarı;
  • ərzaqlar;
  • mal-qara.

Bu siyahıda pul yoxdur, bu da Qədim dünya ilə müqayisədə əmtəə münasibətlərinin aşağı səviyyədə olduğunu göstərir. Lakin X əsrdən etibarən pul Qərbi Avropanın həyatına yenidən geniş yayılmağa başlayacaqdı. O zamanın inventar qeydlərində əhəmiyyətlilik prinsipi pozulurdu: onlarda hər zaman bu növ qeydi tapırıq: “Evdəki bütün əşyalar və ofislərdəki hər şey inventar kitabına salınmışdı və heç bir dəyər təşkil etmirdi”.  Əslində kifayət qədər əhəmiyyətli bir məbləğə satılmağın mümkün olmadıqları mühasibat uçotunda əks olunmurdu.


III hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Agent və ya komisyonçu malları geri qaytardıqda hansı elektron qaimə-fakturadan istifadə etməlidir?

posted in: Xəbər | 0

qaiməBu məsələdə maraq doğuran məsələ komisyonçu və ya agentin hansı elektron qaimə-fakturadan istifadə etməsidir. İqtisadçı ekspert Anar Bayramov bildirib ki, prosedurun həyata keçirilməsi üçün vergi ödəyicisi müvafiq proqram təminatından “Malların geri qaytarılması” elektron qaimə-fakturası üzrə “Malların təqdim edilməsi qaiməsinin qaytarılması” növünü seçməklə malları geri qaytarır.

Amma agent və ya komisyonçu tərəfindən malların vəkalət verənə (komitentə) qaytarılması zamanı “Malların geri qaytarılması” elektron qaimə-fakturasının digər növündən istifadə olunmalıdır.

Misal: “A” MMC 20.000 manatlıq malı agent və ya komisyon müqaviləsinə uyğun olaraq, supermarketə təqdim edir. Supermarket həmin malların bir qismini satsa da, istifadə müddətinin bitməsi ilə bağlı 3.000 manatlıq malı geri qaytarır. Bu halda mallar agent və ya komisyon müqaviləsi üzrə təqdim edildiyi üçün vergi ödəyicisi malların qaytarılması zamanı agent (komisyonçu) tərəfindən malların vəkalət verənə (komitentə) qaytarılması barədə elektron qaimə-fakturadan istifadə etməlidir.

Agent və ya komisyonçu tərəfindən malların vəkalət verənə (komitentə) qaytarılması zamanı elektron qaimə-fakturanın müvafiq olaraq malların agent və ya komisyonçu tərəfindən təqdim olunması barədə elektron qaimə-fakturadan istifadə etmək lazımdır. Nəzərdən keçirilən şərtlərdə elektron qaimə-faktura hazırlayarkən “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura”ya istinad edilə bilməz.

Mənbə: vergiler.az


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun