Read More9
Read More9

Mühasibat uçotunun optimizasiyası: səmərəli idarəetməyə mühasibat xidmətləri necə təsir edir?

posted in: muhasibat | 0

Biznesdə uğur yalnız məhsul və xidmətin keyfiyyətindən deyil, həm də maliyyə idarəçiliyinin səviyyəsindən asılıdır. Bu gün rəqəmsallaşan iqtisadi sistemdə peşəkar idarəetmənin əsasında dayanan ən mühüm istiqamətlərdən biri konsaltinq şirkətlərinin təklif etdiyi peşəkar mühasibat xidmətləri, o cümlədən mühasibat uçotunun optimizasiyası xidmətidir.

Optimallaşdırılmış uçot mexanizmlərinin qurulması müəssisələrə daha az resursla daha çox nəticə əldə etməyə imkan verir. Bu sahədə ixtisaslaşmış Accounting.az MMC şirkəti bizneslərin ehtiyaclarına uyğun fərdi həllər təqdim edərək peşəkar mühasibat xidmətləri ilə müəssisələrin səmərəliliyini maksimum dərəcədə artırır.

Mühasibat uçotunun optimizasiyası nədir?

“Mühasibat uçotunun optimizasiyası” dedikdə  mövcud uçot proseslərinin daha səmərəli, şəffaf və texnoloji əsasda qurulması başa düşülür. Əsas məqsəd – müəssisənin maliyyə əməliyyatlarını avtomatlaşdırmaq, vaxt itkisini azaltmaq və qərarvermə üçün operativ məlumat bazası yaratmaqdır.

Bu prosesdə ixtisaslaşmış şirkətlər tərəfindən təklif edilən mühasibat xidmətləri xüsusi əhəmiyyət daşıyır. Çünki ixtisaslaşmış mühasibat şirkətləri yalnız hesabat aparmaqla kifayətlənmir, həm də müəssisənin:

  • maliyyə axınlarını analiz edir;
  • xərclərin strukturunu təhlil edir;
  • idarəetmə qərarlarının effektivliyini artırır.

Optimizasiyanın əsas istiqamətləri

  1. Daxili proseslərin standartlaşdırılması
    Mühasibat sənədlərinin tərtibatı, dövriyyə cədvəllərinin aparılması və vergi öhdəliklərinin yerinə yetirilməsi üzrə vahid standartların tətbiqi uçotun dəqiqliyini təmin edir.
  2. Rəqəmsal və elektron sistemlərə keçid
    Elektron mühasibat proqramları və bulud əsaslı həllər sayəsində hesabatlar real vaxtda formalaşdırılır. Bu isə həm auditə hazırlığı asanlaşdırır, həm də idarəetmə qərarlarını sürətləndirir.
  3. Maliyyə məlumatlarının inteqrasiyası
    Optimizasiya zamanı satış, anbar və kadr uçotu kimi bölmələr bir sistemdə birləşdirilir. Bu inteqrasiya sayəsində müəssisə rəhbərliyi bütün maliyyə axınlarını eyni ekrandan izləyə bilir.
  4. Autsourcinq – mühasibat xidmətlərinin ixtisaslaşmış şirkətə ötürülməsi
    Bu model artıq dünya təcrübəsində geniş yayılıb. Azərbaycanda isə isə Accounting.Az kimi peşəkar şirkətlər tərəfindən təqdim olunan autsourcinq əsaslı mühasibat xidmətləri müəssisələr üçün həm iqtisadi, həm də idarəetmə baxımından ən sərfəli seçim sayılır.

Optimizasiyanın üstünlükləri və faydaları

Mühasibat uçotunun optimizasiyası bir çox üstünlüklər təmin edir:

  • xərclərə nəzarət – artıq xərclərin və maliyyə sızmalarının qarşısı alınır;
  • resurs qənaəti – əmək və vaxt itkisi azalır, əməliyyatlar avtomatlaşdırılır;
  • şəffaflıq – hesabatlar daha dəqiq və yoxlanıla bilən formaya gətirilir;
  • vergi və audit rahatlığı – qanunvericiliyə uyğun avtomatik hesabat sistemi nəzarəti asanlaşdırır;
  • real vaxtda qərarvermə – maliyyə göstəricilərinə istənilən anda çıxış əldə olunur.

Bu üstünlüklər mühasibat xidmətlərinin peşəkar səviyyədə təşkili ilə daha da güclənir. Təcrübəli mühasiblər yalnız rəqəmləri deyil, eyni zamanda biznes strategiyasını da optimallaşdırırlar.

Accounting.Az MMC-nin təklif etdiyi mühasibat xidmətləri

Accounting.Az MMC Azərbaycan biznes mühitində müasir yanaşma və rəqəmsal həlləri birləşdirən qabaqcıl mühasibat şirkətlərindəndir. Şirkət aşağıdakı istiqamətlər üzrə optimallaşdırılmış mühasibat xidmətləri təqdim edir:

  • elektron mühasibat uçotu və hesabat sistemləri;
  • bulud əsaslı maliyyə idarəetməsi və inteqrasiya edilmiş proqram təminatı;
  • vergi uçotu, bəyannamələrin hazırlanması və təqdimatı;
  • mühasibat məsləhət xidməti və auditə hazırlıq dəstəyi;
  • startaplar və KOB-lar üçün fərdi optimizasiya paketləri.

Bu xidmətlər sayəsində müəssisələr artıq daxili mühasibat şöbəsi yaratmadan, eyni keyfiyyət və dəqiqliklə mühasibat uçotunu idarə edə bilirlər.

Beləliklə…

Mühasibat uçotunun optimizasiyası — sadəcə texnoloji yenilik deyil, biznesin dayanıqlılığını təmin edən strateji prosesdir. Bu istiqamətdə peşəkar mühasibat xidmətləri göstərən Muhasibat.Az MMC, müştərilərinə maliyyə proseslərinin tam şəffaf idarə olunması, vergi və audit risklərinin minimuma endirilməsi imkanı yaradır.

Əgər siz də uçot sisteminizi müasirləşdirmək, xərcləri azaltmaq və hesabatların dəqiqliyini artırmaq istəyirsinizsə, elə indi www.muhasibat.az saytına daxil olun və mühasibat xidmətlərindən yararlanın — səmərəli uçot, dayanıqlı gəlir və güvənli biznes üçün.

201 saylı “Material ehtiyatları” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Ehtiyatların uçotu

Beynəlxalq maliyyə hesabatı standartlarında ehtiyatların uçotu “Ehtiyatlar” (“Inventory”) adlı 2 saylı MUBS (IAS 2) ilə tənzimlənir. Bu aktivlərin dövriyyə müddəti, əsasən 12 aydan azdır, qısamüddətli aktivlər kimi xarakterizə olunur. Ehtiyatlara aşağıdakı aktivlər aid edilir (IAS2, maddə 2.6, 2.8):

  • adi təsərrüfat fəaliyyəti zamanı satış üçün saxlanılanlar (hazır məhsul);
  • hazırlanmaqda olan satış üçün nəzərdə tutulanlar (bitməmiş istehsal);
  • istehsalda (yaxud xidmətlərin göstərilməsində) sərf olunan xammal və material ehtiyatları;
  • adi təsərrüfat fəaliyyəti zamanı satış və təkrar satış üçün nəzərdə tutulanlar;
  • satış məqsədləri üçün hazırlanmış qeyri-maddi obyektlər;
  • müəssisənin adi fəaliyyəti zamanı satış və ya yenidən satış məqsədi ilə alınmış və ya tikilmiş əmlak.

AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə tənzimlənir. Bu hesabdan başqa “Qısamüddətli aktivlər” bölməsinin 20-ci maddəsi üzrə digər hesablar da açıla bilər, məsələn 201 saylı “Material ehtiyatları” hesabı.  Bu maddədə açılan hesabların siyahısı aşağıdakı cədvəldə verilib (Qaydalar: 22.1).

Ehtiyatların uçotu zamanı istifadə olunan hesablar - material hesablar – 201, İstehsalat məsrəfləri 202, Tikinti müqavilələri üzrə məsrəflər 203, Hazır məhsullar 204, mallar - 205, satış məqsədi ilə saxlanılan digər aktivlər 206, digər ehtiyatlar 207, ehtiyatların dəyərinin azalmasına görə güzəştlər 208.

201 saylı “Material ehtiyatları” hesabı

Materiallar elə ehtiyatlardır ki, onlar əsas etibarilə, lakin bununla məhdudlaşmayan, xammalla birgə istifadə edilərək yeni məhsul yaradılmasında istifadə edilirlər.

Mühasibat uçotu subyektinin istehsalda, xidmətlərin göstərilməsində istifadə edilməsi üçün nəzərdə tutulan material ehtiyatlarının hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar əks etdirmək üçün “Qısamüddətli aktivlər” bölməsində 201 saylı “Material ehtiyatları” hesabı açılır. Yuxarıda qeyd edilən Qaydaların 22.3 bəndinə görə bu hesab üzrə aşağıdakı subhesablar açmaq olar:

201 saylı “Material ehtiyatları” hesabı üzrə açılan subhesablar: 201-1 “Xammal”, 201-2 “Materiallar”, 201-3 “Qablaşdırma materialları”

201 saylı “Material ehtiyatları” hesabı üzrə aşağıdakı istiqamətlərdə müxabirləşmələr verilə bilər:

  • material ehtiyatlarının əldə olunması;
  • səhmlərin buraxılması vasitəsi ilə alınma;
  • yenidən qiymətləndirilmə üzrə;
  • material ehtiyatlarının alınması ilə bağlı yaranan faiz borcları üzrə;
  • əvəzsiz alınma;
  • mübadilə nəticəsində əldə edilmə və sair.

Material ehtiyatlarının inventar uçotu əsas vəsaitlər üçün müəyyən edilmiş qaydada, analitik uçotu isə obyektlər, əşyalar, material növləri, maddi məsul şəxslər və saxlama yerləri nəzərə alınmaqla aparılır.

Uçotun məqsədi

Əksər sənaye sahələrində material ehtiyatları birbaşa material məsrəflərinin əsas tərkib hissəsidir, ayrıca istehsal və ya satışın maya dəyəri kimi uçota alınır.

İstənilən müəssisə öz fəaliyyətini maddi (və ya hər hansı digər) mənfəət əldə etmək məqsədi ilə həyata keçirir. Müəyyən bir fəaliyyət növünün gəlirliliyini müəyyən etmək üçün ilk növbədə məhsul və ya xidmət istehsalına sərf olunan vəsaitin həcmini bilmək lazımdır.

Həmçinin, şübhəsiz ki, müəssisənin fəaliyyəti üçün zəruri olan malların və ya materialların anbarlarda olması haqqında məlumat vacibdir. Pul vəsaitləri istisna olmaqla, ehtiyatlar müəssisənin ən likvid qısamüddətli aktivləridir. Odur ki, ehtiyatların faktiki qalıqları və onların dəyəri bütövlükdə müəssisənin dəyərinin hesablanması üçün əsas göstəricilərdir.

Əksər hallarda, material ehtiyatları fəaliyyətin effektivliyinin, habelə idarəetmənin səmərəliliyinin göstəricisi olan maya dəyərinin əsas tərkib hissəsidir. Ticarət və istehsal müəssisələri üçün bu aktivlərin 201 saylı hesab üzrə ətraflı uçotu ən vacib məsələdir.

Hesab üzrə müxabirləşmələrin nizamlanması

Əldə edilmiş ehtiyatlar ilkin dəyərlə qiymətləndirilir. Ehtiyatların ilkin dəyəri yuxarıda qeyd edilən Qaydaların 22.29-cu bəndi əsasında müəyyən olunur.

Mühasibat subyektlərində material ehtiyatlarının əldə edilməsi zamanı müxabirləşmələr yuxarıda qeyd edilən Qaydaların aşağıdakı bəndlərinə uyğun verilir:

  • materiallar əldə edildikdə – 22.30-cu bənd;
  • əvəzsiz olaraq alındıqda – 22.39-cu bənd;
  • səhmlər buraxılmaqla əldə edildikdə 22.31-ci bəndi.

Materialların alınması ilə əlaqəli öhdəliklərə görə yaranmış faiz xərclərinin uçotu həmin Qaydaların 22.32-ci bəndinə əsasən nizamlanır.

Material ehtiyatları satış məqsədilə saxlanılan digər aktivlərə keçirildikdə müxabirləşmələrə həmin qaydaların 22.41-ci bəndi tətbiq olunur.

Material ehtiyatları torpaq, tikili, avadanlıqlar kimi təsnifləşdirilən zaman (qısamüddətli aktivlərdən uzunmüddətli aktivə keçid) 201 saylı hesab üzrə müxabirləşmə verilərkən həmin qaydaların 22.43-cü bəndinin tələblərinə əməl edilməlidir.

Qeyd edilən əməliyyatlar üzrə müxabirləşmə nümunələri ilə buradan tanış olmaq olar.

Torpaq, tikili və avadanlıqlara amortizasiya hesablanması metodları

Kartınızı heç kimə verməyin: pulunuzu itirə, cinayətin qurbanı ola bilərsiniz

posted in: Xəbər | 0

Həm dünyada, həm də ölkəmizdə kiberdələduzluqla bağlı həyəcan təbilinin çalındığı bir vaxtda insanlar hər gün yeni üsullarla aldadılırlar. Dələduzlar müxtəlif yollarla insanların inam və etibarını qazanaraq onları çıxılmaz vəziyyətə salır. Son zamanlar isə məlumatsız şəxslərin aldadılması və onlara məxsus bank kartlarının alınması ilə bağlı dələduzluq halları artmaqdadır. Araşdırmalar göstərir ki, bu növ dələduzluq adətən sosial təminatı aşağı, məlumatsız və ya yaşlı insanların başlarına gəlir. Belə ki, müxtəlif yollarla vətəndaşlara yaxınlaşan dələduzlar onlara bank filallarından və ya rəqəmsal kanallardan kart əldə etmələrini təklif edirlər. Daha sonra müəyyən ödəniş qarşılığında həmin şəxslərdən kart və kart məlumatları alınaraq dələduzluq əməllərində istifadə edilir.

Bəs bank kartını başqalarına vermək nə ilə nəticələnə bilər?

Fərdi məlumatların oğurlanması: Bank kartını və ona aid məlumatların 3-cü şəxsə ötürülməsi, eyni zamanda fərdi məlumatların da ötürülməsi deməkdir. Bununla da dələduzlar məlumatını əldə etdiyi şəxsin maliyyə hesabına giriş əldə edə və onun bütün bank əməliyyatlarına nəzarət edə bilirlər. Belə hallarda adətən aldadılan şəxslərin adı ilə qeyri-qanuni maliyyə əməliyyatları icra edilir. Xüsusən də qanunsuz yollarla əldə edilən vəsaitlərin izlərinin itirilməsi prosesində bu kimi kart hesabları istifadə edilə bilir.

Maliyyə itkiləri: Kartın başqasına verilməsi dələduza hesabdakı vəsaitdən istədiyi kimi istifadə etmək hüququ verir. Bu isə istifadəçiyə məxsus bütün bank hesablarını təhlükə altına ata və maliyyə itkisinə səbəb ola bilər.

Hüquqi nəticələr: Hər bir vətəndaş ona məxsus bank kartları ilə icra olunan əməliyyatlara qarşı cavabdehdir. Kartın başqasına verilməsi kart sahibinə hüquqi öhdəlik yaradır. 3-cü tərəfə verilən kartla hər hansı qanunsuz əməliyyat həyata keçirildikdə kart sahibi bu əməliyyatın nəticəsinə görə cinayət məsuliyyətinə cəlb oluna bilər.

Pulunuzu itirməmək və cinayətin bir hissəsi olmamaq üçün diqqətli olmaq çox vacibdir.

Kartınızı yalnız özünüz istifadə edin: Bank kartları yalnız bank hesabı açılan müştəriyə məxsusdur və onun istifadəsi üçün nəzərdə tutulub.

Şübhəli əməliyyatlar zamanı diqqətli olun: Kart hesablarınızı mütəmadi nəzarətdə saxlayın. Şübhəli əməliyyat gördüyünüz halda dərhal müştərisi olduğunuz banka və hüquq mühafizə orqanlarına müraciət edin.

Dələduzlara aldanmayın: Sizdən bank kartlarınızı hansısa ödəniş və ya xidmət qarşılığında istəyən şəxslərə qarşı diqqətli olun. Kartınıza və ya bank hesabınıza dair məlumatlar yalnız sizə məxsusdur və bu məlumatları heç kimlə bölüşmək olmaz. Bu məlumatları sizdən istəyən şəxslərlə bağlı dərhal aidiyyatı orqanlara xəbər verməniz tövsiyə olunur.

Kapital Bank olaraq bir daha xatırladırıq ki, maliyyə qurumlarının həyata keçirdiyi təhlükəsizlik tədbirləri ilə yanaşı vətəndaşların da diqqətli olmaları şəxsi hesablarını qoruması və fərdi məlumatlarını, kartlarını digər şəxlərlə paylaşmaması olduqca vacibdir. Şübhəli hallarla qarşılaşdığınız zaman dərhal müştərisi olduğunuz bankın qaynar xəttinə xəbərdarlıq edin. Hər hansı şübhəli mesaj, zəng və ya sosial media hesabını görsəniz, dərhal müvafiq qurumlara və müştərisi olduğunuz banka bildirin. Beləliklə, başqalarının da kiberdələduzların hədəfinə çevrilməsinin qarşısını ala bilərsiniz.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.

193 saylı “Digər uzunmüddətli aktivlər” hesabı: uçot prinsipləri və hüquqi tənzimləmələr

Ehtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?

posted in: Xəbər | 0

Müəssisəmizin balansında olan avadanlığın dəyəri 200.000 manat təşkil edir. Həmin avadanlığın bir ehtiyat hissəsi (detalı) sıradan çıxıb və onun əvəz olunması üçün 15.000 manat dəyərində yeni ehtiyat hissəs alınıb və quraşdırılıb. Sualımız ondan ibarətdir ki, qeyd olunan 15.000 manatlıq ehtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxılan xərc kimi tanına bilərmi, yoxsa Vergi Məcəlləsinin 115-ci maddəsində göstərilmiş təmir xərci norması (avadanlıqlar üçün 5%) tətbiq olunaraq yalnız 200.000 x 5% = 10.000 manat məbləğ xərcə silinməli, qalan 5.000 manat isə əsas vəsaitin dəyərinə əlavə olunaraq kapitallaşdırılmalıdır?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 115.1-ci maddəsinə əsasən, hər il üçün gəlirdən çıxılmalı olan təmir xərclərinin məbləği əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna balans üzrə qalıq dəyərinə müvafiq olaraq, maşın avadanlıq üzrə ilin sonuna qalıq dəyərinin 5 faizi həddi ilə məhdudlaşdırılır.

Bu halda növbəti vergi illərində təmir xərclərinin gəlirdən çıxılan məbləğ həddi təmir xərclərinin faktiki məbləği ilə müəyyənləşdirilmiş hədd üzrə hesablanmış məbləği arasındakı fərq qədər artırılır. Müəyyən edilmiş məhdudlaşdırmadan artıq olan məbləğ cari vergi ilinin sonuna əsas vəsaitlərin (vəsaitin) qalıq dəyərinin artmasına aid edilir.

Sorğuya cavab olaraq bildirilib ki, qeyd olunan hal üzrə çəkilən xərc təmir xərci hesab edilir. Çəkilən xərc norma daxilində gəlirdən cıxılmalı və normadan artıq olan hissəsi əsas vəsaitin qalıq dəyərinə əlavə edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 115-ci maddəsi

Mənbə: vergiler.az

Fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar optimallaşdırılır

1 113 114 115 116 117 118 119 2. 680
error: Content is protected !!