Filter sonrası sıra nömrələrinin avtomatik yenilənməsi
Filter sonrası sıra nömrələri
Böyük məlumat bazası ilə işlədiyimiz zaman filterdən tez-tez istifadə edirik. Filter vasitəsilə müəyyən kriteriyaya əsasən filterlənmiş yeni siyahı əldə etdiyimiz zaman, sıra nömrələrinin ilkin siyahıdakı sıra nömrələri olduğunu görürük.

Məsələn, yuxarıdakı siyahıda maaşları 900-dan yuxarı olan satış nümayəndələri filterlənib. Amma fikir versək görəcəyik ki, onların sıra nömrələri ilkin siyahıdakı sıra nömrələri olaraq qalıb, yəni filterlənmiş yeni siyahıda 1, 2, 3, 4, 5 … olaraq davam etmir. Bu yazıda məhz bu problemi aradan qaldırmanın yollarını axtaracağıq.
Bu problemi həll etmək, yəni filterlənmiş hər yeni siyahının sıra nömrələri ilə davam etməsini əldə etmək üçün AGGREGATE funksiyasından istifadə edəcəyik.
Sıra nömrələri olan yerə yazmalı olduğumuz formul belə olacaqdır.

Funksiya əsas 3 komponentdən ibarətdir:
Function num – əməliyyatlar siyahısı isə aşağıdakı kimidir:

Biz sıra nömrələrini o siyahıdakı dəyərlərin sayına əsasən hesablanmalı olduğu məntiqi ilə 3 – COUNTA seçirik.
Options – Bu, filterləmə sonrasında nəzərə alınacaq dəyərləri süzgəcdən keçirməyə yarayır. Əgər filtersonrası xəta mesajlı, gizlədilmiş heç bir xananın nəticəyə təsir etməsini istəmiriksə, o halda burda da 3-cü variantı seçməliyik.

Array – Hər sətrə qədər olan diapazon.

Yuxarıdakı screenshot göstərir ki, birinci sətirdə D3:D3 olaraq daxil edib, ilk D3 xanasına $$ işarələrini əlavə etdikdən sonra, həmin xanadakı formulu kopyalayıb aşağıdakı xanalara yapışdırdığımız zaman, $ olan xana hər zaman stabil qalacaqdır. Bu isə, hər sətirdəki diapazonun aşağı düşdükcə genişlənməsinə gətirib çıxaracaqdır.
Formul olan faylı əlavədən yükləyə bilərsiniz.
Faylı yükləyin: Filter sonrası sıralama
Müəllif: Elçin Xəlilov
Bax:
-
NETWORKDAYS funksiyası – 2 tarix arasındakı iş günlərinin sayı
-
Mühasiblər üçün olduqca faydalı 5 shortcut
-
VLOOKUP funksiyasındakı son komponentin (TRUE & FALSE) vacibliyi
-
NPV funksiyası – bugünkü dəyəri necə hesablamalı?
-
Həftəlik overtime saatının hesablanması
-
Excel-də illər üzrə artım tempini necə hesablamalı?

Vergi Məcəlləsinin 102.1.8-ci maddəsinə əsasən, sığorta hadisəsi baş verdikdə sığorta olunanın və faydalanan şəxsin həyatına, habelə onun əmlakına və ya əmlak mənafelərinə dəymiş zərərin əvəzini ödəmək üçün pul və ya natura şəklində ödənilmiş vəsait, həmçinin işəgötürən tərəfindən ödənilən bütün növ icbari sığorta və könüllü tibbi sığorta haqları, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər gəlir vergisindən azaddır. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir.
İnventarlaşdırma mühasibat uçotu metodu kimi / I hissə
Almaniyanın əmək naziri Hubertus Hayl əmindir ki, iş həftəsinin dörd günə qədər qısaldılması, koronavirus pandemiyası səbəbindən ortaya çıxan böhranı aradan qaldırmağa kömək edə bilər. Bu haqda Sueddeutsche Zeitung qəzeti məlumat verib.