Read More9
Read More9

193 saylı “Digər uzunmüddətli aktivlər” hesabı: uçot prinsipləri və hüquqi tənzimləmələr

posted in: Xəbər | 0

Aktivlər ümumilikdə qısa və uzunmüddətli kimi iki əsas kateqoriyaya ayrılır. Uzunmüddətli aktivlər, istifadə müddəti bir ildən çox olan və gələcəkdə iqtisadi fayda təmin edəcək resurslardır, məsələn əsas vəsaitlər, qeyri-maddi aktivlər, investisiyalar və sair. Mühasibat uçotu təcrübəsində bəzən spesifik təbiətinə görə bu kateqoriyalara tam uyğun gəlməyən aktivlər də mövcuddur. Mühasibat uçotu subyektləri üçün Hesablar Planında   bu cür aktivlər üçün 193 saylı “Digər uzunmüddətli aktivlər” kimi xüsusi bir hesab nəzərdə tutulub. Bu məqalədə sözügedən hesabın mühasibat uçotu və hesabatlılıq prinsiplərini, tanınma və müasirləşmə nümunələri araşdırılır.

Məqalədə mühasibat uçotu subyektləri dedikdə, “kredit təşkilatları istisna olmaqla, kommersiya təşkilatları, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və publik hüquqi şəxslər (Azərbaycan Respublikasının Mərkəzi Bankı və illik maliyyə hesabatlarını İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları əsasında tərtib edən publik hüquqi şəxslər istisna olmaqla) nəzərdə tutulur.”

Sair uzunmüddətli aktivlər üzrə uçot hesabları                

Mühasibat uçotu subyektlərində uzunmüddətli aktivlər üzrə uçot hesablarının tərkibi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə müəyyən edilmiş Hesablar Planının 1-ci bölməsində əks olunub. Bu bölməyə əsas vəsait, qeyri-maddi aktivlər, investisiya xassəli daşınmaz əmlak və ya uzunmüddətli maliyyə investisiyaları kimi kateqoriyaların uçotu üçün lazım olan hesablar daxil edilib. Amma uzunmüddətli iqtisadi fayda potensialına malik olan spesifik aktivlər də vardır ki, onları bu kateqoriyalara aid etmək olmur. 19-cu “Sair uzunmüddətli aktivlər” maddəsi məhz bu tipli uzunmüddətli aktivlərin uçotu üçün nəzərdə tutulub.

Qeyd edilən qaydaların 20.1-ci bəndinə görə “bu maddədə gələcək hesabat dövrlərinin xərcləri, verilmiş uzunmüddətli avanslar və digər uzunmüddətli aktivlərlə bağlı ümumiləşdirilmiş məlumatlar təqdim olunur.”

Bu maddəyə 193 saylı “Digər uzunmüddətli aktivlər” hesabı ilə yanaşı aşağıdakı digər hesablar da aiddir:

Bu hesablar maliyyə hesabatlarında aktivlərin düzgün təsnifatı, tanınması və qiymətləndirilməsi üçün vacibdir, çünki bunlar müəssisənin maliyyə vəziyyətinin etibarlı şəkildə əks etdirilməsi üçün əsas şərtlərdir.

193 saylı “Digər uzunmüddətli aktivlər” hesabının məzmunu və funksiyası

Bu hesab mahiyyətinə görə mühasibat uçotu subyektlərinin sahib olduğu, lakin əsas vəsait, qeyri-maddi aktivlər, investisiya xassəli daşınmaz əmlak və ya uzunmüddətli maliyyə investisiyaları kimi spesifik kateqoriyalara aid edilə bilməyən, lakin uzunmüddətli iqtisadi fayda potensialına malik olan aktivləri özündə birləşdirir.

Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”-nın , 20.11 bəndinə görə bu hesabda “191 və 192 №li hesablarda əks etdirilməyən, habelə mühasibat uçotu subyektinin fəaliyyəti ilə əlaqədar bir ildən artıq istifadəsi nəzərdə tutulan uzunmüddətli aktivlərinin hərəkəti barədə ümumiləşdirilmiş məlumatlar təqdim olunur.”

193 saylı hesabın effektiv idarə edilməsi, mühasibat uçotu prinsiplərinə, o cümlədən tanınma və qiymətləndirmə metodlarına ciddi riayət etməklə mümkündür. Həm milli qanunvericiliyin, həm də beynəlxalq mühasibat standartlarının tələblərini nəzərə almaq, mühasiblərə dəqiq və şəffaf maliyyə hesabatları hazırlamaqda, auditorlara isə müəssisələrin maliyyə vəziyyətini obyektiv qiymətləndirməkdə kömək edir. Düzgün tətbiq olunan bu hesab, Mühasibat uçotu subyektlərinin maliyyə göstəricilərinin etibarlılığını artıraraq, qərar qəbul edənlər üçün dəyərli məlumat təmin edir.

Hüquqi çərçivə

Azərbaycan Respublikasında mühasibat uçotunun tənzimlənməsi “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu  və onun əsasında qəbul edilmiş müvafiq mühasibat uçotu standartları, normativ hüquqi aktlar və təlimatlarla həyata keçirilir. 193 saylı “Digər uzunmüddətli aktivlər” hesabı məhz bu hüquqi çərçivədə müəyyən edilib.

Tənzimləmə zamanı istifadə edilə əsas sənəd “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”-dır. Beynəlxalq uçot standartları əsasında hazırlanmış bu qaydalar ölkə daxilində mühasibat uçotunun vahid prinsiplər əsasında aparılmasın təmin edir. Məhz bu sənədə əsasən, müəssisələr maliyyə hesabatlarında aktivlərin uçotunu, tanınmasını və qiymətləndirilməsini müəyyən edilmiş qaydalara uyğun aparmalıdırlar. Auditorlar üçün bu, əsas sənədlərdən biridir, çünki audit zamanı mühasibat uçotu subyektlərinin uçot siyasətinin və təcrübələrinin milli qanunvericiliyə uyğunluğu yoxlanılır. 193 saylı “Digər uzunmüddətli aktivlər” hesabından istifadə, müəssisənin spesifik əməliyyatlarına uyğun olaraq, hesabatlılıq prinsiplərinin pozulmadan tətbiqini təmin etməlidir.

“Digər uzunmüddətli aktivlər” hesabı

Hesab üzrə tənzimləmələr yuxarıda qeyd edilən qaydaların 20-ci bölməsinin aşağıdakı bəndləri əsasında aparılır:

  • digər uzunmüddətli aktivlər əldə edildikdə – qaydaların 20.11-ci bəndi;
  • digər uzunmüddətli aktivlər üzrə əlavə dəyər vergisi əvəzləşdirilməyən hallarda – 20.14-cü bənd;
  • mübadilə nəticəsində əldə edilmiş digər uzunmüddətli aktivlərin uçotu – 20.17-cu bənd;
  • təsərrüfat üsulu ilə digər uzunmüddətli aktivlərin yaradılması zamanı – 20.19-cu bənd;
  • maliyyə icarəsi ilə əldə edildikdə 20.20, əvəzsiz alındıqda – 20.22 bənd;
  • tanınmanın dayandırılması zamanı 20.23, qısamüddətli aktivlər kimi təsnifləşdirildikdə 20.26-cı bənd;
  • digər uzunmüddətli aktivlərinin əskik gəlməsi zamanı 20.28 və 20.29-cu, artıqgəlmələr istismarda olduğu yerdə 20.31 bəndlər;
  • digər uzunmüddətli aktivlərin səhmlərin buraxılması ilə yolu ilə əldə edilməsi zamanı 20.32-ci bənd.

Mühasiblər və auditorlar milli qanunvericiliyin tələblərini BMUS-un tətbiqi ilə uzlaşdırarkən, hər iki çərçivənin tələblərini nəzərə almalı və ən uyğun uçot siyasətini müəyyən etməlidirlər. Bu, xüsusilə beynəlxalq hesabat standartlarına keçid zamanı və ya konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanmasında mühüm əhəmiyyət kəsb edir.

193 saylı hesab üzrə müxabirləşmələr

Mühasibat yazılışlarına aşağıdakı siyuasiyalar üzərindən baxaq.

Situasiya: Yeni proqram təminatının hazırlanması üçün çəkilmiş xərclərin kapitallaşdırılması

Bir proqram təminatı şirkəti, daxili istifadə üçün yeni və kompleks bir proqram təminatı hazırlayır. Bu proqram təminatı şirkətin əməliyyatlarında uzunmüddətli səmərəlilik artımı və xərclərə qənaət təmin edəcək. Şirkət müvafiq qanunvericilik aktlarına və daxili uçot siyasətinə uyğun olaraq inkişaf mərhələsindəki bəzi xərcləri kapitallaşdırır, çünki bu xərclərin gələcəkdə iqtisadi fayda təmin edəcəyinə dair etibarlı sübutlar mövcuddur, lakin bu aktiv birbaşa qeyri-maddi aktivlər kimi (məsələn, müəyyən edilə bilən və ya nəzarət edilə bilən olmadığına görə) təsnif edilmir və 193 saylı “Digər uzunmüddətli aktivlər” hesabında uçota alınır. Aktiv üçün faydalı istifadə müddəti 5 ildir.

Niyə bu xərclərin uçotu 103 yox, 193-də aparılır?

Situasiyada təqdim edildiyi kimi:

  • proqram təminatı daxili istifadə üçün hazırlanır,
  • gələcək dövrlərdə iqtisadi fayda gətirəcəyi gözlənilir,
  • lakin MUBS və mühasibat uçotu subyektlərinnin daxili uçot siyasətinə əsasən bu aktiv “qeyri-maddi aktiv” kimi tanınmır.

Proqram təminatı qeyri-maddi aktiv kimi tanınma kriteriyalarını (mülkiyyət hüququ, tam nəzarət, müəyyən edilə bilənlik) tam qarşılamır. Lakin faydalı ömrü uzunmüddətlidir və iqtisadi səmərəlilik təmin edir. Bu səbəbdən çəkilən xərclər müvəqqəti olaraq 193 saylı “Digər uzunmüddətli aktivlər” hesabında uçota alınır və sonradan dövrlər üzrə amortizasiya (xərcə silinmə) yolu ilə tədricən silinir.

 Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (manat)
1 Tədqiqat mərhələsində (analiz, ilkin testlər və s.) çəkilən xərclər (kapitallaşdırılmayan)  (Qaydalar, bənd 11.27) 731: “Sair əməliyyat xərcləri” 533: “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar” 5000
Proqram təminatının inkişafı ilə məşğul olan texniki xidmət işçilərin əməkhaqqı xərcləri (kapitallaşdırılan) (Qaydalar, bənd 20.19) 193: “Digər uzunmüddətli aktivlər” 533: ” Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar” ( habelə 521, 522, 523-cü hesablar) 10000
2 Proqram təminatının inkişafı mərhələsində digər kapiatallaşdrılan xərclər (materiallar, proqram lisenziyaları, xırda avadanlıqlar üçün çəkilən xərclər və sair) 193: “Digər uzunmüddətli aktivlər” 20-ci bölmənin uyğun hesabları 30000
4 Proqram təminatının faydalı istifadə müddəti ərzində kapitallaşdırılan xərclərin (40000 manat)  amortizasiyasının aparılması (1-ci il) 731: “Sair əməliyyat xərcləri” 193: “Digər uzunmüddətli aktivlər” 8000
5 2-ci il üçün silinmə 731 193 8000
6 3-cu, 4-cü, 5-ci illər üçün silinmələr 731 193 8000

Vergi orqanı obyektin girişində uçotla bağlı məlumatın olmamasına görə sahibkarı cərimə edə bilərmi?

Biznesiniz üçün mühasibat xidmətləri: peşəkar uçotun və şəffaf maliyyə idarəçiliyinin əsası

Bu gün mühasibat xidmətləri müəssisələrin fəaliyyətində şəffaflığın, hesabatlılığın və qərar qəbuletmənin əsas dayaqlarından biridir. Təsərrüfat fəaliyyətində uçot yalnız rəqəmlərin qeydi deyil, həm də maliyyə informasiyasının sistemli təhlili və menecment qərarlarının dəstəklənməsi prosesidir.

Mühasibat xidmətlərinin mahiyyəti

Mühasibat xidməti — müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin uçotu, ona nəzarət və analizi üzrə həyata keçirilən sistemli fəaliyyətlər toplusudur. Bu xidmətin məqsədi müəssisənin maliyyə vəziyyəti haqqında etibarlı, obyektiv və vaxtında informasiya təqdim etməkdir.
Əsas istiqamətlər bunlardır:

  • mühasibat uçotunun aparılması və ilkin sənədlərin tərtibi;
  • maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • vergi uçotu və dövlət orqanları ilə hesabatlaşma;
  • daxili audit və nəzarət funksiyaları;
  • maliyyə məsləhət xidməti (autsourcing və konsaltinq).

Azərbaycanda bu xidmətlər “Mühasibat uçotu haqqında” AR Qanunu, beynəlxalq mühasibat standartlar (IAS/IFRS), habelə digər qanunvericilik aktları ilə tənzimlənir.

Mühasibat xidmətlərinin növləri

Peşəkar səviyyədə mühasibat xidmətləri aşağıdakı istiqamətlərdə qruplaşdırılır:

  1. Əsas mühasibat xidmətləri – gəlir və xərclərin uçotu, balansların hazırlanması, əməliyyatların sənədləşdirilməsi;
  2. Xüsusi xidmətlər – investisiya, amortizasiya, debitor və kreditor borclarının idarə olunması;
  3. Konsaltinq xidmətləri – maliyyə planlaşdırılması, vergi strategiyasının optimallaşdırılması və maliyyə risklərinin azaldılması;
  4. Audit və verifikasiya – maliyyə hesabatlarının düzgünlüyünü təsdiqləyən və şəffaflığı təmin edən müstəqil yoxlama xidməti.

Bu xidmətlər müəssisənin daxili mühasibatlığında yaxud cəlb edilmiş kənar müətəxəsislər tərəfindən həyata keçirilə bilər. Şirkətin müəyyən müəyyən finksilayalarının yaxid proseslərin kənar ixtisaslaşmış mütəxəssislərə (şirkətlərə) həvalə edilməsi autsorsonq (outsourcing)  adlanır.

Autsorsinq əsaslı mühasibat  xidmətləri təklif edən şirkət axtarırsınız? Buraya keçid edin.

Autsorsinq əsaslı xidmətlərin hansı üstünlikləri var?

Siz mühasibat uçotunu ixtisaslaşmış şirkətə etibar etməklə bir çox üstünlüklər qazanmış olursunuz. Sizcə uçot işlərini kimə həvalə etmək daha münasibdir – yüksək məvacib müqabilində işləyəcək ştatlı mühasibə, yoxsa həmin sahədə ixtisaslaşmış, peşəkar komandaya malik autsorsinq şirkətinə? Həm də nəzərə alın ki, həmin şirkət:

  • geniş spektrli xidmətlər göstərir;
  • qiymət baxımından sərfəlidir;
  • həvalə edilmiş işin bütün məsuliyyətini öz üzərinə götürür.

Autsorsinq əsaslı mühasibat xidmətlərin əhatəsi

Biz nə təklif edirik:

  • mühasibat uçotunun qurulması və bərpası;
  • sahələr üzrə mühasibat uçotunun aparılması;
  • mühasibat uçotunun optimizasiyası;
  • mühasibat konsultasiyası;
  • mühasibat sənədlərinin yoxlanması və analizi;
  • mühasibat sənədlərinin tərtibatı;
  • uçot siyasətinin hazırlanması;
  • vergi, DSMF və statistika orqanları üçün hesabatların hazırlanması;
  • daxili maliyyə hesabatlarının hazırlanması;
  • müəssisənin maraqlarının dövlət orqanlarında təmsil edilməsi;
  • vergi yoxlamalarının müşayət edilməsi.
Muhasibat.Az MMC sizə autsorsinq əsaslı, operativ və sərfəli mühasibat xidmətləri təklif edir. Xidmətlərin məzmunu tanış olmaq üçün buraya keçid edin.

Real və potensial müştərilərimizin diqqətinə

  • bütün vergi yoxlamalarına şirkətin əməkdaşları məsuliyyət daşıyır, siz rahat yatırsız – yaxşı yuxu sağlamlığın zəmnidir;
  • istənilən çətin suala asan cavab – peşəkar auditorlar, hüquqşünaslar, HR mütəxəsisləri xidmətinizdədir;
  • müştərilərin mühasibatlığını İldə 2 dəfə pulsuz daxili auditini keçirilir;
  • biz sağlam həyat tərzinin tərəfdarıyıq, bu da işlərin nəticəsinə müsbət təsir göstərir;
  • Accounting.AZ MMC-nin bütün xidmətləri sığortalanıb;
  • yeni yaranan bizneslərə ilkin pulsuz xidmət paketi təqdim olunur.

Peşəkar mühasibat xidmətlərinin əhəmiyyəti

Peşəkar mütəxəssislər sizin müəssisətyə üstünlükləri təmin edir:

  1. Şəffaf maliyyə idarəçiliyi və düzgün qərar qəbul etmək imkanı;
  2. Vergi risklərinin azaldılması və cərimələrin qarşısının alınması;
  3. Audit yoxlamalarına hazır olmaq;
  4. İnvestor və tərəfdaşlarla etimadın artması;
  5. Resursların optimallaşdırılması və mənfəətliliyin artırılması.

Mühasibat xidmətləri yalnız texniki uçot funksiyası deyil, həm də maliyyə idarəetməsinin strateji elementidir. Mühasibat.Az MMC-nin mütəxəssiləri tərəfindən peşəkar səviyyədə qurulmuş mühasibat sistemləri müəssisələrin dayanıqlı inkişafını, vergi risklərinin azaldılmasını və maliyyə qərarlarının optimallaşdırılmasını təmin edir.

2025-ci ilin ilk 9 ayında vergi orqanlarına 331 mindən çox müraciət daxil olub

posted in: Xəbər | 0

2025-ci ilin yanvar – sentyabr ayları ərzində vergi orqanlarına ümumilikdə 331.260 müraciət daxil olub. Daxil olmuş müraciətlərdən 94,6 faizi ərizə, 5,3 faizi şikayət, 0,1 faizi təkliflərdən ibarət olub. Müraciətlərin 96,8 faizinin baxılması hesabat dövründə başa çatdırılıb, 3,2 faizi hazırda icradadır.

Baxılması yekunlaşmış müraciətlərin 53,9 faizi həll olunub, 44,1 faizi üzrə müvafiq izahat verilib, digərləri ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb. Daxil olmuş faktiki şikayətlərdən 5.680-i həll edilib. Bunlar, əsasən, kameral vergi yoxlamaları, vergi mükəlləfiyyətləri, maliyyə sanksiyalarının silinməsi, şəxsi hesab vərəqələri, vergi ödəyicisinin qeydiyyatı, sosial sığorta ödənişləri, vergi orqanı əməkdaşlarının hərəkəti (və ya hərəkətsizliyi), vergi borclarının silinməsi, borcun ödənilməsinə möhlət verilməsi, vergi bəyannamələri, riskli vergi ödəyicisi statusu, ƏDV depozit hesabı və digər məsələlərlə bağlı olub.

2025-ci ilin yanvar – sentyabr ayları ərzində Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 591 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir müraciətə fərdi yanaşılıb, vətəndaşların qanuni tələblərinin müsbət həlli üçün zəruri tədbirlər görülüb.

Mənbə: vergiler.az

Hansı hallarda məcburi əməyə cəlb etməyə yol verilir?

posted in: Xəbər | 0

Mövzunu əmək hüquqları üzrə ekspert Nüsrət Xəlilov şərh edir. 

Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən edilmiş əsas hüquq və vəzifələrdən biri də 35-ci maddədə əksini tapan əmək hüquqlarıdır. Həmin maddəyə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz.

Əmək Məcəlləsinin 17-ci maddəsi məcburi əməyin qadağan edilməsini tənzimləyir. Hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar. İşçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 193-cü maddəsində məsuliyyət nəzərdə tutulub. Həmin maddəyə əsasən, əmək müqaviləsinə xitam veriləcəyi və ya kollektiv müqavilədə müəyyən olunmuş güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etməyə görə 1.000 manatdan 2.000 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Həmçinin, Cinayət Məcəlləsinin 144-1-ci maddəsində insan alverinə görə məsuliyyət müəyyən edilib. Həmin maddəyə görə, insan alveri, yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədilə cəlb olunması, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi adlanır.

Bu maddədə “insanın istismarı” dedikdə, məcburi əmək (xidmət), cinsi istismar, köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti, insan orqanlarının və toxumalarının qanunsuz götürülməsi, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qadının surroqat ana kimi istifadə edilməsi, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlbetmə başa düşülür. Məsuliyyətin həddi həmin maddədə müəyyən olunub.

Beynəlxalq Əmək Təşkilatının “İcbari əməyin ləğv edilməsi haqqında” 1957-ci il iyunun 25-də Cenevrə şəhərində qəbul olunmuş 105 saylı Konvensiyası Azərbaycan Respublikasının 24 mart 2000-ci il tarixli 847-IQ nömrəli Qanunu ilə ratifikasiya edilib. Təşkilatın bu Konvensiyasını ratifikasiya edən hər bir üzvü icbari və ya məcburi əməyi ləğv etməyi və onun hər hansı bir formasını öhdəsinə götürür.
Məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətmək, fövqəladə vəziyyət və hәrbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürmək hallarına yol verilir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində qeyd olunub ki, müəyyən hallarda məcburi əməyə yol verilə bilər. Belə ki, məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə yalnız fövqəladə vəziyyət, hərbi vəziyyət və ya hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar cəlb edilə bilər. Bu cür əmək halları qanunla ciddi şəkildə məhdudlaşdırılır və yalnız müəyyən şəraitlərdə, hər kəsin hüquqlarının təmin edilməsi şərtilə tətbiq oluna bilər.

Əmək Məcəlləsinin 17-ci maddəsinə əsasən, habelə qanuni qüvvəyə minmiş məhkəmə hökmlərinin icrası zamanı müvafiq dövlət orqanlarının nəzarəti altında yerinə yetirilən işlərdə məcburi əməyə yol verilir. Bu hallardan başqa, qalan hallarda məcburi əmək qadağandır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

Mənbə vergiler.az

Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun tənzimlənməsi qaydası

1 114 115 116 117 118 119 120 2. 680
error: Content is protected !!