Vakansiya: Baş Mühasib – Good Finance

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

baş mühasib, vakansiya, böyük mütəxəssis, Hesabatlıq, baş mühasib, vakansiya,Vakansiya: Baş Mühasib tələb olunur.

İşəgötürən: Good Finance.

Əmək haqqı: 1300 – 1500 AZN.

Vakansiya barədə məlumat:
  • İş yeri Sədərək TM/Şirniyyat hissəsi, işçi oyuncaq ticarəti üzrə biznes üçün nəzərdə tutulur.
  • Əmək haqqı 1300-1500 AZN
Baş mühasib tələblər:
  • Ali təhsil, uyğun sahədə minimum 3 il iş təcrübəsi, 1 C proqramında işləmə bacarığı.
  • Namizədin xanım olması üstünlükdür.

CV-lərinizi / e-mail ünvanına göndərə bilərsiniz.

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank növbəti xeyriyyə aksiyasına dəstək göstərdi

posted in: bank, Xəbər | 0

Kapital BankKapital Bank növbəti xeyriyyə aksiyasına dəstək göstərdi.

Kapital Bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, mütəmadi şəkildə müxtəlif aksiyaları keçirir. Hazırki xüsusi karantin rejimini dövründə də belə aksiyalar təşkil edilir. Bank bu dəfə “Beat Group” şirkətinin keçirdiyi xeyriyyə aksiyasına dəstək göstərib.

Şirkət, pandemiya zamanı yığılan ianələr hesabına “Beat Group”a daxil olan restoranlar şəbəkəsində müxtəlif yeməklər hazırlayaraq, hər gün aztəminatlı ailələrə yardım formasında könüllülər tərəfindən çatdırırlar. Kapital Bank bu layihəyə dəstək verməklə, ianələrin yığılması üçün “Beat Group” tərəfindən açılan bank hesabları haqqını, həmçinin elektron POS terminallar üzrə qəbul olunan komissiyaları 0 AZN olaraq müəyyən edib.

Qeyd edək ki, xeyriyyə təşəbbüsünə qoşulmaq istəyənlər www.evdeq.al saytındakı anketi doldurmaqla həmin təşəbbüsü dəstəkləyə bilərlər.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Bax: Böyük ürəyə sahib “Qırmızı ürəklər”!


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İqtisadiyyata dəstəklə bağlı Əlavə dəstəkləyici tədbirlər (Tədbirlər Planından irəli gələrək)

posted in: iqtisadiyyat, Xəbər | 0

qeyri-neft, İqtisadiyyata dəstək,İqtisadiyyata dəstək ilə bağlı Əlavə dəstəkləyici tədbirlər (Tədbirlər Planından irəli gələrək)


Bu yazımızda 19.03.2020-ci il tarixdə verilmiş Azərbaycan Respublikası Prezidentinin pandemiya ilə bağlı sərəncamından irəli gələrək Azərbaycan Respublikası Mərkəzi Bankının 23.04.20-ci il tarixli qərarı ilə təsdiq edilmiş Əlavə dəstəkləyici tədbirlər-dən iqtisadi sfera ilə bağlı olanları barədə məlumat verməyə çalışacağıq.

Qeyd edək ki, bu tədbirlər mütərəqqi xarakter daşıyır və dövlətin sahibkarlığa dəstəyini bir daha təsdiq edir.

Pandemiyadan təsirlənmiş sahibkarlarla bağlı tədbirlərə aid edilir:

01.03.20-ci il tarixə vəziyyəti qənaətbəxş olan

1) Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planı üzrə kredit faizləri subsidiyalaşdırılmış sahibkarların kreditləri restrukturizasiya olunduqda 30.09.20-ci ilədək onların maliyyə vəziyyətindən asılı olmayaraq kreditin keyfiyyətinin pisləşdirilməməsi barədə qərar qəbul olundu.

2) Sahibkarlığın İnkişafı Fondu və Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitləri hesabına verilmiş kreditlərin bu qurumların razılığı əsasında 30.09.20-ci ilədək restrukturizasiya olunması və borcalanın maliyyə vəziyyətindən asılı olmayaraq kreditin keyfiyyətinin pisləşdirilməməsi qərara alındı.

3) 30.09.20-ci il tarixədək əsas borc və ya fauz üzrə kredit öhdəlikləri gecikdirilərsə, əlavə cərimə faizi, dəbbə puıu və digər ödənişlərin tutulmaması və hesablanmaması banklara tövsiyə olundu.

4) Borcunu gecikdirən borcalanlar üzrə neqativ məlumatların Kredit Bürosuna kredit tarixçəsinin pisləşdirilməməsi barədə xüsusi qeydlə təqdim olunması qeyd edildi.

5) Banklararası ödəniş sistemləri üzrə banklar tərəfindən tutulan xidmət haqlarının 30.09.20-ci ilədək 50%-ə qədər endirilməsi qərara alındı. Bu tədbir nağdsızlaşdırmanın stimullaşdırılması ilə əlaqədar həyata keçiriləcək.

6) Bankların müştərilərinə ödəniş xidmətləri üzrə göstərəcəyi xidmətlərdə də tariflərin 50%-ə qədər azaldılması tövsiyə edildi.

7) Sahibkarlıq subyektlərinin kartla ödənişlərinin qəbulunda xərclərin azaldılması üçün ekvayer tariflərinin də 30.09.20-ci ilədək 50%-ə qədər endirilməsi tövsiyə edildi.


Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Bax: “Sığorta sektoru üzrə Əlavə dəstəkləyici tədbirlər” (Tədbirlər Planından irəli gələrək)


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Qərar” nədir və necə yazılır?

posted in: Xəbər | 0

Qərar nədirQərar nədir və necə yazılır?

“Qərar” ərəb mənşəli çoxmənalı sözdür. Elmi ədəbiyyatda “qərar” sözünün 8 məna çaları olduğu göstərilir. Qərar sözünün ən geniş yayılmış mənası müəyyən bir məsələni müzakirə etdikdən sonra hamının və ya əksəriyyətin gəldiyi nəticədir. Dilimizdə “qərar” sözü ilə bağlı çoxlu ifadə yaranmışdır. Qərar vermək, qərar çıxarmaq, qərara gəlmək, qərarını dəyişmək və s. “Qərar” sözü fikir, mülahizə mənasında da işlənir. (onu qərarından döndərmək çətindir).

Qərarlaşmaq – sözləşmək, dilbir olmaq, söz vermək mənasında işlənir. “Qərar” hüquqi termin kimi də işlədilir. Dövlət orqanının və yaxud vəzifəli şəxsin öz səlahiyyəti dairəsində hüquqi nəticələr əmələ gətirən aktdır.

Qərarı Respublika rəhbərləri, Respublika hökuməti, icra hakimiyyətinin rəhbərliyi, idarə və müəssisələrin kollektiv orqanı qəbul edir.

Müzakirə edilən hər hansı bir məsələ ilə bağlı bir neçə qərar qəbul edilə bilər. Qərarı müəssisənin rəhbəri və ya iclasa sədrlik edən şəxs və katib imzalayır.

Nümunə

Azərbaycan Dillər Universitetinin Ümumi dilçilik və Azərbaycan dilçiliyi kafedraları Azərbaycan Aviasiya Akademiyasının müəllimi, kafedranın dissertantı Sevda Əliyevanın filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün «Azərbaycan dilində aviasiya terminləri» mövzusunda yazdığı dissertasiya işini müzakirə edərək qərara alır:

  1. Dissertasiya işini tamamlanmış hesab etmək olar.
  2. Çap edilmiş məqalələr dissertasiyanın ümumi məzmununu əks etdirir.
  3. Dissertasiyanın müdafiəsi üçün müəyyən tədbirlərin görülməsi

Universitetin rektorluğundan xahiş edilsin.

Yükləyin: Qərar – Nümunə


Bax:


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun