Dəyişikliklərlə bağlı vergi ödəyiciləri nəyə diqqət yetirməlidirlər?

posted in: Vergi, Xəbər | 0

Müvəqqəti vergi rejimi, idxal, digər rayonlara getmək, ƏDV-dən azad, , əmək haqqı, Karantin qaydaları, xüsusi karantin rejimi, sərəncam,işçi qrupların tərkibi, iş yerlərinin standartları, məzuniyyət, tibb müəssisəsinə təhkimolunma, sahibkarlara dəstək, Vergidən azadolunma məqsədləri, Novruz bayramı, İdxal gömrük rüsumları, Koronavirus, təlim-tədris dayandırıldı, gömrük rüsumları, Nazirlər Kabineti, aksiz dərəcələri, məhsul, gömrük güzəştlərinin tətbiqi, vergi, Gömrük rüsumları ,vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqiDəyişikliklərlə bağlı vergi ödəyiciləri nəyə diqqət yetirməlidirlər?

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətillər üzrə təklif olunan dəyişikliklər layihəsi ilə bağlı sahibkarlar nəyə diqqət yetirməlidir? Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyətlərinin bərpa olunması, işçi qüvvələrinin saxlanması, vergi yükünün azaldılması ilə bağlı dövlət tərəfindən görülən genişmiqyaslı işlər və tədbirlər çox təqdirəlayiqdir. Təklif edilən güzəştlər, azadolmalar layihəsi də təsdiq edildikdən sonra normativ akt kimi qüvvəyə minəcək və sahibkarlar bundan tam yararlanacaqdır.

Layihə çox geniş sayda vergi ödəyicilərini əhatə edəcəkdir. Dəyişikliklərlə bağlı vergi ödəyiciləri özlərində nəyi araşdırmalıdırlar?

İlkin olaraq, vergi ödəyicisi fəaliyyət sahəsini dəqiqləşdirməlidir ki, azadolma və güzəştdən neqativ hallar üçün yararlanmasın. Vergi ödəyicisinin fəaliyyət sahəsinin həqiqətən də pandemiyadan zərər çəkmiş sahələrə aid olub-olmaması dəqiqləşdirilməlidir.

Pandemiyadan zərər çəkmiş sahələr layihədə ümumi şəkildə göstərilmişdir, tam siyahını isə Nazirlər Kabineti müəyyənləşdirəcəkdir.
Bundan əlavə, vergi ödəyicisi özünün statusunu müəyyənləşdirməlidir (yəni mikro, kiçik, orta və iri, sadələşdirmiş, gəlir vergisi, mənfəət vergisi ödəyicisi və s.). İcarəyəverən şəxslər də icarə münasibətlərini dəqiqləşdirilməlidir.

Qeyd olunduğu kimi, layihə bir çox sahələri və geniş dairədə vergi ödəyicilərini əhatə edir. Bəs pandemiyadan bilavasitə zərər çəkmiş mənfəət və gəlir vergisi ödəyicilərinə hansı güzəştlər veriləcək?

Qaydalarda yazılıb:

Təkliflər paketində koronavirus pandemiyasının bilavasitə təsir etdiyi fəaliyyət istiqamətləri üzrə vergi ödəyicilərinə 2020-ci il 1 yanvar tarixindən etibarən bir il müddətinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə azadolma təklif edilir.

Koronavirus pandemiyasının təsirinə məruz qalan fəaliyyət sahələrinin əmlak və torpaq vergisindən azad olunması ilə yanaşı, həmin sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinə seçdikləri vergitutuma metodundan asılı olaraq, 2020-ci il 1 yanvar tarixindən etibarən bir il müddətinə bir sıra vergi güzəştlərinin verilməsi nəzərdə tutulur.

Mənfəət (gəlir) vergisi rejimində fəaliyyət göstərən ödəyicilər üzrə əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergi güzəştlərinin verilməsi nəzərdə tutulur.

Azadolmaların tətbiqi sahələrinin dəqiqləşdilməsini bir neçə misal üzərində nəzərdən keçirək:

Misal 1. Tutaq ki, “AA” MMC pandemiyadan zərər çəkmiş fəaliyyətə aiddir. 2020-ci ildə torpaq vergisi 10.000 manat, əmlak vergisi də 50.000 manat olacaqdır. Sual meydana çıxır ki, vergi ödəyicisinə bu azadolma necə tədbiq ediləcək və hesabatlılıq necə olacaqdır? Yəni bir çox vergi ödəyiciləri elə başa düşə bilər ki, güzəşt və ya azadolma verilibsə, əlavə olaraq hesabatlılıq olmayacaq. Amma belə deyil.

Torpaq vergisi ilə bağlı 15 may 2020-ci ilə kimi hesabat verilməlidir. Orada 10.000 manat hesablama yazılacaq, eyni zamanda Vergi Məcəlləsində qəbul ediləcək müvafiq azadolma və ya güzəşt maddəsinə istinad edilməklə azadolma yazılacaq.

“AA” MMC-nin 2019-cu ildə əmlak vergisi ilə bağlı hesabalamaları olubsa, artıq müvafiq vergi orqanları rüblər üzrə cari hesablamaları müəssisənin şəxsi vərəqəsinə qeyd etməyəcəklər, amma MMC ilin sonunda 31 mart 2021-ci il tarixinə kimi 2020-ci ilin əmlak vergisi bəyannaməsini tərtib etməli və orada da müvafiq maddələrə istinad edərək azadolmanı yazmalıdır.

Burada vacib bir məqamı vurğulamaq istərdim ki, təklifdə vergi ödəmələri üzrə ödəmə müddətinin 1 il uzadılması nəzərdə tutulmayıb. Bu təklifdə konkret bir il müddətinə əmlak və torpaq vergisi üzrə tam məbləğdə azadolma göstərilib.

Misal 2. Birinci misalın davamı kimi nəzərə alaq ki, “AA” MMC 2020-ci ildə mənfəətlə işləmişdir və illik mənfəəti 100.000 manat olmuşdur. Bu halda onun mənfəətinə 75 faiz güzəşt verildiyindən yaranmış 75.000 manat mənfəətdən azaldılaraq 25.000* 20% = 5000 manat mənfəət vergisi hesablanacaqdır.

Yuxarıdakı məsələlər təkcə hüquqi şəxslərə yox, gəlir vergisi ödəyicisi olan pandemiyadan bilavasitə zərər çəkmiş fiziki şəxslərə də aiddir. Yəni fiziki şəxslərin də gəlir vergisinə eyni qayda ilə 75 faiz güzəşt veriəcəkdir.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vakansiya: Baş Mühasib – ZMC

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

güzəştlər, baş mühasib, vakansiyaVakansiya: Baş Mühasib tələb olunur.

İşəgötürən: ZMC

Vakansiya barədə məlumat:

– Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili

– Vergi və mühasibat uçotunun aparılması

– E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi

– Debitor və kreditor hesablaşmaların aparılması

– Əmək haqqı hesablanması

– Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.

– Mal-materialların uçotunun aparılması

– İstehsal olunan malların maya dəyərinin hesablanması

– Aylıq hesabatlarınin tərtib edilməsi

– Aylıq daxili maliyyə hesabatlarının hazırlanması

– Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması

– Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi

– AR əmək məcəlləsinə əsasən sənədləşmə

– İş qrafiki: bazar ertəsi – şənbə; 09:00-dan 18:00-dək; bazar – istirahət

Baş mühasib üçün tələblər

– Təhsili: ali (maliyyə və ya mühasibatlıq ixtisası üzrə)

– İş təcürbəsi: 2 ildən çox

– Yaş həddi: 20-60

– Yaşayış ünvanı: Cəlilabad

– Microsoft Office proqramlarını əsasən də Excel proqramını yaxşı səviyyədə bilmək,1 C-8.3 bilmək

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əcnəbilərə göstərilən xidmətlərə dəyişiklik edilib

posted in: Xəbər | 0

DMX, sənədlərin notarial təsdiqiƏcnəbilər üçün göstərilən xidmətlərə dəyişiklik.

Nazirlər Kabinetinin qərarına əsasən, ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə bağlı həyata keçirilmiş məhdudiyyətlərin bir qisminin aprelin 27-dən yumşaldılması ilə əlaqədar Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən vətəndaşlara göstərilən xidmət sahələri üzrə işin təşkilində bəzi dəyişikliklər edilib.

Bu barədə DMX-dən məlumat verilib.

Bildirilib ki, aprelin 27-dən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəmizdə olduğu yer üzrə qeydiyyatı, müvəqqəti və daimi yaşama, iş icazələrinin alınması, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar müraciətlər “ASAN xidmət” mərkəzlərində qəbul ediləcək. Bu zaman “ASAN xidmət” mərkəzlərində əcnəbilərin qəbulu “ASAN xidmət” mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən növbə tutmaqla həyata keçiriləcək.

Hazır icazə vəsiqələrinin fiziki olaraq götürülməsi zamanı (elektron qaydada göndərilmədikdə) notarial təsdiq olunmalı sənədlərin, müvafiq tibbi arayışların təqdim edilməsi zəruridir. İcazə vəsiqələri Bakı şəhəri üzrə Bakı şəhər regional miqrasiya idarəsindən, digər regionlar üzrə regional miqrasiya idarələrindən əldə edilə bilər. Vəsiqələrin müvafiq “ASAN xidmət” mərkəzlərindən əldə etmək istəyən şəxslər Xidmətin “(012) 919” Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilər.

Karantin rejimi dövründə ölkədə müvəqqəti olma müddəti uzadılmış əcnəbilərin Qəbul şöbələrinə (bölmələrinə) yaxınlaşması zəruri deyil. Belə şəxslər bu barədə qərarı Xidmətin internet səhifəsi (https://eservice.migration.gov.az/public/application vasitəsilə əldə edə bilərlər. Elektron qaydada Hökumət Ödəniş Portalı, “ASAN ödəniş” sistemi və ya Expresspay terminalları vasitəsi ilə dövlət rüsumunu ödəməklə belə şəxslər ölkədə qanuni qala biləcək.

Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa, xitamla bağlı müraciətlər regional miqrasiya idarələrində qəbul ediləcək.

Bakı şəhər regional miqrasiya idarəsində əcnəbilərin qəbulu əvvəlcədən onlayn növbə tutmaqla, MigAZ mobil tətbiqi və ya Xidmətin internet səhifəsi (https://onlinequeue.migration.gov.az) vasitəsi ilə, digər regional miqrasiya idarələrində isə fərdi qaydada həyata keçiriləcək.

Miqrasiya qaydalarının pozulması halları ilə bağlı əcnəbilərin Dövlət Miqrasiya Xidmətinə müraciətləri qəbul ediləcək;

Bir daha diqqətə çatdırırıq ki, göstərilən xidmətlərdən yararlanmaq üçün Dövlət Miqrasiya Xidmətinə elektron qaydada müraciət edə bilərsiniz. Xüsusi zərurət yarandıqda şəxsən Qəbul şöbələrinə (bölmələrinə) yaxınlaşmağınız tövsiyə olunur.

Əlavə məlumat üçün Xidmətin www.migration.gov.az internet səhifəsini, “Facebook” və “Twitter” sosial hesablarını izləməyiniz və ya “(012) 919” Çağrı Mərkəzinə zəng etməyiniz xahiş olunur.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Fiziki şəxslərin kreditləri üzrə Əlavə dəstəkləyici tədbirlər nədir? (Tədbirlər Planından irəli gələrək)

posted in: Xəbər | 0

Vakansiya: Kredit mütəxəssisi, ezamiyyə xərcləri İş adamları kreditlər vakansiya biznes krediti İş adamlarıFiziki şəxslərin kreditləri üzrə Əlavə dəstəkləyici tədbirlər nədir? (Tədbirlər Planından irəli gələrək)

Bu yazımızda Azərbaycan Respublikası Prezidentinin 19.03.2020-ci il tarixli koronavirusla mübarizə ilə əlaqədar sərəncamından irəli gələrək 23.04.2020-ci il tarixdə Mərkəzi Bankın qərarı ilə təsdiq edilmiş əlavə dəstəkləyici tədbirlər barədə məlumat verməyə çalışacağıq.

Qeyd edək ki, bu tədbirlər dövlətin ölkə əhalisinə və sahibkarlığa verdiyi dəstəyi əks etdirən mütərəqqi addımlardan daha biridir.

Sahibkar olmayan fiziki şəxslərlə bağlı

1) İpoteka və Kredit Zəmanəti Fondunun vəsaitləri hesabına 01.03.2020-ci il tarixə alınmış kreditlərə münasibətdə

a) keyfiyyəti qənaətbəxş ipoteka krediti olan 23 min şəxsin müraciətinə və Fondun razılığına əsasən kreditlər 30.09.20-ci il tarixinədək restrukturizasiya olunacaq.

b) restrukturizasiya olunmuş belə kreditlərin 30.09.20-ci ilədək keyfiyyəti pisləşdirilməyəcək. Daha dəqiq desək kreditlərin keyfiyyətinin qənaətbəxş sayılması üçün tədbirlər görüləcək.

2) biznes və ya istehlak təyinatlı krediti olanlar əsas və ya faiz borclarını tam yaxud qismən gecikdirərsə, kredit təşkilatları tərəfindən 30.09.20-ci il tarixədək borcludan cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmaması banklara tövsiyə olunacaq, bu halda kredit tarixçəsi də pisləşdirilməyəcək. Qeyd edilir ki, bu müddət ərzində əsas borc üzrə faizlər kredit təşkilatları tərəfindən hesablanacaq deyə bu məbləğin ödənilməsi məqsədəuyğundur.

3) 01.03.20-ci il tarixinə vəziyyəti qənaətbəxş olsa da, 30.09.20-ci il tarixədək pandemiya ilə əlaqədar kredit borcunu gecikdirənlər barədə Kredit Bürosuna məlumatların kredit tarixçəsinin pisləşdirilməməsi barədə xüsusi qeydlə göndərilməsi nəzərdə tutulur.

Bu tədbirlərlə əlaqədar Mərkəzi Bank tərəfindən banklar üzrə məcmu kapital tələbinin 2020-ci ilin sonunadək 1%, bankların vəsaitləri hesabına ipoteka kreditləşməsini stimullaşdırmaq məqsədilə bu növ kreditlər üzrə risk dərəcələrinin isə 100%-dən 50%-dək azaldılması barədə qərar qəbul edilmişdir.


Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun