Sığorta sektoru üzrə Əlavə dəstəkləyici tədbirlər (Tədbirlər Planından irəli gələrək)

posted in: Xəbər | 0

sığorta, əmlak,Sığorta sektoru üzrə Əlavə dəstəkləyici tədbirlər (Tədbirlər Planından irəli gələrək)


Dəyərli izləyicilər, bu yazımızda 19.03.2020-ci il tarixdə verilmiş Azərbaycan Respublikası Prezidentinin pandemiya ilə bağlı sərəncamından irəli gələrək Azərbaycan Respublikası Mərkəzi Bankının 23.04.20-ci il tarixli qərarı ilə təsdiq edilmiş Əlavə dəstəkləyici tədbirlər-dən sığorta sektoru üzrə nəzərdə tutulanlar barədə məlumat verməyə çalışacağıq.

Xüsusilə qeyd etmək zəruridir ki, bu tədbirlər dövlətin hər bir sektoru diqqətdə saxlamağını bir daha sübut edir.

1) Sığorta hadisələri barədə video və foto görüntülər daxil olmaqla, zərərlə bağlı müraciətlərin elektron poçt və elektron qaydada qəbul edilməsi sığorta şirkətlərinə tövsiyə edildi.

2) Könüllü sığorta müqavilələri üzrə sığorta haqlarının ödənilməsi barədə xüsusi karantin rejimindən təsirlənən şəxslərə (sığortalı) 30.09.20-ci il tarixə kimi möhlət verilməsi tövsiyə edildi.

3) Biznes proseslərin yeni şəraitə uyğunlaşdırılması üçün texnoloji tədbirlərin görülməsi ilə yanaşı, könüllü müqavilələrin elektron formada tərtibi də tövsiyyə olundu.

4) Sığorta şirkətlərinə (sığortaçı) internet səhifələrində iş rejimləri və zərər tənzimlənməsi prosedurları barədə məlumatları yerləşdirməsi, həmçinin sığortalıların hüquqlarının qorunması məqsədilə qaynar xəttin fasiləsiz işləkliyi və video zənglər vasitəsilə sığortalıların qəbulu da tövsiyə edildi.

Sığorta şirkətləri (sığortaçı) barədə tədbirlər isə aşağıdakılardır:

a) xüsusi karantin rejimindən təsirlənmiş sığortalılar üzrə 01.03.20-ci il tarixdən yaranan və 90 gün gecikmiş borcların şirkətlərin sığorta ehtiyatı və öz vəsaitləri hesablanarkən nəzərə alınması qeyd edildi.

b) Səyyar yoxlamaların (növbəti yoxlamalar) təxirəsalınmaz reaksiya halı istisna olmaqla, 30.09.20-ci ilədək təxirə salınması nəzərdə tutuldu.

c) İcbari Sığorta Bürosuna (İSB) ödənilməli təqvim haqlarının ödənişinə 30.09.20-ci ilədək möhlət verilməsi İSB-yə tövsiyə edildi

d) 2019-cu ilin nəticələri üzrə dividend ödənilməsinin 30.09.20-ci ilədək təxirə salınması, 2020-ci ildə aralıq dividend ödənilməməsi tövsiyə edildi.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Avropa iqtisadi böhrandan qurtulmaq üçün 2 trilyon avroluq plan hazırlayacaq

posted in: Xəbər | 0

Avropa komissiyası Avropa birliyini koronavirus pandemiyasının doğurduğu iqtisadi böhrandan çıxarmaq üçün iki trilyon avroluq plan üzərində düşünür. Bu təşəbbüs Avropa ittifaqının aprelin 23-də İttifaq liderlərinin video-görüşü ərəfəsində müzakirə olunub. Bu haqda Bloomberg agentliyi məlumat verib.

Hazırda formalaşmaqda olan 2021-2027-ci illər üçün Aİ-nin yeddi illik büdcəsi çərçivəsində təxminən 300 milyard avro ayrılması nəzərdə tutulur ki, həmin vəsaitlərin büdcənin digər proqramlarından kəsilərək bu məqsədlərə yönəldilməsi gözlənilir. Avropa ittafqı hakimiyyəti eləcə də müxtəlif bazarlardan daha 320 milyard avro toplamağı planlaşdırır. Yerdə qalan vəsaitlərin isə haradan əldə olunacağı barədə agentlik heç bir məlumat verməyib.

Yeni plan aprel ayının əvvəlində razılaşdırılmış 540 milyard avroluq təcili tədbirlər proqramına əlavə edilməlidir. Həmin planın aprel ayının sonlarındək işə salınması planlaşdırılırdı.

Qlobal pandemiya Avropa birliyinin iqtisadiyyatına çox ciddi zərbə vurub. Brüsseldə 2020-ci ilin yekunları üzrə işgüzar fəallığın aşağı düşməsi ucbatından Avropa istehsal həcmlərinin 10 faiz azalacağını gözləyirlər.


Bax: Rusiya iqtisadiyyatının nə qədər geriləyəcəyi dəyərləndirilib


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Rusiya iqtisadiyyatının nə qədər geriləyəcəyi dəyərləndirilib

posted in: Xəbər | 0

vergi möhləti, ƏDV dərəcəsinin azaldılması, bəyannamə, xarici bank hesabı, kiçik biznes, vergi bəyannaməsi,rusiyada maaş,mühasiblər,Analitiklər koronavirus pandemiyasının yaratdığı böhran səbəbi ilə Rusiya iqtisadiyyatının çöküşünün dərinliyini qiymətləndiriblər.  Onların proqnozuna görə, cari ildə ölkənin ÜDM-i 2019-cu illə müqayisədə 2,5 faiz faiz səviyyəsində aşağı enəcək. Bu haqda Euler Hermes beynəlxalq sığorta şirkətinin yenilənmiş proqnozunda məlumat verilib.

Analitiklərin fikrincə, dünyada qlobal ÜDM-nin həcmi 3,3 faiz aşağı düşəcək, Avrozonanın iqtisadiyyatı isə 9,3 faiz azalacaq. Dünya iqtisadiyyatının tənəzzüldən ümumi itkiləri 9 trilyon dollar təşkil edəcək ki. Bu da Almaniya və Yaponiyanın birlikdə ümumi illik ÜDM-nə bərabərdir və 2008-ci ilin dünya maliyyə böhranından itkiləri iki dəfə çoxdur.

Böhran nəticəsində dünya ticarəti 3,5 trilyon dollar itirəcək, dünyada müflislərin sayı 20 faiz təşkil edəcəkdir.

Əvvəllər Hesablama Palatasının rəhbəri Aleksey Kudrin bildirmişdi ki, bu ilin yekunlarına görə, Rusiya ÜDM-nin azalması təxminən 5 faiz təşkil edəcək. Ölkədə işsizlərin isə sayı 2,5 milyondan 8 milyona qədər arta bilər.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vakansiya: İnsan Resursları üzrə baş mütəxəssis

koronavirus, kağız sənədlər,Vakansiya: İnsan Resursları üzrə baş mütəxəssis.

İşəgötürən: General Supply LLC.

Vakansiya barədə məlumat:
  • Şirkətin siyasətinə uyğun olaraq İR üzrə prosedurların yazılmasında iştirak
  • Qanunvericiliyə uyğun olaraq əmək müqavilələrinin bağlanması, dəyişikliklərin edilməsi, xitam verilməsinin rəsmiləşdirilməsi; elektron portala işlənməsi;
  • Məzuniyyət cədvəllərini tərtib etmək və işçilərə məzuniyyətlərin verilməsini, onların uçotunun aparılmasını, ezamiyyətə göndərilməsi ilə əlaqədar sənədləşmə işlərini icra etmək;
  • Ezamiyyətlərin, Xəstəlik vərəqlərinin işlənməsi
  • Yeni işçilərin şəxsi işlərinin yaradılması, sosial sığorta kartı, əmək haqqı kartı təmin etmək;
  • İcbari sığorta və tibbi sığortaların təmin olunması
  • Aylıq tabelin hazırlanması və əmək haqqlarına nəzarət edilməsi;
  • İşçi seçimini həyata keçirilməsi (vəzifə təlimatlarının hazirlanması, CV seçimi, müsahibələrin, , məlumatların, CV bazasının idarə olunması);
  • İllik təlim-tədris prosesinin programının hazırlanması
  • Vəzifəsi daxilində İR ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmq;
  • Dövlət orqanlarına və rəhbərlik üçün hesabatların hazırlanması və verilməsi verilməsi
  • Daxili və Xarici audit zamanı İR üzrə lazımi bütün sənədlərin hazırlanması

Əmək şəraitinin şərtləri:

  • 5 günlük iş rejimi
  • Əməkhaqqı: 1000 AZN
  • Tibbi sığorta
  • Korporativ nömrə
  • İş yerinin ünvanı: Nobel prospekti 15, Azure BM

Namizədə tələblər

  • Sosilogiya, psixologiya, iqtisadiyyat və ya menecement sahəsində ali təhsil dərəcəsi;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinin mükəmməl biliyi
  • İR sahəsində 5 illik iş təcrübəsi;
  • Əməkhaqqının hesablanması üzrə biliklər
  • Azərbaycan və İngilis dillərində yazılı və şifahi olaraq sərbəst ünsiyyət bacarığı
  • Kompüterdə (Outlook, MS Word) sərbəst işləmək, Excel proqramını mükəmməl bilməsi mütləqdir;
  • 1 C proqamında sərbəst işləmək bacarığı
  • Eyni anda bir neçə iş görmək və təzyiq altında işləmək bacarığı;
  • Xoş görünüş və ünsiyyət qurma, komandada işləmə bacarığı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini / elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində İnsan Resursları üzrə baş mütəxəssis şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız bütün tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Mənbə: finstaff.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun