Rusiyada işsizlərin sayının kəskin artacağı proqnozlaşdırılır

posted in: Xəbər | 0

Rusiyada qeydiyyata alınmış işsiz əhalinin potensial sayı demək olar ki, altı dəfə arta bilər. Bu haqda sosial siyasət İnstitutunun proqnozuna əsasən “İzvestiya” nəşri məlumat verib. İddia edilir ki, əvvəllər bir çox işsizlər müəyyən çətinliklər, məsələn, məşğulluq mərkəzində qeyd olunmağın zəruriliyi səbəbindən ora ilə əlaqə saxlamamağa üstünlük veriblər.

Nəşr tərəfindən rəyi soruşulan ekspertlər rəsmi olaraq işsizlərin və gəlirsiz qalmış vətəndaşların sayının artmasının ölkə iqtisadiyyatına mənfi təsir göstərəcəyini söyləyiblər. O cümlədən, ölkə aşağı düşmüş işgüzar fəallıqla, ÜDM-in zəif artması və iqtisadiyyatın uzun müddət bərpa olunması ilə üzləşə bilər.

Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əmək bazarında vəziyyətin inkişafı ilə bağlı bir neçə proqnoz hazırlanıb. Oradan söylənildiyinə görə, büdcələr ən pessimist ssenari üzrə hazırlanıb. Lakin “hazırda vəziyyət hələ ki, elə də pis deyil”.

Aprel ayının 25-də Hesablama palatasının rəhbəri Aleksey Kudrin bildirmişdi ki, yeni koronavirus pandemiyası nəticəsində altı milyondan doqquz milyona kimi rusiyalı işsiz qala bilər. Onun sözlərinə görə, ölkənin iqtusadi fəal əhalisinin ən azı 7-8 faizi işsiz qalacaq. Ən pis halda isə işsizlik 10 faizə kimi çata bilər. Rusiya statistika komitəsi mart ayında işsizliyin 4,7 faiz təşkil etdiyini bildirmişdi.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dünyada ən yüksək maaşı kim alır? (II hissə)

posted in: Vergi, Xəbər | 0

Dünyada kim ən yüksək əmək haqqı alır? (II hissə)

I hissəni oxumaq üçün keçidə daxil olun

İxtisasla bağlı qərar qəbul edərkən əldə olunan peşənin sizi, eləcə də ailənizi təmin edib-etməyəcəyi barədə düşünməyə dəyər.

Dünyada kim hamıdan çox qazanır, bu gün hansı mütəxəssislərə ən çox tələbat var və nəyə can atmağa dəyər? Bu suallara cavab vermək üçün ən yüksək əmək haqqı alan şəxslərin siyahısı ilə tanış olmaq lazımdır.

Adlı siyahı

Əgər şəxsiyyətlərə keçsək, ən böyük əmək haqqı alanlar bunlardır:

Tim Kuk – Apple şirkətinin direktoru. Onun maaşının həcmi ayda 31 milyon dollardan bir qədər çoxdur. Bu həcmdə əmək haqqı bir çoxlarını heyrətə salır.

Lourens Ellison – Oracle şirkətinin prezidenti. Onun aylıq qazancı 6,3 milyondur. Onun məvacibi Tim Kukun əmək haqqından bir neçə dəfə az olsa da, yaşayışı üçün yəqin ki, yetərli hesab oluna bilər.

Tayqer Vuds – peşəkar qolf oyunçusu. Onun artıq neçə illərdir ki, dünyada idmançılar arasında ən çox maaşı var – 6,2 milyon ABŞ dolları.

Ən yüksək maaş almağa şanslı olan lider üçlüyü həm də ənənəvi vətəndaş nümunəsidir. Onların hər biri vergiləri mütəmadi olaraq ödəyir, xeyriyyəçilik üçün böyük məbləğlər ödəyir və eyni zamanda həm də nümunəvi ailə başçılarıdırlar.

Böyük maaşları olanların siyahısı davam etdirilə bilər:

4-cü yerdə CBS media korporasiyasının başçısı Lesli Munvs durur. O, ayda 5,7 milyon dollar qazanır.

5-ci yer – JCPenney şirkətinin baş direktoru Ronald Consona məxsusdur. O, ayda 4,4 milyon dollar qazanır.

6-cı yerdə basketbol oyunçusu Lebron Ceyms durur. Onların aylıq maaşı 4 milyon dollar təşkil edir.

7-ci yerdə isə ayda onlardan bir qədər az qazanan – 3,9 milyon dollarla Motorola Mobility holdinqinin prezidenti Ca Sancey qərarlaşıb.

8-ci mövqeni öz aralarında Citigroup firmasının direktoru və Viacom şirkətinin direktoru – Vikram Pandit və Filip Domen bölüşürlər ki, onların da maaşı 3,6 milyon dollar təşkil edir.

9-cu yeri eyni vaxtda orta hesabla 2,5 milyonla baş direktorlar bölüşürlər. Bunlar MotorolaSolutions firmasından Qreqori Braun, Disney Walt-dan Robert İqer, Ford Motor-dan Alan Myulelli, VTB Qrupdan Andrey Kostindir.

10-cu yeri cəmi 2 milyon dollarla keçmiş tennisçi Mariya Şarapova, Sinqapur prezidenti, Qazprom şirkətinin prezidenti Aleksey Miller və “Rosneft” şirkətinin prezidenti İqor Seçin öz aralarında bölüşüblər.

Şəriksiz lider

Bu, bütün dünyada məşhur Facebook sosial şəbəkəsinin banisi Mark Zukerberqdir. 35 yaşında olan Mark banisi olduğu şirkətdən hər il 3 milyard dollar pul qazanır. Deməli, onun aylıq qazancı 250 milyon dollar təşkil edir! O, dünyanın ən yüksək maaşlı əməkdaşlarının siyahısında böyük fərqlə liderlik edir.

Halbuki Forbes jurnalının versiyasına görə, onu ən yüksək əmək haqqı alan əməkdaşların reytinqinə daxil etmək lazım deyil. Çünki o, heç də muzdlu işçi deyil və nəhəng maaşla müəyyən vəzifə tutmur. Onun qazancı – bu, başgicəlləndirici uğurlu layihədən əldə edilən gəlirdir.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Qeyri-rezident tərəfindən Azərbaycan Respublikasında ödənilmiş vergilərin təsdiq edilməsi (DTA-04 Forması)

posted in: Xəbər | 0

vergi hesabatları, vergi hesabatlarının vaxtıXidmətin adı: Qeyri-rezident tərəfindən Azərbaycan Respublikasında ödənilmiş vergilərin təsdiq edilməsi (DTA-04 Forması).

Xidmətin göstərilməsi üçün tələb olunanlar:

– “Qeyri-rezident tərəfindən Azərbaycan Respublikasında ödənilmiş vergilərin təsdiq edilməsi haqqında Ərizə” (DTA-04 Forması)

– Azərbaycan Respublikasında əldə edilmiş gəlir və həmin gəlirdən ödənilmiş (tutulmuş) vergilərlə bağlı bütün təsdiqedici sənədlərin (müqavilələr, ödəniş tapşırıqları və s.). Gəlirin növündən asılı olaraq, əlavə edilməli olan təsdiqedici sənədlər əsasən aşağıdakılardır:

– Göstərilmiş xidmətlərdən gəlir: müqavilə və ona əlavə sənədlər, işlərin görülməsi, xidmətlərin göstərilməsini və onların müddətlərini təsdiq edən sənədlər, verginin faktiki ödənilməsini təsdiq edən sənədlər (vergi agenti tərəfindən verilmiş arayış, ödəniş tapşırığı, bank sənədi və s.) habelə məsələyə aidiyyəti olan bütün digər sənədlər;

– Dividend: iştirak payını təsdiq edən sənəd, dividendlərin bölüşdürülməsi barədə qərar, dividendin ödənilməsini təsdiq edən bildirişlər, bank sənədləri, ödənilən dividenddən verginin tutulduğunu təsdiq edən sənədlər (vergi agenti tərəfindən verilmiş arayış, ödəniş tapşırığı, bank sənədi və s.) habelə məsələyə aidiyyəti olan bütün digər sənədlər;

– Faiz: borc müqaviləsi, faizlərin ödənilməsini təsdiq edən bildirişlər, bank sənədləri, ödənilən faizlərdən verginin tutulduğunu təsdiq edən sənədlər (vergi agenti tərəfindən verilmiş arayış, ödəniş tapşırığı, bank sənədi və s.) habelə məsələyə aidiyyəti olan bütün digər sənədlər;

– Royalti: royalti obyekti olan hüquq və ya əmlakdan istifadə hüququnun verilməsi haqqında müqavilə, faizlərin ödənilməsini təsdiq edən bildirişlər, bank sənədləri, ödənilən faizlərdən verginin tutulduğunu təsdiq edən sənədlər (vergi agenti tərəfindən verilmiş arayış, ödəniş tapşırığı, bank sənədi və s.), habelə məsələyə aidiyyəti olan bütün digər sənədlər;

– Digər gəlirlər: beynəlxalq müqavilə bağlanmış xarici dövlətdə rezidentliyi təsdiq edən sənəd, gəlirin əldə edilməsi hüququnu təsdiq edən sənəd, habelə məsələyə aidiyyəti olan bütün digər sənədlər. Qeyd: DTA-04 Forması hər bir gəlir növü və hər bir gəlir ödəyən şəxs üzrə ayrılıqda təqdim edilir.

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:

– VM-nin 24-cü maddəsi

– VN Kollegiyasının 12.06.2017-cü ilə tarixli 1717050000009300 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları” və müvafiq sənədlərin doldurulması qaydaları.

Xidmətin göstərildiyi yer: 

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGD-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR VNnin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, Şuşa və Zəngilan RVŞ-nin İqtisadi təhlil və kameral vergi yoxlamaları bölmələri, Naxçıvan MR VNnin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasi ya işləri üzrə mütəxəssisləri, MGD-nin Sənədlərlə iş şöbəsi, LGD-nin, KSİD-nin, ƏVD-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və ya kargüzarları.

Müraciəti emal edən struktur vahidi:

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VNnin struktur bölmələri, MGD-nin Bəyannamələrə nəzarət və kameral vergi yoxlamaları şöbələri, BŞLGDnin, BŞKSİD-nin, ƏVD-nin və ƏVİnin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarələri, RVŞ-nin İqtisadi təhlil və kameral vergi yoxlamaları bölmələri.

İcra müddəti: Sənədlər daxil olduğu gündən sonra 20 iş günü.

Xidmətin nəticəsində təqdim edilən sənədlər: “Ödənilmiş vergilər haqqında” arayış.

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb.

Mənbə: taxes.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Birdəfəlik ödəmə alanların sayını işsizlik səviyyəsi ilə əlaqələndirmək olarmı?

posted in: Xəbər | 0

Birdəfəlik ödəmə alanların sayını işsizlik səviyyəsi ilə əlaqələndirmək olarmı?

Birdəfəlik ödəmə, işsiz şəxslərin sayı, birdəfəlik ödəmə, İşsiz şəxslər, İşsiz, İşsiz şəxslərin qeydiyyatı, sektorlara dəstək, xəbərdarlıq sahibkarlarƏmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev birdəfəlik ödəmə (190 manat) alanların sayının işsizlik səviyyəsi ilə əlaqələndirməsinə münasibət bildirib.

Nazir “Azərbaycan” qəzetinə müsahibəsində bu əlaqələndirmənin səthi yanaşmadan irəli gələn yanlış fikir olduğunu deyib.

Sahil Babayev qeyd edib ki, birdəfəlik ödəmə proqramı təkcə işsizləri deyil, qeyri-formal çalışan və xüsusi karantin rejimi dövründə müvəqqəti olaraq qazancını itirmiş şəxsləri, vaxtamuzd çalışanları, habelə iqtisadi qeyri-fəal əhalini də əhatə etdi. Bu kimi aztəminatlı şəxslərin də minimum ehtiyaclarını ödədi:

“İkincisi, şəxsin məşğulluq xidməti orqanlarında işsiz kimi qeydiyyatı üçün əvvəlcə o, işaxtaran kimi qeydə alınır. Bəlli bir müddət ərzində ona münasib iş təklif olunmadıqda, işsiz kimi qeydiyyata alınır. Birdəfəlik ödəmə proqramına başlanarkən həmin insanların pandemiya dövründə daha çevik şəkildə, qısa müddətdə maddi dəstəklə təmin edilmələri prinsipi üstün tutuldu. Buna görə də Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş qaydalara əsasən bu kateqoriyadan olan şəxslərin “E-sosial” portalı üzərindən onlayn müraciətləri əsasında dərhal işsiz kimi qeydiyyata alınmasına şərait yaradıldı”.

Onun sözlərinə görə, birdəfəlik ödəmə üçün müraciət edənlər sırasında işsizlərlə yanaşı, çoxsaylı məşğul şəxslər, xüsusi karantin şəraitində qazancını itirən qeyri-formal işləyən şəxslər, habelə iqtisadi qeyri-fəal şəxslər (yəni işləmək istəməyən, heç bir zaman iş axtarmayan və yalnız ev işlərini yerinə yetirən, ailə üzvlərinə qulluq edən və s.) də oldu: “Bu şəxslərin hamısının işsizlərə aid edilməsi əlbəttə düzgün deyil və sadə dillə desək faktların təhrif edilməsidir. İşsizliyin səviyyəsinə gəldikdə, bu səviyyənin ölçülməsində dünyada ən mütərəqqi yanaşma kimi, Beynəlxlalq Əmək Təşkilatının (BƏT) metodologiyası götürülür.

Bu metodologiyaya əsasən, yalnız əmək qabiliyyətli yaşda olan o şəxslər işsiz sayılır ki, həmin şəxslərin müayinə keçirilən dövrdə qazanc (gəlir) gətirən məşğuliyyəti olmasın. Son bir ayda aktiv iş axtarsın və iş təklif olunduğu andan ən geci iki həftə ərzində işə başlamağa hazır olsun. Bu zaman muzdla işləyən şəxslər, fərdi sahibkarlar (o cümlədən, işəgötürən və ya sabit vergi ödəyiciləri kimi fəaliyyət göstərənlər), ev təsərrüfatlarında məşğul olanlar, mülkiyyətdən qazanc əldə edənlər, iqtisadi qeyri-fəal əhali nəzərə alınmır. İşsizlik bütün dünyada iqtisadi qeyri-fəal əhalinin deyil, iqtisadi fəal əhalinin məşğul olmayanlarını özündə ehtiva edir”.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun